Icma.az
close
up
RU
Gənclər evlənməmək üçün bunu bəhanə edir, amma... Psixoloq gerçəkləri AÇIQLADI

Gənclər evlənməmək üçün bunu bəhanə edir, amma... Psixoloq gerçəkləri AÇIQLADI

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda evlilik yaşına çatmış gənclərə tez-tez verilən “Niyə evlənmirsən?” sualı adətən eyni cavablarla qarşılanır: “Yaxşı oğlan yoxdur”, “Yaxşı qız yoxdur”. Lakin bu cavablar həqiqətən vəziyyəti əks etdirir, yoxsa sadəcə sosial bəhanədir? Gənclərin “yaxşı tərəfdaş axtarışı” nə dərəcədə real səbəbdir və nə qədər idealist düşüncədir?

Psixoloq Samirə Bağırova məsələni “Yeni Sabah”a belə şərh edib:

“Valideynlər üçün yaxşı qız və ya yaxşı oğlan düşüncəsi, yeni nəsli öz zamanı ilə müqayisə etməsindən yaranır. Keçmiş nəsil üçün çox faiz insanların düşüncəsinə görə “ yaxşı qız “ ərə gəlib qaynana və qaynataya xidmət edən, adətən təhsilsiz, işləməyi tələb etməyən, öz fikri olmayan, uşaqların, ərin, ev sakinlərinin xidmətində duran və əlindən hər iş gələn obraz idi. “ Yaxşı oğlan “ içməyən, çəkməyən, maaşı valideynlərə verən, valideyn səhv olsa belə yalnız onlara tərəfkeşlik edən, yetişkin yaşda olsa da, böyüksüz məsləhətsiz müstəqil qərar qəbul etməyə cəsarəti olmayan kişi obrazı idi. Ümumilikdə  adına böyük- kiçik yeri bilən deyilirdi. Əslində isə bu valideynlərin özünəməxsus gözləntilərinin reallaşmasının yaxşı tərəfi idi. Dəyərlərin dəyişməsi fikirlərin dəyişməsi deməkdir.  Fikir dəyişdikcə qaydalar da dəyişməyə başlayır”. pizza

Müsahibimiz qeyd edib ki, əvvəllər ailə qurmaq vacib məsələ sayılırdı,indi isə fərdi inkişaf,karyera,sərbəstlik ön plana keçir:

“Gənclər arasında “ yaxşı və pis partnyor “ anlayışı isə artıq ideal həyat yoldaşı axtardığı üçün problem yaranır. Özünü inkişaf elətdirdikcə beynində ideal bir obraz yaranır və bu obraz reallıqla uyğun gəlmədikdə narazılıq yaranır.Digər səbəblərdən biri valideynlər övladına yüksək gözləntilərlə yanaşır və özlərinə layiq gəlin yaxud nişanlı uyğun görə bilmədiyindən seçimləri daraldır. Digər səbəb qorxulardan yarana bilər. Cəmiyyətdə boşanmalar, xəyanətlər kimi hadisələri görüb məyusluq hissinə qapanmaq. Eləcə də, qərar vermək, seçim etmək səhv etmək qorxusu psixoloji qorxulara bağlı olan səbəblərdəndir. Əslində doğru partnyor seçimi insanın özü ilə  olan məsələdir. Özünü daha yaxşı tanımaq,münasibətdə nə istədiyini dəqiq bilməsidir. Valideynlər isə idealist yanaşmadan çəkinməlidir. Hər zəmanədə yaxşı və pislər mövcuddur. İnsanlar bir- birinin güzgüsüdür. Həyatımıza aldığımız şəxs ya dərs olur, ya da dost. İnsan var  min yaxşının içindən gözü bir pisi görür. İnsan da var min pisin içindən bir yaxşını görür. Yəni məsələdə ətrafda deyil, insanın özündədir”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri