Icma.az
close
up
RU
Gənclər üçün sosial media: Faydalı, yoxsa zərərli? ARAŞDIRMA

Gənclər üçün sosial media: Faydalı, yoxsa zərərli? ARAŞDIRMA

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial media XXI əsrdə ünsiyyət formalarının əsasına çevrilmişdir. Xüsusilə 2020-ci ildə pandemiyanın təsiri ilə bütün dünyada sosial mediadan istifadə tezliyi ciddi dərəcədə artdı. Bu gün istər fərdi, istərsə də təşkilati səviyyədə hər yaşda insanlar sosial mediada hesab yaradır və ondan aktiv şəkildə istifadə edirlər.

Sosial media istifadəçilərin öz istehsal etdikləri məzmunu paylaşdıqları və yaydıqları onlayn platformadır. Təkcə ünsiyyət vasitəsi deyil, həm də özünüifadə, reklam, inandırma və təsir məqsədilə istifadə olunur. BMTQ-nın (Beynəlxalq Məlumat və Texnologiyalar Qurumu) məlumatına əsasən, ən çox istifadə edilən sosial media şəbəkələri yaş qruplarına görə fərqlənir. Rəsmi yaş həddi 13 olsa da, bir çox valideynlər daha kiçik yaşlı uşaqlar üçün də hesablar yaradırlar.

İnternetə çıxışı və texnoloji cihazı olan hər yerdə sosial mediadan istifadə mümkündür. Buna görə də uşaqların və gənclərin sosial mediaya çıxışına nəzarət edilməli, onları şüurlu istifadə barədə maarifləndirmək vacibdir. Gənclərin nə qədər, necə və hansı məqsədlərlə sosial mediadan istifadə etdiyinə ailələr nəzarət etməlidirlər.

Gənclər üçün Sosial Media: Faydalı, yoxsa zərərli?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Xüsusilə 12–21 yaş aralığındakı yeniyetmələr üçün sosial medianın təsiri müxtəlif aspektlərdən qiymətləndirilməlidir. Bu nəsil texnologiya ilə doğulan və böyüyən bir nəsildir. Onlar üçün internet, sosial media və texnologiya — məlumat əldə etmək, paylaşmaq və əlaqə qurmaq vasitəsidir.

Sosial media həm də sosiallaşma, şəxsiyyətin formalaşması və özünü qiymətləndirmə vasitəsidir. Yeniyetməlik dövründə ailə ilə münasibətlər zəifləyir, həmyaşıdlarla vaxt keçirməyə meyil artır. Bu dövrdə gənclər emosional baxımdan daha həssas olurlar, bu da onların sosial mediada mənfi təsirlərə daha çox məruz qalmasına səbəb ola bilər.

Rəqəmsal zorakılıq günümüzün əsas problemlərindən biridir. Bir çox ailə sosial medianın təsirindən qorunmaq üçün məhdudiyyətlər tətbiq edir. Lakin sosial medianı qadağan etmək düzgün yanaşma deyil. Bunun əvəzinə, daha sağlam, səmərəli və ağıllı istifadə yolları öyrədilməlidir.

Sosial Medianın Gənclərə Faydaları

1. Pandemiya dövründə ünsiyyət vasitəsi: Gənclər sosial medianın köməyi ilə təhsillərini davam etdirə, bilik və ideyalarını paylaşa bildilər.

2. Qlobal əlaqələr: Sosial media vasitəsilə fərqli ölkələrdən insanlarla ünsiyyət quraraq dil bacarıqlarını və mədəni anlayışlarını inkişaf etdirirlər.

3. Utancaqlığın azalması: Sosial mediada daha rahat ünsiyyət quran gənclər özlərini daha sosial hiss edə bilərlər.

4. Yaradıcılıq və özünüifadə: Bloglar, "YouTube" və "Instagram" səhifələri vasitəsilə maraqlı və faydalı məzmunlar yaradaraq həm öyrənir, həm də paylaşırlar.

5. Əlavə məlumat mənbəyi: Gənclər sosial mediada elmi, texnoloji və siyasi xəbərləri real vaxtda izləyə bilirlər.

Sosial Medianın Gənclərə Zərərləri

1. Saxta hesablar və təhlükələr: Gənclər bəzən saxta profillərlə qarşılaşaraq emosional və maddi risklərlə üzləşə bilərlər.

2. Nifrət, təhqir və kiber zorakılıq: Anonimlik insanlarda aqressiv ifadələrin artmasına səbəb ola bilər.

3. Özünü başqaları ilə müqayisə: Gənclər sosial mediada gördükləri “ideal” həyat tərzləri ilə özlərini müqayisə edərək narazılıq və depressiya yaşaya bilərlər.

4. Lazımsız istehlaka təşviq: Brend və məhsullarla bağlı təbliğatlar gənclərdə istehlak mədəniyyətini formalaşdırır.

5. Travmatik məzmuna məruz qalma: Zorakılıq, qəza və ya təbii fəlakətlərlə bağlı görüntülər psixoloji zərər verə bilər.

6. Məxfi məlumatların paylaşılması: Həddindən artıq şəxsi məlumat paylaşımı təhlükəli situasiyalara səbəb ola bilər.

7. Sosial bacarıq çatışmazlığı və diqqət pozuntusu: Üz-üzə ünsiyyət bacarıqları zəifləyir, ekran qarşısında uzun müddət qalmaq isə diqqəti yayındırır.

8. “FOMO” – Qaçırmaq qorxusu: Gənclər sosial medianı buraxmaqdan qorxur, daim yenilikləri izləmək istəyirlər.

Valideynlərə Tövsiyələr

• Qadağalar əvəzinə nəzarət və istiqamətləndirmə: Sosial media tamamilə qadağan edilməməli, əksinə, nəzarətli və məqsədyönlü istifadə təşviq edilməlidir.

• Maarifləndirmə erkən başlamalıdır: Uşaqlar erkən yaşlardan sosial medianın doğru istifadəsi barədə məlumatlandırılmalıdır.

• Uşağın sizə güvənməsi vacibdir: Onlar rastlaşdıqları çətinlikləri valideynlərlə paylaşmaqda tərəddüd etməməlidirlər.

• Kiber zorakılığın nəticələri izah edilməlidir: Gənclər özlərinin və başqalarının hüquqlarına hörmət etməyi öyrənməlidirlər.

• Peşəkar dəstəkdən çəkinməyin: Əgər sosial medianın təsiri artıq zərərlidirsə, mütəxəssislərdən dəstək almaq vacibdir.

Müasir dövrdə sosial media və texnologiya həm gənclər, həm də böyüklər üçün qaçılmaz vasitəyə çevrilmişdir. Əgər düzgün və şüurlu şəkildə istifadə olunarsa, sosial media həm fərdi inkişafı, həm də akademik uğuru dəstəkləyə bilər. Lakin nəzarətdən çıxmış istifadə hallarında bu alətlər zərər verə bilər. Ona görə də balanslı və məlumatlı yanaşma ən doğru yanaşmadır.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:326
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri