Icma.az
close
up
RU
Gənclər siyasəti: insan kapitalına əsaslanan strateji inkişaf modeli

Gənclər siyasəti: insan kapitalına əsaslanan strateji inkişaf modeli

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Dövlətlərin nüfuzu ilk növbədə savadlı, peşəkar, milli dəyərlərə bağlı və təşəbbüskar insan kapitalı ilə müəyyən olunur. Bu kapitalın əsasını isə gənclər təşkil edir. Buna görə də gənclərə investisiya qoyuluşu gələcəyə hesablanmış ən mühüm strateji addım, dövlətin uzunmüddətli inkişafının və təhlükəsizliyinin əsas təminatıdır.

Ulu Öndər Heydər Əliyevin “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri gənclərlə bağlı həyata keçirilən siyasətin ideoloji bünövrəsini təşkil edib. Ümummilli Liderin baxışına görə, gənclər həm fiziki cəhətdən sağlam, həm də yüksək bilik, əxlaq və milli-mənəvi dəyərlərə malik olmalıdırlar. Gənclər siyasətinin institusional əsaslarının formalaşdırılması istiqamətində mühüm addımlardan biri 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Bu qərar gənclərlə işin vahid mexanizm üzrə koordinasiyasını təmin etdi. Ardınca 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi və gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə iştirakı üçün geniş imkanlar yaradıldı.
Tarixi əhəmiyyət kəsb edən qərarlardan biri isə Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə fevralın 2-sinin Gənclər Günü elan edilməsi oldu. Həmin təşəbbüs MDB və Şərqi Avropa məkanında bir ilk idi. Maraqlıdır ki, 1999-cu ildə BMT tərəfindən 12 avqust Beynəlxalq Gənclər Günü təsis edildi. Bu fakt həyata keçirilən siyasətin nə qədər uzaqgörən xarakter daşıdığını aydın şəkildə göstərir.
1999-cu ildə imzalanmış “Dövlət gənclər siyasəti haqqında” Fərman və 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Qanun isə bu sahənin hüquqi bazasını möhkəmləndirdi, məqsəd və prinsipləri dəqiq müəyyənləşdirdi. Həmin illərdə istedadlı gənclərə xüsusi qayğı göstərildi, “Qızıl kitab” təsis olundu, xüsusi təqaüdlər verildi, yüksək bal toplayan abituriyentlərlə şəxsən görüşlər keçirildi. Xaricdə təhsil ənənəsi bərpa edildi və 2003-cü ildə 3000-dən artıq gənc dünyanın 40-a yaxın dövlətində 160 ixtisas üzrə ali təhsil alırdı. Bu addımlar ölkənin gələcək kadr potensialının formalaşdırılmasına xidmət edən strateji qərarlar idi.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu müasir dövrün tələblərinə uyğun inkişaf etdirilmişdir. 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması gənclərin cəmiyyətdə ictimai-siyasi və mədəni həyatda fəallığını artırmışdır. Bölgələrdə “Gənclər evi” sosial xidmət müəssisələri yaradılmış, 2025-ci ildə bu mərkəzlərdə 5943 tədbirdə 112 mindən çox gənc iştirak etmişdir.
2011-ci ildə Gənclər Fondunun təsis edilməsi gənclərin təşəbbüslərinin maliyyələşdirilməsinə güclü təkan vermişdir. Minlərlə layihə qrantlarla dəstəklənmişdir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi peşəkar bacarıqların artırılması və məşğulluğun təmin olunmasına xidmət göstərir. “Yüksəliş” müsabiqəsi isə perspektiv idarəçilərin üzə çıxarılması üçün mühüm platformaya çevrilmişdir.
Təhsil sahəsində həyata keçirilən proqramlar xüsusilə diqqətəlayiqdir. Xarici ali məktəblərdə təhsil layihələri çərçivəsində indiyədək 5000-dən çox gənc dünyanın nüfuzlu universitetlərinə göndərilib. 2022–2028-ci illər üzrə proqram hər il 500 nəfərədək tələbənin xaricdə bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almasını təmin edir. 2026/2027-ci tədris ili üçün 33 ölkənin 231 universitetində 4121 proqram üzrə seçim imkanı yaradılıb.
Könüllülük hərəkatı da cəmiyyətin sosial həmrəyliyini gücləndirib. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi minlərlə gəncin ictimai proseslərdə fəal iştirakına səbəb olub. Eyni zamanda, innovasiya və texnologiya sahəsində keçirilən robotexnika, süni intellekt, elmi düşərgələr və olimpiadalarda 2000-dən artıq gəncin iştirakı gələcəyin bilikli nəslinin yetişdiyini göstərir.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi isə bu siyasətin əsas istiqamətlərindəndir. Vətən müharibəsi zamanı ön cəbhədə qəhrəmanlıq göstərənlərin böyük əksəriyyətinin gənclər olması onların milli ruhda formalaşmasının bariz nümunəsidir. Eyni zamanda, informasiya müharibəsində sosial şəbəkələrdə fəallıq göstərən gənclər həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadılar.
İdman sahəsində yaradılan müasir infrastruktur da sağlam nəslin yetişməsinə xidmət edir. Son illərdə onlarla olimpiya kompleksi istifadəyə verilib, idmançılar beynəlxalq arenada minlərlə medal qazanıblar. Ötən il ərzində əldə olunan 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal bu sahədəki inkişafın göstəricisidir.
Bütün bu faktlar sübut edir ki, gənclər siyasəti artıq kompleks və sistemli inkişaf modelidir. Bu model təhsil, innovasiya, məşğulluq, vətənpərvərlik, sosial fəallıq və liderlik keyfiyyətlərini vahid platformada birləşdirərək dayanıqlı gələcəyin əsasını yaradır. Bu gün Azərbaycan gəncliyi savadlı, təşəbbüskar, müasir düşüncəli və dövlətçilik dəyərlərinə sadiq nəsil kimi formalaşıb. Onların qazandığı uğurlar həyata keçirilən məqsədyönlü siyasətin real nəticəsidir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri