Gənclər arasında ürək damar problemlərinin artmasının səbəbi nədir? HƏKİM DANIŞDI
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son zamanlar gənclər arasında ürək-damar problemlərinin artması ilə bağlı müzakirələr genişlənib. Bəzi iddialar COVID-19 vaksinasiyası ilə əlaqələndirilir. Bəs, gənclərdə bu xəstəliklərin artmasının əsl səbəbi nədir?
Məsələ ilə bağlı terapevt Aynurə Rzayeva SİA-ya açıqlamasında bildirib ki, xüsusilə gənc yaş qruplarında ürək-damar xəstəliklərinin artmasının səbəbləri müxtəlifdir.
Onun sözlərinə görə, bəziləri bu artımı COVID-19 pandemiyası dövründə tətbiq olunan vaksinasiyalarla əlaqələndirsə də, məsələyə daha geniş və elmi baxışla yanaşmaq vacibdir:
"Ən önəmli amillərdən biri gənclərin həyat tərzində baş verən dəyişikliklərdir. Xüsusilə son on ildə fiziki aktivliyin azalması, oturaq həyat tərzinin artması və qeyri-sağlam qidalanma vərdişləri (fast food, şəkərli və trans yağlarla zəngin məhsulların qəbulu) ürək-damar sağlamlığına mənfi təsir göstərir. Bu amillər arterial təzyiqin yüksəlməsi, piylənmə və metabolik sindrom kimi risk faktorlarının erkən yaşlarda inkişafına səbəb olur. Bundan əlavə pandemiya dövrü və onun yaratdığı sosial-iqtisadi dəyişikliklər gənclərdə xroniki stress, depressiya və yuxusuzluq hallarını artırdı. Uzunmüddətli stress və yuxu rejiminin pozulması da ürək-damar sisteminə birbaşa təsir göstərən faktorlardandır. Həmçinin əvvəllər ən çox orta yaşlı insanlarda rast gəlinən siqaret çəkmə vərdişi, indi daha gənc yaşlara enib. Xüsusilə elektron siqaretlər (vape) təhlükəsiz kimi təqdim edilsə də, aparılan tədqiqatlar göstərir ki, bu cihazlar ürək ritmində pozğunluqlara, damarların sərtləşməsinə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















