Icma.az
close
up
RU
Gənclər və yeniyetmələr arasında sosial fəallığın artırılması

Gənclər və yeniyetmələr arasında sosial fəallığın artırılması

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Gənclər cəmiyyətin ən dinamik və yaradıcı qüvvəsidir. Onların enerjisi, yenilikçi düşüncəsi, təşəbbüskarlığı sosial-iqtisadi və mədəni inkişafda mühüm rol oynayır. 

Cəmiyyətin inkişafında onların iştirakı, ilk növbədə, ictimai və sosial sahədə özünü göstərir, çünki gənclər sosial problemlərin həllində, könüllülük fəaliyyətlərində, qeyri-hökumət təşkilatlarında və müxtəlif sosial layihələrdə fəal iştirak edirlər. 

Təhsil və elm sahəsində isə gənclər ölkənin intellektual potensialını artıraraq akademik uğurlar əldə edir, yeni bilik və texnologiyaların inkişafına kömək edirlər. Onlar müxtəlif tədqiqatlarla innovasiyalara imza atır, elmi nailiyyətlər əldə edərək ölkənin beynəlxalq arenada mövqeyini möhkəmləndirirlər.  Dominos pizza

Gənclərin iqtisadiyyatda da rolu danılmazdır, çünki onlar startaplar və kiçik bizneslərlə yeni iş yerləri yaradır, rəqəmsal texnologiyalar və süni intellekt kimi sahələrdə inkişafı təmin edirlər. Əmək bazarında peşəkar bilik və bacarıqları ilə önə çıxaraq ölkənin iqtisadi inkişafına mühüm töhfə verirlər. 

Gənclərin mədəniyyət və incəsənət sahəsindəki rolu da xüsusi qeyd olunmalıdır.  Çünki onlar musiqi, incəsənət və ədəbiyyatda yeni üslublar yaradır, milli irsi qoruyaraq onu beynəlxalq səviyyədə tanıdırlar. Eyni zamanda ekoloji problemlərin həllində onların rolu artmaqdadır. Onlar iqlim dəyişikliyi ilə mübarizədə, yaşıl iqtisadiyyat və alternativ enerji mənbələrinin inkişafında fəal iştirak edirlər. 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Gənclər İttifaqının layihələr üzrə koordinatoru Tahirə Allahverdiyeva bildirib ki, gənclər təcrübi fəaliyyətlərə nə qədər tez atılsalar, onlar üçün daha yaxşıdır:

“Azərbaycan Gənclər İttifaqı”nın faəliyyəti daha çox incəsənət yönümlüdür. Biz gəncləri uşaqlıq dövründən gənclik dövrünə qədər istedadlarını ortaya çıxarmaq, səhnə özgüvəninin yaranması və qorxularına qalib gəlmək yönündə dəstəkləyirik. 

Eyni zamanda digər gəncləri müsabiqələrin təşkilində cəlb edirik ki, onlar müsabiqə prosesində stress altında fəaliyyət göstərmək, ani kriz anında düzgün reaksiya vermək və digər istiqamətlər üzrə praktiki iştirak etsinlər. Onlar artıq psixoloji olaraq, prosesləri necə idarə etmək olar, onu tam şəkildə öyrənilər. 

Bizim fəaliyyətlərimiz bu yöndədir. Əlimizdə çoxlu ideyalar, layihələr var. Hazırda bunların üzərində işləyirik. Biz nəinki öz ölkəmiz daxilində, eyni zamanda 12 fərqli ölkədə Azərbaycan diasporu ilə işlər nəzərdə tutmuşuq ki, həmin ölkələrin vətəndaşı olan gənclərimizin gələcəkdə ölkəmizə gəlməsi, gəzməsi üçün şərait yaratmağı düşünürük. 

Gənclərə tövsiyə edirəm ki, təcrübə həyatına daha tez atılsınlar. Çünki bəzən biz nəzəri olaraq çox şey bilirik. Mənim özüm pedaqoqam və müəllim kimi fəaliyyət göstərirəm. Məndə nəzəri biliklər çox yüksək səviyyədə idi, amma gözləyirdim ki, mükəmməlləşim və nə vaxtsa hər şeyi biləndə başlayaram. 

Amma bu heç də düzgün fikir deyil. Biz heç vaxt heç nəyi tam və istədiyimiz kimi mükəmməl səviyyədə bilməyəcəyik. Ona görə də, vaxtında təcrübə prosesindən qorxmamaq, çəkinməmək lazımdır. Təcrübə isə iş prosesində yaranır. 

Gənclərə deyərdim ki, qorxmasınlar, addım atmaqdan çəkinməsinlər. Səhvlər olacaq və edəcəklər. Amma bu onların inkişafına daha çox təsir göstərəcək”.

Müstəqil Həmkarlar Birliyinin sədr müavini, sosioloq Əhməd Rəhmanov isə qeyd edib ki, gənclərə könüllük əsasında müxtəlif peşələr öyrədilsə, daha yaxşı olar:

“Bu gün bizim gənclərin cəlb olunduğu sosial layihələrin hamısı demək olar ki, humanitar fənlər üzrədir. Amma əslində, həmin o gənclərə könüllük əsasında müxtəlif peşələr öyrədilsə, daha yaxşı olar. 

Yəni peşə kursları təşkil edib yaxud müxtəlif zavod və fabriklərdə bir neçə ay iş fəaliyyətinə cəlb etmək daha faydalı və səmərəli olar. Məsələn, sovet dövründə peşə məktəbləri var idi. 

Hər bir peşə məktəbində 1-ci kursdan sonra, gəncləri öz peşələri üzrə 1 aylıq kurs keçməyə göndərirdilər. 1 aydan sonra həmin o müssisə baxırdı ki, gənclərdən bir neçəsi aktivdir və nəyisə bacarır. Həmin o müəssisə hətta bu gəncləri yayın axırına qədər müqavilə ilə saxlayıb, əməkhaqqı da verirdi. Bunu tətbiq etmək lazımdır. 

Hazırda imtahan nəticələri də onu göstərir ki, gənclərin meyli daha çox humanitar fənlərədir. Bu gün bizim gənc bilməlidir ki, evdə işıq sönəndə, əlinə bir alət alıb öz işini həll edə bilsin. Könüllülük formasında gənclərimizi belə işlərə cəlb etmək lazımdır”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.   


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Avqust 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri