Gənclər Kitabxanasında yazıçı Sevinc Nuruqızı ilə görüş keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 aprel, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə uşaq yazıçısı, publisist, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Sevinc Nuruqızının XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri ilə görüşü keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova mütaliənin insan həyatındakı rolundan söhbət açıb.
Təhsil Mərkəzinin dil və ədəbiyyat müəllimi Təranə Məmmədova S.Nuruqızı ilə olan tanışlığından danışıb, yazıçının ədəbiyyatımızı yeni obrazlarla zənginləşdirən, uşaqların öz dilində yazıb-yaradan şəxs olduğunu qeyd edib.
Yazıçı Sevinc Nuruqızı balaca oxucularının ən sevimli kitablarından olan “Melissa”, Gəncə terrorunun günahsız qurbanlarıından olan uşaqlara ithaf etdiyi “Pıçıltı”, Qarabağın tacı əsrarəngiz Şuşaya həsr etdiyi “Duman pəriləri Şu-Şa” kimi əsərlərinin yaranma tarixçəsi, məzmunu barədə məlumat verib.
Sonda Respublika Gənclər Kitabxanası XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin məktəb kitabxanasına kitab hədiyyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Aprel 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















