Icma.az
close
up
RU
Gənclər Kitabxanasında yazıçı Xanım Aydının kitablarının təqdimatı olub

Gənclər Kitabxanasında yazıçı Xanım Aydının kitablarının təqdimatı olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 fevral, AZƏRTAC

Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət “İkimiz” və “Çamadan” kitablarının təqdimatı olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində çıxış edən kitabxananın direktoru Aslan Cəfərov əsərlərdə səmimiyyət, insanın ən dərin, həssas duyğularının əks olunduğunu deyib.

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyev müəllifin geniş və çoxşaxəli yaradıcılığı haqqında danışaraq, onun dərin məzmunlu əsərləri Azərbaycan dilinə tərcümə etdiyini diqqətə çatdırıb.

Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə Xanım Aydının şair təbiətli nasir olduğunu söyləyərək, onun “Sərçə”, “Rəngbərəng kəpənəklər” hekayələrində hər bir oxucunun qəlbini riqqətə gətirəcək həssas məqamlara toxunduğunu, həmçinin uzun illər müəllif ilə əməkdaşlıq etdiyini dilə gətirib.

“Ulduz” jurnalının Baş redaktoru Qulu Ağsəs müəllif ilə ilk tanışlığından söz açıb, şairin şeirlərinin bitkin nəzm nümunələri olduğunu deyib.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Respublika “Xatirə Kitabı” Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova, "Azərbaycan" jurnalının Baş redaktor müavini Südabə Ağabalayeva, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı Yunus Oğuz, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı və digərləri Xanım Aydının uğurlu fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri