Icma.az
close
up
RU
Gənclər niyə özlərini gizlədir? ARAŞDIRMA

Gənclər niyə özlərini gizlədir? ARAŞDIRMA

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Bəzən elə olur ki, bir insanı evdə görürsən – sakit, itaətkar, sanki özünü sıxan biri. Sonra həmin adamı dostları ilə danışqan, açıq fikirli, tam fərqli biri kimi görürsən. Sanki bir bədəndə iki ruh var. Bir evdə iki fərqli insan yaşayır. Valideynlərinin tanıdığı övladla dostlarının tanıdığı gənc eyni adam deyil. Bu hal get-gedə daha da yayılır. Niyə?

Gənclər niyə özlərini gizlədir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bəzən bu fərqlilik qorxudan doğur. Gənc düşünür ki, əgər evdə öz fikrini açıq desə, qəbul olunmayacaq. Əgər evdəki “normal” çərçivədən bir addım kənara çıxsa, onu qınayacaqlar. Və zamanla o, iki həyat qurur: biri – “görsənmək üçün”, digəri – “həqiqi mən” üçün.

Evdə ailəsinin yanında olduğu kimi davranmaq onun üçün təhlükəsiz görünür. Ailənin gözündə yaxşı övlad obrazını qorumaq istəyir. Amma içindəki əsl “mən” rahatlıqla nəfəs ala bilmir. Və o nəfəsi tapdığı yeganə yer – dostlarının yanıdır. Orda olduğu kimi danışır, gülür, bəzən söyür, bəzən ağlayır, bəzən düşünür. Özüdür, heç kimdən qorxmur.

Bu ikili həyat uzunmüddətli olanda, insanı yorur. Özünü ifadə edə bilməyən gənc daxildən parçalanır. Çünki insanın davamlı maska taxması bir müddət sonra onun öz kimliyini unutmasına səbəb olur. Sən artıq doğrudan hansı “sən”sən – özün də ayırd edə bilmirsən.

Bu halın səbəbi təkcə ailə deyil. Cəmiyyət də eyni dərəcədə təzyiq göstərir. “O nə geyimdir?”, “O necə danışır?”, “Filankəsin uşağına bax, sən də ondan nümunə götür” – bu kimi cümlələr gənci ya susmağa, ya da saxta obraz yaratmağa məcbur edir. Və nəticədə ortaya çıxır – iki həyat, iki sifət, amma bir yüklü ruh.

Gənclər gizlənmək istəmir. Sadəcə, başa düşülmək istəyirlər. Onlar tənqid yox, qəbul axtarırlar. Və bu qəbul olmadığı yerdə özlərini bölmək məcburiyyətində qalırlar: bir az ev üçün, bir az özləri üçün.

Əgər ailələr, müəllimlər, cəmiyyət olaraq gəncləri olduğu kimi qəbul etməyi bacarsaq – onların iki deyil, bir tam və azad həyat yaşamağı mümkün olar. Amma bu, qarşılıqlı anlayışla baş verə bilər. Əks halda, bir evin içində minlərlə gizlənmiş “mən”lərlə yaşayan gənclər cəmiyyətin ən böyük səssizliyi olmağa davam edəcək.

Amma bu ikili həyat təkcə gənclik illərində qalmır. İnsan bu vəziyyəti öz içində çözə bilmədikcə, bu parçalanma onunla birgə böyüyür. Günlərin birində ailə qurur, amma içindəki ikilik yenə qalır. Bu dəfə evdə yalnız valideynlərinə deyil, artıq həyat yoldaşına da uyğun görünməyə çalışır.

Belə gənclərin evlilik həyatı çox zaman səthi və yorucu olur. Çünki evliliyin təməli – açıq ünsiyyət, güvən və daxili azadlıq – bu insan üçün hələ formalaşmayıb. Əgər bir insan illərlə özünü ifadə etməyə qorxubsa, sevdiyi insanla da açıq danışmaq ona çətin gələcək. Hər şey yenə susqunluq və uyğunlaşma ilə davam edəcək.

Təsəvvür edin: evdə bir tərəf yalandan gülür, digəri bu gülüşü həqiqi sanır. Bir gün bu maska düşəndə isə qarşı tərəf çaşqın qalır – “Sən əvvəllər belə deyildin…” Halbuki, o həmişə elə olub. Sadəcə, göstərməyə qorxub. Və nəticədə iki nəfər arasında səssiz uçurum yaranır.

Daha pisi – bu cür gənclər çox vaxt özlərinə uyğun olmayan insanla ailə qururlar. Yəni içindəki “gerçək mən”lə uyğun olan deyil, valideynlərinin, cəmiyyətin bəyəndiyi biri ilə. Çünki illərlə o, nəyi istədiyini deyil, nəyin “daha münasib” olduğunu öyrənib. Və bir müddət sonra o evliliyin içində sıxılır, boğulur, amma ayrılmaq da çətin gəlir. Çünki hər şey zahirdə düzgündür, amma içində yanlışdır.

Bu cür münasibətlərdə sevgi getdikcə rəsmi ünsiyyətə çevrilir. İki insan bir evi paylaşır, amma bir-birinin ruhuna toxuna bilmir. Uşaqları olur – və bu ikilik onların tərbiyəsinə də ötürülür. Yeni nəsil yenə özünü gizlədən, özünü başqalarına uyğunlaşdırmağa çalışan fərdlərlə dolur.

Əslində, bu məsələ cəmiyyətin əsas sosial problemlərindən biridir. Çünki biz hələ də insanı olduğu kimi qəbul etməkdə çətinlik çəkirik. Gənclər özlərinə bənzər həyat qurmaq yerinə, başqasının təsdiqini almaq üçün yaşayırlar. Bu da nə daxili rahatlıq gətirir, nə də sağlam ailə münasibətləri yaradır.

Bəlkə də dəyişiklik kiçik sualla başlaya bilər: “Sən əslində kimsən və nə istəyirsən?” Bu sual gənclərə evdə verilsəydi, bəlkə də onlar çöldə başqa cür davranmağa ehtiyac duymazdılar.

Bu ikiliyin psixoloji kökləri nədən başlayır?

Çox vaxt bu parçalanma uşaqlıqdan başlayır. Valideynin sevgisini, diqqətini qazanmaq üçün uşaq özünü “sevilən versiya”da təqdim etməyə başlayır. Əslində isə uşaq bilmir: valideyn onu olduğu kimi qəbul edəcək, yoxsa yox? Əgər hər dəfə “sən belə danışma”, “belə gülmə”, “o uşağa bax, sən ondan geri qalırsan” kimi cümlələrlə böyüyürsə, təbii ki, bir müddət sonra içindəki “mən”i bağlayır, bir “başqasını” yaratmağa başlayır – uyğun olanı, təriflənəni, qəbulediləni.

Bu da onu aparır özünü sevməməyə. Gənc düşünür ki, mən olduğum kimi yetərli deyiləm. Hər dəfə fərqli bir mühitdə fərqli rol oynamaq isə insanın içini boşaldır. Bu boşluq evliliyə də daşınır. Qarşı tərəf sevgi, dürüstlük və yaxınlıq axtarır, amma sən içində bu qədər parçalanmışkən nə verə bilərsən?

Və bu cür evliliklərdə insanlar çox zaman “niyə bu qədər uzaqlaşdıq?” sualına cavab tapa bilmirlər. Halbuki məsələ başlanğıcdadır – insan əvvəlcə özünə yaxın olmağı bacarmalıdır.

Bəs nə etməli? Çıxış yolu varmı?

Əlbəttə var. Amma bu dəyişikliklər kənardan yox, öz içimizdən başlamalıdır. Gənc insan ilk növbədə özünü tanımağa çalışmalıdır. Öz hisslərinə, ehtiyaclarına qulaq verməlidir. Nəyi həqiqətən istəyir, nəyi sadəcə başqaları üçün edir – bunu ayırd etməyi öyrənməlidir.

Valideynlərə isə böyük rol düşür. Uşaqdan “ideal” yaratmağa çalışmaq əvəzinə, onu başqa heç kimə bənzətmədən, olduğu kimi qəbul etmək – bu, həm övladın psixoloji sağlamlığı üçün, həm gələcəkdə quracağı münasibətlər üçün həlledici faktordur.

Psixoloqlar bu tip daxili parçalanmanın şəxsiyyətin inteqrasiyası ilə aradan qalxdığını deyirlər. Yəni insan özünün müxtəlif tərəflərini qəbul etməyi, birləşdirməyi öyrənməlidir: həm zəifini, həm güclüsünü. Öz içində barışıq yaratmadan başqasıyla sağlam münasibət qurmaq, ailə saxlamaq çətindir.

Gənclər gizlənmək istəmir. Sadəcə, üzə çıxmağa şərait tapa bilmirlər. Çünki çox zaman biz onlara “necə olmalı” olduqlarını deyirik, “olduqları” halı isə görməzdən gəlirik.

İnsan özünü yalnız seviləcəyinə, başa düşüləcəyinə əmin olanda göstərə bilir. Əgər bu şərait evdə yoxdursa, o şəxs öz “mən”ini başqa yerlərdə, bəzən də yanlış ünvanlarda axtarmağa başlayır.

Və beləliklə, bir bədəndə iki nəfər yaşayır. Amma əslində bu cəmiyyətin ikiüzlü gözləntilərinin bir nəfərə yüklənməsidir.

Əgər bir gün insanlar qorxmadan “mən budur” deyə bilsə, nə dostlar arasında, nə evdə, nə də evlilikdə bu qədər sükut, bu qədər yalan, bu qədər tənhalıq olmaz.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see669

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see336

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see291

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see286

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see260

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see241

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see234

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see231

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see197

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see178

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see170

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see169

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see161

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri