Icma.az
close
up
RU
Gəncənin deputatı WUF13 lə bağlı şəhərdə görülməli işlərdən DANIŞDI

Gəncənin deputatı WUF13 lə bağlı şəhərdə görülməli işlərdən DANIŞDI

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) şəhərlərin gələcək inkişafı, dayanıqlı urbanizasiya və müasir infrastruktur məsələlərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər, memarlar və şəhərsalma üzrə ekspertlər bir araya gələrək şəhərlərin daha yaşıl, təhlükəsiz və innovativ şəkildə inkişaf etdirilməsi yollarını müzakirə edirlər.

Maraqlıdır, ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə şəhərsalma ilə bağlı hansı hədəflər var?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında 38 saylı Gəncə birinci seçki dairəsinin deputatı Naqif Həmzəyev bildirdi ki, bu forum "Yeni Şəhər Gündəliyi"nin icrasının orta nöqtəsində keçirilir və BMT Baş Katibinin 2026-cı il hesabatına töhfə verəcək:

"Bu forumun Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük diplomatik uğurdur. Şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində qlobal müzakirələrin mərkəzinə çıxmaq imkanıdır".

Müsahibimiz Gəncədə edilməli olan proseslərdən də danışdı:

"Gəncə Azərbaycanın ikinci böyük şəhəri kimi WUF13-ün müzakirə etdiyi məsələlərə, mənzil, infrastruktur, dayanıqlılıq birbaşa aiddir. Yaşıl infrastruktur və ictimai məkanlar, Gəncə çayı boyunca yaşıl zolaqların genişləndirilməsi, mövcud parkların yenilənməsi, məhəllə səviyyəsində kiçik meydançaların yaradılması şəhər sakinlərinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırar. Gəncə çayında daimi su olmasının təmin edilməsi də əsas hədəflərdən olmalıdır. Piyadalar üçün rahat trotuarlar, velosiped yolları və şəhərdaxili ictimai nəqliyyatın optimallaşdırılması WUF13-ün əsas mövzularından biri olan "əlçatan şəhər" anlayışına uyğundur. Piyada yollarının davamlılığı da mütləq təmin edilməli, tıxac problemini həll etmək üçün parklanma qaydaları tənzimlənməli, yeni piyada keçidləri və körpülər tikilməlidir. Gəncənin zəngin tarixi irsi Cavad xan küçəsi, köhnə məhəllə strukturları, müasir tikinti ilə tarazlı şəkildə inkişaf etdirilməlidir. Tarixi memarlığın qorunması, eyni zamanda turizm potensialının artırılması mümkündür. Köhnə sovet dövrü binalarının modernləşdirilməsi, istilik izolyasiyasının yaxşılaşdırılması, eləcə də əlil arabası istifadəçiləri üçün əlçatanlığın təmin edilməsi vacib məsələlərdir. Enerji səmərəli işıqlandırma, tullantıların idarə edilməsi sistemi, ictimai Wi-Fi zonaları kimi sadə ağıllı şəhər həlləri Gəncə üçün real hədəflər ola bilər".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 May 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri