Icma.az
close
up
RU
Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi anılıb

Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi anılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 24 oktyabr, AZƏRTAC

XX əsr Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Xalq rəssamı, Əməkdar incəsənət xadimi Elmira Şahtaxtinskayanın bu il anadan olmasının 95 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq rəssamının mənalı həyat yolu və bədii irsindən bəhs edən videomaterial və daycest hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu materiallar Azərbaycan rəssamlıq sənətinin inkişafında peşəkarlığı və gərgin əməyi ilə seçilən Elmira Şahtaxtinskayanın zəngin bədii yaradıcılıq irsini istifadəçilər arasında təbliğ olunması məqsədilə hazırlanıb.

Vəsaitdə rəsmi sənədlər ilə yanaşı “Milli mədəni irsi və doğma yurdun təbiətini əsərlərində yaşadan sənətkar” və “Elmira Şahtaxtinskaya yaradıcılığının səciyyəvi xüsusiyyətləri” adlı məqalələrin tam mətni təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən https://www.ryl.az/funds/daycest materialda rəssamın həyat və fəaliyyətinə dair 2011-2024-cü illərdə dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa annotasiyası və tam mətninin yerləşdiyi elektron keçidlər yer alır.

“İncəsənətin qüvvəti Elmira Şahtaxtinskaya” adlı videomaterialda xanım rəssamın yaradıcılığının rəngarəng və çoxşaxəli olması, əsasən mənzərə, məişət, portret janrlarında əsərlər yaratmasından bəhs olunur. Elmira Şahtaxtinskayanın “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar seriyası üzərində uzun illər işləməsi, müxtəlif ədəbiyyat, elm və mədəniyyət xadimlərimizin – Nizami Gəncəvinin, Məhsətinin, Memar Əcəminin, Qətran Təbrizinin, Səfiəddin Urməvinin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin, Qara Qarayevin bədii cəhətdən mükəmməl, fəlsəfi tutumu ilə diqqət çəkən obrazlarını yaratması diqqətə çatdırılır. Videomaterialda görkəmli rəssamın yaradıcılıq nümunələri, müsahibələrindən fraqmentlər, foto və video görüntüləri də sərgilənir.

“İncəsənətin qüvvəti Elmira Şahtaxtinskaya” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/incesenetin-quvveti-elmira-sahtaxtinskaya yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri