Icma.az
close
up
RU
Gənclər düşünmədən ailə qururlar Psixoloq boşanmaların səbəbini AÇIQLADI

Gənclər düşünmədən ailə qururlar Psixoloq boşanmaların səbəbini AÇIQLADI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hazırdakı dövrdə gənclər bir-birlərini tanımadan,hansı düşüncələrə sahib olduğunu və evləndikdən sonra hansı mübarizələri verəcəkləri, yanlarında olub- olmadıqlarını bilmədən ailə qururlar. Təəssüflər olsun ki, onlar anlamırlar ki, evlilik bərabər olmaq demək deyil. Bu yolda bərabər addımlamaq önəmlidir".

Bu sözləri Redaktor.az-a açıqlamasında psixoloq Nabat Mirzəyeva evlilikdə maddi yükün problemlərini şərh edərkən deyib.  Onun sözlərinə görə, gənclər evlilik qərarı alarkən, gələcəyi nəzərə almırlar.

"Həmin cütlüklər öz aralarında ünsiyyətə keçmirlər və bir-birini tam tanımadan hər şeyi gözə alırlar. "Maddiyyat önəmli deyil, əsas biz bir yerdə olaq",- deyə düşündükləri üçün evlənirlər və bu da çox davam etmir. Bunları nəzərə alıb evlənirsənsə, artıq bunun davası, mübarizəsi getməməlidir. Bu səbəbdən evlilikdən öncə müəyyən danışıqlar mütləq aparılmalıdır. Məsələn, maddi durum, ev, uşaq, öz xərclərini ödəyə biləcək? 

Burda iki nəfərin fikri vacibdir. Çünki iki insan onlar artıq bir damın altına girir. Bu, nişanlı, sevgili dönəmindəki kimi olmur. Artıq övlad dünyaya gəlir və övladın yükü yaranır. Maddi imkan çatmayanda istər-istəməz artıq söhbətlər qalxmağa başlayır. Təbii ki, bununla bərabər bəylərimizlə çalışan xanımlarımız da var. Hər ikisi bərabər mücadilə verib çalışırlar. Ancaq çox vaxt xanımlar övladlarına baxdığı üçün bəylərimiz daha çox bunun yükünü çəkirlər. Bunu bacarmayan, məsuliyyət daşıya bilməyən gənclərin sonu boşanmaya gətirib, çıxarır".

Psixoloq qeyd etdi ki, cütlüklər evlənmədən öncə mütləq dərəcədə ailə psixoloquna müraciət etməlidirlər.

"Onlar evlilik müddətində hansı yollardan keçəcəklər, bir-birlərini nə dərəcədə tanıyırlar kimi suallara cavab tapmalıdırlar. Çünki evlənmədən öncə onlar düşünürlər ki, hər şeyin öhdəsindən gələ bilərik. Ancaq evlilik dönəmində baş verən sıxıntılar nəticəsində zaman keçdikcə görürlər ki, vəziyyət əslində heç də o deyil. Gənclər bir-birini tanımalıdır, maddi durumlarını bilməlidir, ona uyğun evlənməlidir. Çünki ailə kiçik bir dövlətdir və o getdikcə qollanır, şaxələnir övladlar dünyaya gəlir. Ona görə evlənmədən öncə danışılmalı bir-birlərini anlamalı, lazım olarsa, o ailə dağılmadan, ayrılmalıdırlar".

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri