Elektron siqaretlər xüsusən yeniyetmələr və gənclər arasında nikotin asılılığının genişlənməsinə şərait yaradır
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Bu gün Milli Məclisdə maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsini qadağan edən qanun layihələrini müzakirə etdik.
Hesab edirəm ki, bu tip elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər ictimai sağlamlıq baxımından əsaslandırılmış və vaxtında atılan addımdır. Artıq 40-dan çox ölkədə bu məhsullar qadağan edilmişdir.
Birincisi, elektron siqaretlər xüsusən yeniyetmələr və gənclər arasında nikotin asılılığının genişlənməsinə şərait yaradır. Dadlandırıcılar, cazibədar dizayn və marketinq siqaretə “zərərsiz alternativ” kimi yanlış təsəvvür formalaşdırır, bunu əyləncə kimi təqedim edir və ilk istifadəyə giriş baryerini aşağı salır. Bu isə uzunmüddətli perspektivdə həm tütün məhsullarına keçidi, həm də nikotin asılılığının dərinləşməsini artırır.
İkincisi, bu məhsulların tərkibi və keyfiyyətinə nəzarət praktikada çətindir: bazarda standartlardan kənar, qeyri-qanuni və mənşəyi şübhəli məhsulların dövriyyəsi geniş yayılıb. Nəticədə risk yalnız nikotinlə məhdudlaşmır; insan sağlamlığı üçün mənfi nəticələr yaradan kimyəvi qarışıqların istifadəsi ehtimalı yüksəlir. Tərkibində müxtəlif kimyəvi maddələr olan buxarların insan orqanizminə, xüsusilə də tənəffüs yollarına verəcəyi ziyanlar dünyada artıq sübut edilmişdir.
Üçüncüsü, qadağa dövlətin iqtisadi və profilaktik səhiyyə siyasətinin məntiqi davamıdır: xəstəlik yarandıqdan sonra müalicə xərclərini artırmaqdansa, risk faktorlarını məhdudlaşdırmaq daha effektiv və daha ucuz yanaşmadır. Bu qərar təkcə fərdi sağlamlığı deyil, həm də ailələrin sosial rifahını və əmək məhsuldarlığını qorumağa xidmət edir.
Bu baxımdan, idxal–istehsal–satış–istifadə zəncirinin bütövlükdə qadağan olunması, xüsusilə gənclərin qorunması və uzunmüddətli səhiyyə yükünün azaldılması üçün məqsədyönlü, ictimai marağa uyğun qərardır. Bu həm də ölkədə insan kapitalının qorunmasına yönələn mühüm siyasətdir.
Tahir Mirkişili, Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:“Elektron siqaretlər xüsusilə gənclər üçün fəsad yaradır”
16 Dekabr 2025 16:34
Elektron siqaretlər də asılılıq yaradır
29 Oktyabr 2025 06:52
Nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək
16 Dekabr 2025 15:02
İqtisadçı: Sənaye parklarının yaradılması qeyri neft sektorunun genişlənməsinə şərait yaradır
19 Noyabr 2025 17:46
Elektron siqaretlər bu şəxslər üçün ciddi təhlükə yaradır
10 Fevral 2025 13:58
Baxış sayı:22
Bu xəbər 17 Dekabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















