Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

14 milyon tona yaxın yük daşınıb

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

Qeyri neftə əsaslanan inkişaf

Qeyri neftə əsaslanan inkişaf

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən 9 ayda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

2026-cı ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə qeyri-neft sektoru üzrə iqtisadi fəallıq artıb və bu dinamika fiskal yığımlara mühüm təsir göstərib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ötən 9 ayda 10 milyard 332,6 milyon manat həcmində qeyri-neft-qaz yığımları təmin edilib. Həmin sahə üzrə büdcəyə proqnozdan əlavə 292,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb. Ümumilikdə, vergi orqanları yanvar-sentyabr aylarında neft və qeyri-neft sektoru daxil olmaqla, birlikdə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 913,4 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.

Sosial sığorta daxilolmaları 5 milyard manatı ötüb

Qeyri-neft sektorundakı artım digər yığım mənbələrində də özünü göstərib. Belə ki, yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat olub, proqnozdan əlavə 267,2 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 401,6 milyon manatdan çox təşkil edib. Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatdan çox olub, proqnozdan əlavə 8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 139,5 milyon manata yaxın təşkil edib.

Həmçinin icbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 758,8 milyon manata yaxın olub, proqnozdan əlavə 18 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 507 milyon manata yaxın təşkil edib.

“e-rüsum” üzrə 52,7 milyon manat dövlət rüsumu ödənilib

Yeri gəlmişkən, 2026-cı ilin 9 ayında dövlət rüsumlarının hesablanması, ödənilməsi və büdcəyə daxilolmalarına nəzarət proseslərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində “e-rüsum” altsistemi üzrə mühüm nəticələr əldə olunub. Sistem üzrə 125 min 245 elektron bildiriş və 115 min 370 elektron qəbz formalaşdırılıb. Sistem üzərindən ödənilmiş dövlət rüsumlarının məbləği 52,662 milyon manat təşkil edib. “e-rüsum” “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin alt sistemlərindən biridir və “e-bildiriş”lərin təqdim edilməsini, hesablanmış dövlət rüsumları haqqında məlumatların real vaxt rejimində əldə olunmasını, artıq və ya düzgün tutulmamış rüsumlarla bağlı müraciətlərin elektron qaydada idarə olunmasını, həmçinin dövlət rüsumlarının büdcəyə köçürülməsinə elektron nəzarətin və uçotun aparılmasını təmin edir.

50 milyarddan 90 milyard manata çatan əlavə dəyər

Hazırda qeyri-neft ÜDM-in həcmi cəmi ölkə üzrə yaradılan əlavə dəyərin (illik)  təxminən 90 milyard manatına bərabərdir. Halbuki bu rəqəm, 2020-ci ildə 50,8 milyard manat təşkil edirdi. Cəmi 5 il ərzində (2026-cı il nəzərə alınmadan) bu sektorda təxminən 70 faizlik artım baş verib. Bu, iqtisadiyyatın strukturunda dərinləşən dəyişimin göstəricisidir və iqtisadi genişlənmə qeyri-neft drayverləri olan istehsal, sənaye, turizm, xidmət və innovasiyalar, tranzit daşınmaları üzrə təmin edilməkdədir. Son illərdə sənaye zonaları, aqroparklar, logistika və nəqliyyat layihələrinə yönələn investisiyalar, həmçinin turizm və texnologiya sahələrindəki genişlənmə nəticəsində Azərbaycan iqtisadiyyatı artıq neftdən kənar sabit gəlir mənbələri formalaşdırıb. Bu, onu göstərir ki, Azərbaycanın növbəti mərhələdə iqtisadi artımını təmin edən əsas qüvvə qeyri-neft sektoru olacaq - yəni ölkə tədricən xammaldan kapital və xidmət ixracatına keçid mərhələsinə qədəm qoyub, ölkə artıq təkcə neft gəlirləri ilə deyil, real sektorun və xidmət iqtisadiyyatının hesabına böyüyür.

Qeyri-neft ÜDM-nin ilin sonunda 100 milyard manata çatacağı gözlənilir

Qeyd edək ki, hökumət bir müddət əvvəl 2026-cı il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb ki, sənəddə qeyri-neft sektoru üzrə artımın ilin əvvəlində tərtib edilmiş cari gözləntilərdən daha yüksək olacağı fərz olunur. 2026-cı ilin ilk 6 ayının makrofiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatının 1-2 faizlik artım tempi nümayiş etdirəcəyi, ilin sonunda ÜDM-in real ifadədə artımı 1,7 faiz olmaqla 138 milyard manata çatacağı gözlənilir. Qeyri-neft ÜDM-nin real ifadədə artımı 3,1 faiz olmaqla 100 milyard manata çatacağı gözlənilir. Yəni ilin əvvəli ilə gözləntidə tikinti və turizm sektoru üzrə nəzərdə tutulandan aşağı artım templərinin fərz olunması ÜDM-in cüzi azalmasına səbəb olacaq. Bunun nəticəsində əvvəlki proqnoza nisbətən qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinin 5 faizdən 3,1 faizə enəcəyi ehtimal olunur. Ancaq bütün bunlara baxmayaraq ölkədə ilin sonunda yaradılacaq əlavə dəyərin 74-75 faizi qeyr-neft mənbələrinin üzərində cəmləşəcək. Bu, qeyri-neft sektorunun yenə də iqtisadi-fiskal bölmələrinin əsas drayveri olacağını yəqinləşdirir.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Oktyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see771

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see736

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see731

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see527

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see386

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see337

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see286

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see277

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see261

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri