Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Hədəf rəqabətli insan kapitalına əsaslanan cəmiyyət quruculuğudur

Hədəf rəqabətli insan kapitalına əsaslanan cəmiyyət quruculuğudur

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi dünya innovasiya inkişafının əsas fundamentini təşkil edir. İnsan kapitalı təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət, informasiya xidmətinə əsaslanmaqla formalaşır. İnsan kapitalı kompleks sahələri əhatə etməklə istər iqtisadi, istər sosial, istərsə də siyasi-hüquqi sahəyə geniş təsir imkanlarına malikdir. Biznes mühitinin yaxşılaşdırılmasında insan kapitalı amilinin rolu çox önəmlidir. Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Bakıda keçirilən İnsan İnkişafı Forumunda bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5 əsas prioritetindən biri məhz rəqabətli insan kapitalına əsaslanır. Bu yöndə əlverişli mühit və ekosistemin yaradılmasına nail olunub. Biznes mühitinin yaxşılaşdırılması məqsədilə fəaliyyət göstərən beynəlxalq reytinqlər üzrə konvensiya isə insan inkişafına aid üç xüsusi işçi qrupun işini tənzimləyir.

İqtisadi tərəqqi və insan zəkası

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, hazırda ölkələr arasında rəqabətin artması insan kapitalı fonunda daha qabarıq tərzdə nəzərə çarpır. Müxtəlif ölkələr insan kapitalının formalaşmasına böyük önəm verir, davamlı sərmayələr yatırır. Yüksək inkişaf etmiş ölkələrin bügünkü uğurlu və davamlı iqtisadi tərəqqiyə çatması da məhz insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilib. Müasirləşən cəmiyyətlərdə bilik və bacarıqlar kapital sayılır və iqtisadiyyatın əsas resursuna çevrilir. Hazırda  iqtisadi tərəqqi kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyalardan asılıdır. Onun sözlərinə görə, rəqabətədavamlı innovativ iqtisadiyyat quruculuğu yolunda öz qətiyyətli islahatları ilə irəliləyən Azərbaycanda ötən illərdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün mühüm işlər görülüb, əhəmiyyətli islahatlar həyata keçirilib, bu proses davam etməkdədir: Ölkəmizdə insan kapitalının inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi qrupunun fəaliyyəti bu sırada xüsusi əhəmiyyət kəsb edir. İşçi qrupunda təmsil olunan KOBİA strateji qərarların qəbuluna və praktik həllərin tətbiqinə töhfə verir ki, bu da sahibkarlıq sektoru üçün yeni imkanların əldə edilməsi deməkdir. Sahibkar üçün yalnız biznes bilikləri deyil, eyni zamanda düşüncə tərzi, xarakter və praktiki təcrübə də vacib olduğundan qeyd edilən platformalar biznes icması üçün yeni innovasiyaların mənimsənilməsinə töhfə verir.

KOB-ların rəqəmsal bacarıqları dəstəklənəcək

İnsan kapitalının inkişafında rəqəmsal transformasiya, süni intellekt və digər innovasiyalar ənənəvi biznesin müasir biznes modellərinə keçidində də mühüm rol oynayır. Xüsusilə də hazırda rəqəmsal transformasiya kiçik və orta biznesdə (KOB) innovasiyaları sürətləndirmək və bununla da rəqabət qabiliyyətini gücləndirmək üçün əsas vasitə kimi ön plana çıxır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda kiçik və orta biznesin (KOB) inkişafının yeni və daha səmərəli stimullarla təşviqi, rəqəmsal cəmiyyətə tam inteqrasiya üçün yeni strateji hədəflər müəyyən edilib. Bu məqsədlə yeni hazırlanan kiçik və orta sahibkarlığın rəqəmsallaşması proqramı bu istiqamətdə nəzərdə tutulan prioritetləri özündə əks etdirir. Biznesin yeni rəqabədavamlı məhsullar istehsalı və bazarlara çıxışı, qlobal dəyər zəncirinə inteqrasiyası, öz innovativ fəaliyyətini yüksəltməsi baxımından yeni proqram mühüm əhəmiyyət kəsb edir. Bu çərçivəyə əsasən, KOB-ların rəqəmsal alətlər, strategiyalar və qabaqcıl təcrübələr haqqında təlim proqramları təşkil olunacaq, ən innovativ təşəbbüslərə cəlb edilməklə bacarıqların artırılması dəstəklənəcək.

Müasir iqtisadiyyat quruculuğunda ön planda yer alan gənclərin intellektual bilik və bacarıqlarının artmasında xarici maliyyə təşkilatları ilə birgə icra edilən layihələr də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu innovasiya yönümlü layihələrdə əsas tərəfdaşlardan biri kimi Dünya Bankına (DB) xüsusi önəm verir. Dövlət Məşğulluq Agentliyi ötən il DB-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi özünüməşğuluq proqramına 2500 gənci cəlb edib. Ötən il təqribən 16 minə yaxın gənc müxtəlif peşə kurslarına cəlb edilib, müasir peşə yönümlü xidmətlərdən faydalanıblar. “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” də gənclərin  potensialının inkişaf etdirilməsində müasir platformalardan biri kimi əhəmiyyət daşıyır.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri