Icma.az
close
up
RU
Gənclər və İdman Nazirliyi gənclər siyasətini düzgün qura bilmir

Gənclər və İdman Nazirliyi gənclər siyasətini düzgün qura bilmir


"Bu gün Gənclər günüdür. Ancaq bu gün ölkədə belə bayramın olduğunu bilməyən minlərlə gənc var. Nə Gənclər və İdman Nazirliyi, nə də onun yerli strukturları gənclər siyasətini düzgün qura bilir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. Onun sözlərinə görə, elə gənclər var ki, həmən rayonun gənclər üzrə məsul qurumları bir yana, heç rayon icra hakimiyyətləri də onlar barədə primitiv məlumata malik deyillər:
"Söhbət hansısa konkret rayondan getmir. Ümumiyyətcə vəziyyət belədir. Ətrafımızda müxtəlif bölgələrdən olan gənclərlə söhbətdə bunun şahidi oluram".
Zeynal Əmrəliyev deyib ki, Bakıda vəziyyət ümumiyyətcə bərbaddır:
"Gənclər günündə ancaq dövlət müəssisələrində, YAP-da çalışan gəncləri təltif edib günü yola verirlər. Hər yerdə vəziyyət eynidir. Rayon gəncləri arasında koordinasiya qurulması çox vacibdir. Gələcəkdə həmən gənclərin gücündən, imkanlarından rayonun inkişafı naminə istifadə etmək olar".
Süleyman
seeBaxış sayı:90
embedMənbə:https://newscenter.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri