Icma.az
close
up
RU
Gənclər arasında ən çox bu xərçəng növü yayılmağa başladı xəbərdarlıq

Gənclər arasında ən çox bu xərçəng növü yayılmağa başladı xəbərdarlıq

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə gənclər arasında xərçəng hallarının artması tibb dünyasında ciddi narahatlıq doğurur. 42 ölkəni əhatə edən genişmiqyaslı beynəlxalq araşdırma göstərib ki, 50 yaşdan aşağı şəxslər arasında ən sürətlə artan yeganə xərçəng növü yoğun bağırsaq xərçəngidir.

Milli.Az xəbər verir ki, britaniyalı alimlərin apardığı araşdırmaya görə, qaraciyər və mədə xərçəngi kimi bəzi xərçəng növləri gənclər arasında azalma meyli göstərsə də, yoğun bağırsaq xərçəngi üçün vəziyyət əksinədir.

Tədqiqat nəticələri göstərib ki, araşdırmaya cəlb olunan ölkələrin üçdə ikisindən çoxunda bu xəstəlik gənclər arasında 50 yaşdan yuxarı şəxslərə nisbətən daha sürətlə yayılır.

Məsələn, Böyük Britaniyada 25-49 yaş arası diaqnoz 1990-cı illərin əvvəllərindən bəri 50 faizdən çox artıb, ABŞ-də isə 2030-cu ilə qədər yoğun bağırsaq xərçənginin 50 yaşdan aşağı şəxslərdə ən çox rast gəlinən xərçəng növü olacağı proqnozlaşdırılır.

Mütəxəssislər bu artımı izah etmək üçün bir neçə fərqli nəzəriyyə irəli sürürlər:

Yaşlı insanlarda tətbiq edilən rutin skrininq (yoxlama) testləri, xəstəliyi erkən mərhələdə aşkar etdiyi və xərçəngə çevrilməmiş lezyonları vaxtında aradan qaldırdığı üçün, 50 yaşdan yuxarı şəxslərdə halların azalmasına kömək edir.

Digər alimlər isə həddindən artıq emal olunmuş qidalar, antibiotik istifadəsi və düzgün olmayan qidalanma vərdişlərinin bu artımda rol oynaya biləcəyini düşünürlər.

Araşdırmanın müəlliflərindən professor Amy Berrinqton qeyd edib ki, artmaqda olan piylənmə halları da araşdırılır, lakin bu istiqamətdə sübutlar hələ tam aydın deyil.

Yoğun bağırsaq xərçəngi həm Böyük Britaniyada (ildə təxminən 44 min hal), həm də ABŞ-də (ildə təxminən 142 min hal) ən çox rast gəlinən dördüncü xərçəng növüdür.

Alimlərin hesablamalarına görə, bu hallarının 54 faizindən çoxunun qarşısını almaq mümkündür.

Əlamətlər

Kolon xərçənginin əsas simptomları bunlardır:

Nəcisdə qan görünməsi

Davamlı ishal və ya qəbizlik

İzah olunmayan çəki itkisi

Qarında ağrı və ya şişkinlik

Daimi yorğunluq hissi

Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Oktyabr 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see222

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see198

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see188

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see187

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see184

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see162

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see147

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see147

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see145

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see143

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see140

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see139

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see138

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see136

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see134

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see129

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see127

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see125

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri