Icma.az
close
up
RU
Gənclər türk dünyasının gələcəyini formalaşdıracaq TDT in baş katibi

Gənclər türk dünyasının gələcəyini formalaşdıracaq TDT in baş katibi

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək təşkilatın dini-humanitar əməkdaşlığının əsas istiqamətlərindən və müasir çağırışlardan bəhs edib.

Metbuat.az xəbər verir ki, Baş katib bildirib ki, Şura artıq bir sıra mühüm mövzuları əhatə edən bəyannamələr qəbul edib. Bunlar arasında “İslamın ekstremizmə münasibəti”, “İslam yerli xalqların ənənələrindən istifadə edir”, “İslamda ümmətin birliyi” və “İqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi və ekoloji məsələlərin həllinə çağırış” sənədləri yer alır.

Onun sözlərinə görə, Bakıda keçiriləcək növbəti iclasda “İslamda evliliyin təşviqi: gecikmiş evliliyin səbəbləri və evliliyə maneələr” və “İslamın elm və texnologiyaya yanaşması” mövzularında daha iki bəyannamənin müzakirəyə çıxarılması gözlənilir.

Kubanıçbek Ömüralıyev vurğulayıb ki, bu təşəbbüslər Şuranın cəmiyyətlərin üzləşdiyi müasir problemlərin həllinə artan intellektual töhfəsini nümayiş etdirir.

Baş katib həmçinin Türk Dünyasının ən böyük üstünlüklərindən birinin onun gənc və dinamik əhalisi olduğunu diqqətə çatdırıb:

“Üzv dövlətlərimizin əhalisinin 40 faizindən çoxunu gənclər təşkil edir. Bu demoqrafik üstünlük böyük imkanlar yaratmaqla yanaşı, üzərimizə mühüm məsuliyyətlər də qoyur. Gənc nəsillərimizin yalnız bilik və peşəkar bacarıqlarla deyil, həm də güclü etik prinsiplər, tənqidi düşüncə qabiliyyəti və ortaq dəyərlər əsasında yetişməsini təmin etməliyik”.

Baş katib qeyd edib ki, qurumlar arasında daha geniş əməkdaşlıq, təhsil təşəbbüslərinin dəstəklənməsi, dinşünaslıq sahəsində akademik mübadilələrin və elmi əməkdaşlığın inkişafı biliyə, mülayimliyə və qarşılıqlı hörmətə əsaslanan din anlayışının təşviqinə töhfə verə bilər.

Kubanıçbek Ömüralıyev, həmçinin Türk Dünyasının zəngin intellektual və mənəvi irsə malik olduğunu vurğulayaraq, bu torpaqlardan yetişmiş alimlərin, ilahiyyatçıların və mütəfəkkirlərin dünya sivilizasiyasına əvəzsiz töhfələr verdiyini bildirib. Onun sözlərinə görə, biliyi, ədaləti, şəfqəti, tolerantlığı və dinc birgəyaşayışı təşviq edən bu zəngin irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi Türk Dünyasının ortaq vəzifələrindən biridir.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 İyun 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri