Icma.az
close
up
RU
Aşihara Karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında “Zəfər Kuboku” turniri keçirilib

Aşihara Karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında “Zəfər Kuboku” turniri keçirilib

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aşihara Karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında “Zəfər Kuboku” turniri keçirilib

Ötən gün Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə Aşihara Karate növü üzrə Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” turniri keçirilib. Yarışın məqsədi Azərbaycanın şanlı Zəfər Gününün mənəvi əhəmiyyətini idman ictimaiyyəti arasında geniş təbliğ etmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək vermək və karatenin ölkəmizdə inkişafına əlavə stimul yaratmaqdır.
Açılış mərasimində Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, AKF-in İdarə Heyətinin üzvü Marif Bağrov, Federasiyanın baş katibi Qabil Sayadov, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, Aşihara Karate növünün sədri Şahin Bağırov, eləcə də məşqçilər və hakim heyəti iştirak ediblər.


Turnir ənənəvi olaraq idmançıların təntənəli surətdə arenaya daxil olması ilə başlayıb. İdmançılar Azərbaycan Respublikasının üç rəngli bayrağı altında dövlət himnimizi səsləndirildikdən sonra, açılış üçün söz AKF-in İdarə Heyətinin üzvü Marif Bağrova verilib. İdman xadimi ilk olaraq bildirib ki, bu gün müstəqil ölkəmizdə idmanın bu cür inkişaf mərhələsinə çatması üçün ilk öncə Ulu Öndər Herdər Əliyevə minnətdarıq. Karateçilər və təşkilatçılar tərəfindən Ulu Öndərin, 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Marif Bağırov əlavə olaraq onu da qeyd etdi ki, mən bu çempionatda iştirak edən idmançıların içərisində gələcəyin avropa və dünya yarışlarının qalibləri olacağına çox inanıram. Daha sonra Aşihara Karate növünün sədri Şahin Bağırov, Aşihara Karate haqqında tədbir iştirakçılarına əlavə məlumat veridi. Sonra qədimdə yaponların döyüşlərdə əsgərin əhvalını yüksək tutan döyüş nağarasının sədaları altında “Zəfər Kuboku” turniri başladı. Yarışda Bakının müxtəlif klublarının idmançıları öz döyüş bacarıqlarını göstərirdi.


Tədbirdə çıxış edən idman xadimləri vurğulayıblar ki, Azərbaycan Karate Federasiyası ölkəmizdə karate idman növünün sistemli inkişafı, idmançılarımızın beynəlxalq arenada layiqli təmsilçiliyi və Zəfər Gününün yaratdığı qürur hissinin gənclər arasında gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Qeyd olunub ki, bu kimi turnirlər həm idmançılar arasında sağlam rəqabətin formalaşmasına, həm də milli karate məktəbinin inkişafına mühüm töhfə verir.
Yarışın yekununda müxtəlif yaş və çəki kateqoriyalarında fərqlənən idmançılar AKF tərəfindən təsis edilmiş medal və diplomlarla təltif olunublar. Turnirdə 200-dən artıq idmançı öz döyüş ustalığını nümayiş etdirərək Zəfər Gününün ruhuna uyğun yüksək əzmkarlıq sərgiləyib.
Turnirdə komanda hesabında ən çox medal qazanan Sulu-Təpə Aşihara Karate klubu “Zəfər Kuboku” ilə mükafatlandırılıb.
Azərbaycan Karate Federasiyası karate hərəkatının inkişafı, idmançılarımızın qələbə əzminin möhkəmləndirilməsi və gələcək beynəlxalq uğurların təmin edilməsi yönündə fəaliyyətini davam etdirir...

Murad Şahməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 19 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri