Icma.az
close
up
RU
Gəncənin salnaməçisi

Gəncənin salnaməçisi

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin "Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında" 2 mart 2025-cı il tarixli Sərəncamı tarixi maddi mədəniyyət nümunələrimizə, eləcə də milli-mənəvi dəyərlərimizə həssas münasibətin daha bir təzahürüdür.   Bu Sərəncamın işığında həmin məscidin tarixçəsinə nəzər salmağı faydalı saydıq.

Yaşı minillikləri ötmüş qədim Gəncə şəhəri müxtəlif təbii fəlakətlər və tarixin təlatümləri səbəbindən öz yerini bir neçə dəfə dəyişib. 17-ci əsrin lap əvvəllərindən etibarən isə indiki ərazidə qərar tutmuş şəhərdə ən möhtəşəm və qədim abidə Şah Abbas məscidi kimi tanınan 420 yaşlı Cümə məscididir.

Bu məscid, eləcə də onun kompleksinə daxil olmuş tikililərdən bugünümüzə gəlib çatan "Çökək hamam" 1606-cı ildə bu ərazilərin fəthi ilə hakimiyyətini Gəncəyə də şamil etmiş və şəhəri daha rahat landşafta köçürərək faktiki yenidən salmış Səfəvi hökmranı Şah Birinci Abbasın göstərişi və şərq aləminin böyük memarlarından olmuş Şeyx Bəhaəddin Məhəmməd Amilinin verdiyi layihə əsasında inşa edilib. Şeyx Bəhaəddin həmçinin baş meydandan bir qədər kənardakı karvansaranın da müəllifi olub.

Dövrün bütün zəruri qaydalarına, o cümlədən dünyanın "əbədi inşaat" üsullarının riyazi hesablamalarına əməl edilərək ərsəyə gətirilmiş bu kərpic binalara yüksək seysmik coğrafiyada yerləşən Gəncə ərazisində ardıcıl olaraq təkrarlanan  güclü zəlzələlər belə xələl yetirə bilməyib.

Kompleksin inşasından sonra onun qarşısındakı ərazi geniş inkişaf vüsəti alaraq, Sah Abbas meydanına çevrilib. Şahın zəmanəsindən bir- iki əsr keçdikdən, demək olar ki, 19-cu əsrdən, yəni rus işğalından sonra yavaş-yavaş əhali arasında bura Bazar meydanı kimi tanınmağa başlayıb. Elə Gəncə mənzərələrinə aid Rusiyada basılmış açıqcalarda da "Bazarnaya ploşşad" ifadəsi işlədilib.

Qeyd edək ki, məscid ta 19-cu əsrin axırlarına kimi, giriş qapısı qarşıdakı qoşa minarələrin arasından açılan bütöv dördbucaqlı divar-hücrələrlə əhatələnibmiş. Yəni məscid kompleksi bu cür konstruksiya ilə bir növ, həyət halına salınaraq, hasarlanıbmış. Söylənilən hücrələrdə, eləcə də həyətdəki ayrıca uzunsov birmərtəbəli tikilidə yerləşən siniflərdə mədrəsə fəaliyyət göstərirmiş.

Bu otaqların birində Mirzə Fətəli Axundov (1812-1878) öz müəllimi Mirzə Şəfi Vazehdən (1794-1852) dərs alıb. Sonrakı dövrlərdə də Gəncə mədrəsəsinin maarifçilik tariximizdə əhəmiyyətli izi olub. Təkcə onu xatırlamaq kifayətdir ki, görkəmli şərqşünas alim, akademik Həmid Araslı (1909-1983) hələ uşaq yaşlarından Şah Abbas məscidi nəzdindəki mədrəsədə aldığı dərslərin onun ərəb və fars dillərinə mükəmməl yiyələnməsinin açarı olduğunu söyləyib.     

Eni və uzunluğu 20, hündürlüyü 4,5 santimetrlik kərpiclərlə və gəc məhlulu ilə inşa edilmiş, bəzi yerlərində divarlarının qalınlığı 3 metrədək çatan Şah Abbas məscidinin 204 kvadratmetr sahəyə və 13 metr hündürlüyə malik mərkəzi salonu da öz dövrünə görə Qafqaz müsəlman aləminin ən iri ibadət məkanlarından biri olub.

Burada möhkəm palıddan hazırlanmış iri, qədim minbər də var. Unikal sənət əsəri sayıla bilən bu minbər şəbəkə üsuluyla, heç bir mismar işlədilmədən yığılıb. Üzərində gözəl xətlə düzülmüş yazılarından aydın olur ki, yaşı məscidlə təxminən eyni olan, müxtəlif vaxtlardakı düşmən hücumları zamanı xəsarət görmüş bu minbəri hicri 1209-cu, indiki tarixlə desək, 1897-ci ildə Gəncənin hökmranı Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu-Qacar təmir etdirib.

Şücaət və dönməzlik simvoluna çevrilmiş Cavad xanın məqbərəsi də məscidin yaxınlığındadır.

Gəncənin Rus İmperiyasının qoşunları ilə qeyri-bərabər döyüşdə 1804-cü ilin yanvarında qəhrəmancasına həlak olan Cavad xan Şah Abbas məscidinin həyətində xan ailəsinin qəbiristanlığında dəfn olunur. Bir əsr yarımdan çox müddətdən sonra, 1962-ci ildə onun və yəqin ki, digər yaxınlarının qalıqları burada gedən rekonstruksiya işləri zamanı çıxarılaraq, şəhərin Səbzikar məzarlığındakı Əsgər ağa Goraninin sərdabəsinə qoyulur. Daha 28 il keçdikdən sonra, 1990-cı ilin 27 mart ayının 27-də o, öz ilkin məzar yerinə qaytarılaraq, bir daha torpağa tapşırılır.

Cavad xanın məzarı üstündəki məqbərə 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən inşa edilib.

Bu məscid əsrlərdən-əsrlərə tariximizin çətin və qürurlu günlərinin şahidi olub.

Rusiyadakı mütləqiyyətin devrilməsilə nəticələnən fevral inqilabından bir qədər sonra, 1917-ci ilin mart ayının 22-də, Novruz bayramı günü məscidin qoşa minarələrinin qarşısındakı meydançada Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən yeni yaradılmış "Türk Adəmi Mərkəziyyət Firqəsi"nin keçirdiyi  izdihamlı toplantı ilk dəfə olaraq, "Yaşasın Azərbaycanın müstəqilliyi!" şüarı səslənib.

Azərbaycan Cümhuriyyətinin (1918-1920) ilk paytaxtı kimi burada gedən siyasi proseslər zamanı da bu məkan dövrün dinamikasının simvolu idi.

Millətimizin taleyi üçün həlledici tarixi məqamda - 1918-ci ilin iyununda, Cümhuriyyətimizin xilası üçün Nuri paşanın komandanlığı ilə  Qafqaz İslam Ordusu adı altında Gəncəyə gəlmiş Türkiyə silahlı hissələrinin buradakı ilk əməliyyatları zamanı şəhid olmuş 13 nəfər əsgəri elə bu qoşa minarələrin yaxınlığında torpağa tapşırılıb.

104 il sonra, 2022-ci ilin iyunun 26-da, Azərbaycan Silahlı Qüvvələri Günündə bu möhtəşəm tarixi məkanın qoynunda onların xatirəsinə ucaldılmış abidənin açılışı oldu və bu qədim məscid Gəncə salnaməsinin daha bir əsrlik səhifəsini tamamladı!

Zakir MURADOV
Gəncə

Foto Rövşən Əmiraslanoğludur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Mart 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri