Icma.az
close
up
RU
Gəncənin unudulmaz aktyoru

Gəncənin unudulmaz aktyoru

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nədənsə, hər zaman Gəncə Dövlət Milli Dram Teatrının binasına daxil olarkən burada olan ab-hava mənə bir çox sənətkarları xatırladır. Bəlkə də əksəriyyətini həyatda və səhnədə gördüyüm üçün onları tez-tez yad etməli oluram. Onlardan biri olan Rza Nadirov tipik xarakterlər ustası kimi yaddaşlarda yaşayır. Obrazlarından asılı olmayaraq və hansı rolda oynamasına baxmayaraq, öz ifaçılıq məharətilə daim diqqət mərkəzində olmağı bacarırdı. O, hər zaman səhnədə xarakterik surətləri böyük ustalıqla ifa edirdi. Deyim ki, həm də təbiətcə çox ciddi insan idi. Heç zaman artıq bir kəlmə belə danışmaz, zarafatları xoşlamazdı. Xarakterində olan qürur yaratdığı obrazlara da sirayət edirdi.

Gəncə Dövlət Milli Dram Teatrının qocaman səhnə ustalarından biri, respublikanın əməkdar artisti, mərhum Rza Nadirovu tanıyan hər kəs təsdiq edər ki, o öz sənətkar qürurunu ömrünün sonuna kimi qoruyub, saxlaya bildi. Onunla səhnədə işləyən rejissorlar yaxşı bilirdilər ki, obrazın mahiyyət etibarı ilə xarakterik formada yaradılmasında Rza Nadirovun istedadı kifayət qədərdir. Bununla da məhz Rza Nadirov səhnədə milli aktyor sənətimizin klassik ənənələrinə söykənərək yeni üslubda sənət məktəbi yaratmağa müvəffəq olmuşdur. Sözsüz ki, aktyor üçün istedad ilkin şərtdir, ancaq, səmimiyyət, məlahət, cazibədarlıq, şirinlik olmayanda istedad lazımı yaradıcılıq bəhrəsini tam dolğunluqla göstərə bilmir. Bu baxımdan Rza Nadirov səhnədə də xoşbəxt taleli aktyorlardan idi.

Rza Abbas oğlu Nadirov 10 oktyabr 1912-ci ildə Bakıda anadan olub. Orta məktəbin səkkizinci sinfinə kimi təhsil alıb. Sonradan gəmi tərsanəsində (tanker və müxtəlif təyinatlı gəmilər istehsal edəcək zavod) çalışıb, eyni zamanda tərsanənin dram dərnəyinə üzv olub. Bir müddət Bakı dəmiryolçular evinin dram kollektivində fəaliyyət göstərib. 1932–1935-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil aldığı müddətdə müxtəlif mədəniyyət evlərində, Akademik Milli Dram Teatrının yardımçı heyətində çalışıb. 1939-cu ildən isə taleyini Gəncə Dövlət Milli Dram Teatrına bağlayıb. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edib. 1951-ci ildən yenidən Gəncə Dövlət Milli Dram Teatrında fəaliyyətini aktyor olaraq davam etdirib.

İnsana xas olan hissin, iradənin və zəkanın məcmusunu xarakter adlandırırıq. Başqa sözlə ifadə etsək, xarakter insana xas olan hissin, iradənin və zəkanın toplusudur. Əslində, nəticə etibarı ilə xarakter psixoloji anlayışdır. Hər bir obraz isə özlüyündə xarakterdir. Elə bu kimi xüsusiyyətləri də estetik planda götürdükdə, obraz estetik anlayışlı olur. Rza Nadirovun ifasında hər bir xarakterik obraz dramatik əsərlərdə daha çox qarşılıqlı təsirdə, mübarizədə tamaşaçını həyəcanlandıran hadisələrin axınında böyük şövqlə təqdim edilirdi.

Aktyor səhnədə məharətli ifa tərzi ilə xarakterik obrazları hər zaman fabula ilə, dramatik hadisə və situasiyalarla ayrılmaz surətdə bağlaya bilirdi. Onun M.F.Axundzadənin “Hacı Qara”sında Kərəməli və Xəlil yüzbaşı, “Lənkəran xanının vəziri”ndə Səməd bəy, C.Məmmədquluzadənin “Ölülər”ində Hacı Kazım, Ə.B.Haqverdiyevin “Bəxtsiz cavan”ında Üçüncü kəndli, “Pəri cadu”da İblis, S.S.Axundovun “Tamahkar”ında Məhərrəm bəy, H.Cavidin “Səyavuş”unda Yalçın, “Şeyx Sənan”da Şeyx Hadi, C.Cabbarlının “Yaşar”ında Nüsrət, “Aydın”da Pirqulu, “Almaz”da Baloğlan, “Nəsrəddin şah”da Məmiş, “1905-ci ildə”də Polismeyster, “Solğun çiçəklər”də Molla Möhsün, S.Vurğunun “Vaqif ”ində Təlxək, “Fərhad və Şirin”də Topal kimi böyük ustalıqla ifa etdiyi obrazlar cərəyan edən hadisələrə uyğun olaraq xarakterlərin baxışında, konfliktlərdə, toqquşmalarda və başqa sınaqlarda inkişaf edə bilirdi. Aktyorun məharətli ifasında ayrı-ayrı xarakterlər ümumi quruluşdan asılı olaraq digər xarakterik obrazlarla əlaqəsi olmasa belə, dramatik fabula bədii gerçəkliklə təqdim edilirdi.

Çağdaş Azərbaycan dramatuqlarının – İ.Əfəndiyevin “Üçatılan”ında hakim, “Atayevlər ailəsi”ində Cahangir, İ.Səfərlinin “Göz həkimi”ndə Fərəc əmi, M.Təhmasibin “Çiçəkli dağ”ında Simnar xan, Q.Rəsulovun “Əlvida, Hindistan!”ında Böyük Ramo, Ə.Məmmədxanlının “Şərqin səhəri”ndə mayor Ed-Braun, B.Vahabzadənin “Vicdan”ında Əşrəf, Y.Əzimzadənin “Nəsrəddin”ində Əhməd kişi, “Anacan”ında İmran, N.Gəncəlinin “Düşmənlər içində”də Zənci Ceyms, “Məhəbbət körpüsündə”də Kozlov, A.Zeynallının “Nəriman ata”sında Əli Bayramov, K.Ağayevanın “Məhsəti Gəncəvi”sində Gəncə hökmdarı, İ.Qasımovun və H.Seyidbəylinin “Uzaq sahillərdə”sində Tinti, “Böyük ürək”də Muradov, İ.Şıxlının “Dəli Kür”ündə Həsən əmi, “Odlu çarpazlar”da Polkovnik Ulçenko, N.Həsənzadənin “Atabəylər”ində Əcəmi surətləri aktyorun həyat müşahidələrinin böyük ustalıqla yaradılan səhnə bəhrəsi idi.

Evripidin “Medeya”sında Egey, Sofoklun “Antiqona”sında Tiresi, U.Şekspirin “III Riçard”ında Londonun Lord-meri, “Otello”da Lodoviqo, A.Ostrovskinin “Quduz pullar”ında Yeqor Dmitriç Qlumov, M.Qorkinin “Qoca”sında Stepaniç, G.Fiqeyeredonun “Tülkü və üzüm”ündə (Ezop) Aqnostos, B.Brextin “Üç qəpiklik opera”sında Matiteas, N.Hikmətin “Kəllə”sində Pedro, K.Buaçidzenin “Həyətdə qapan it var”ında Leo Landiya, İ.Mosaşvilinin “Qərq edilmiş daşlar”ında Osman, A.Salınskinin “Təbilçi qız”ında Kulnyev, R.Həmzətovun “Dağlı qız”ında Salman, M.Şatrovun “İnqilabi etüd”ündə Nümayəndə, M.Kərimin “Odu atma, Prometey!”ində Gefest, E.Radzinskinin “Sokratla söhbətlər”ində Korifey surətləri respublikanın Əməkdar artisti Rza Nadirovun Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində dünya klassiklərinin, eləcə də, əcnəbi müəlliflərin müxtəlif janrlı pyeslərində yaratdığı bitkin obrazlar silsiləsinin bir qismi olaraq diqqəti cəlb edir.

Aktyorun səhnə fəaliyyəti hər zaman diqqət mərkəzində saxlanılıb. Belə ki, o, 24 dekabr 1981-ci ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. Rza Nadirov 15 dekabr 1995-ci ildə Gəncədə vəfat edib.

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas-tənqidçi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see309

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see300

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see274

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see267

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see265

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see248

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see227

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see225

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see222

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see218

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see213

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see210

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see205

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see201

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see199

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see197

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see189

Gəncədə yanğın olub FHN məlumat yaydı

31 Avqust 2026 02:21see165

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see165

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri