Icma.az
close
up
RU
Gənclər yenə öndə olacaq

Gənclər yenə öndə olacaq

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Son hədəf Azərbaycanı güclü, inkişaf etmiş sosial rifah ölkəsinə çevirməkdir

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi


2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla həyata keçirilməkdədir. Məhz bu məqsədyönlü siyasətin nəticəsidir  ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşırlar. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Dövlətin gənclərə dəstək olmasının və diqqət göstərməsinin nəticəsində Azərbaycan gənclərində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görür. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi  və gənclər siyasətindəki digər məsələlər ölkə rəhbərinin fəaliyyətinin əsasını təşkil edir. Respublikamızda müstəqillik illərində belə sağlam əqidəli, intellektual potensialı yüksək olan gənclərin yetişməsi, ilk növbədə, həyata keçirilən məqsədyönlü gənclər siyasəti ilə bağlıdır.

Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər əsasında formalaşması və Vətənə bağlı olması xalqımızın və dövlətimizin böyük üstünlüyüdür.

Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi ötən 20 il ərzində gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət yeridilib. Bu illər ərzində yüksək vətənpərvərlik ruhunda yetişən gənclərimiz Vətən müharibəsində qanları, canları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Bəli, İlham Əliyevin “dəmir yumruğu”na çevrilən vətənpərvər gənclərimiz 30 illik işğala cəmi 44 günə son qoydu.  

Bu gənclər 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən əks-hücum əməliyyatlarında canlarını əsirgəmədilər. O gənclər ki, 30 ilə yaxın müddətdə erməni faşistləri tərəfindən işğal olunan torpaqlarımızı azad etdilər. Azərbaycanın haqq savaşında misilsiz qəhrəmanlıq nümunələri göstərən gənclərimiz Vətənimizin ərazi bütövlüyünün bərpasına böyük töhfələrini verdilər. Azərbaycan əsgərlərinin son damla qanınadək döyüşərək şəhidliyə yüksəlmələri bir daha sübut etdi ki, gənclərimizin vətənsevərlik duyğuları yüksəkdir. Xalqımıza o böyük zəfər sevincini yaşadan da vətənpərvər Azərbaycan gəncləri oldu.


Prezident İlham Əliyev hər zaman çıxışlarında Azərbaycan gəncliyinin tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin qorunmasını ön plana çəkir və gənclərimizin 44 günlük müharibədə göstərdiyi rəşadəti, qəhrəmanlığı xüsusi vurğulayır.

İctimaiyyət üzvləri də hesab edir ki, milli-mənəvi dəyərlərimiz qorunduqca, gənclərimiz xarici təsirlərdən tamamilə müdafiə olunur, onlar xarici təsirlər altına düşmürlər və beləliklə də, azərbaycançılıq ideologiyası ətrafında birləşərək Vətənə, dövlətə, xalqa bağlı şəkildə inkişaf edirlər.

Qeyd edək ki, ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətin daxilində və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli və mənəvi birlik dayanır. Bu birlik vətəndaşlıq, dünyəvilik, tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət kimi dəyərlərə söykənir. Təbii ki, bu birliyi və harmoniyanı Qarabağ Zəfəri daha da möhkəmləndirib. Azərbaycan Prezidenti bu barədə deyib: “Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də, buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik”.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov isə qeyd edib ki, gənclər tarixin bütün dönəmlərində yaşadıqları ölkələrin, cəmiyyətlərin  inkişafında aparıcı rola malik olub. Onun sözlərinə görə, hər bir ölkənin və cəmiyyətin inkişafı gəncliyin oynadığı roldan, proseslərə baxışından, elmi, mədəni  səviyyəsindən asılı olur: “Müasirlik, novatorluq gənclərin adı ilə bağlıdır. Bu gün müasir Azərbaycan dövlətçiliyinin inkişafında, əldə etdiyi qələbələrdə, uğurlarda gəncliyin müstəsna rolu və töhfəsi danılmazdır.

Bünövrəsi Ulu Öndər tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncliyi ölkədə xüsusi aparıcı qüvvə rolunda çıxış etməkdədir. Məhz yürüdülən uğurlu siyasətə adekvat reaksiyasının nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi şəxsən cənab Prezident İlham Əliyevin onlara bəslədiyi ümidləri bütün sahələrdə yüksək səviyyədə doğruldurlar.  Bunu cənab Prezident İlham Əliyev çıxışlarında gənclərimizin vətənpərvərliyini yüksək dəyərləndirərək vurğulayıb: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”.

Müstəqillik illərində Azərbaycanda yüksək intellektual səviyyəyə malik, eyni zamanda, milli ruhlu gənclərin formalaşması da bilavasitə respublikamızda aparılan dövlət siyasətinin məntiqi nəticəsidir. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulan uğurlu gənclər siyasəti ötən 21 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi öz bəhrəsini verib. Bu gün gənclik Azərbaycan dövlətinin əsas yükünü öz çiyninə alaraq Prezident İlham Əliyevin liderliyi altında irəliyə, yeni-yeni qələbələrə doğru aparmaqdadır. 

Möhtərəm Prezident İlham Əliyev Azərbaycanın gənclər siyasətində daim gənclərin milli ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında formalaşdırılmasına çağırışlar edir ki, bu da müasir dünyanın reallıqları ilə bağlıdır. Bu gün dünyanın üzləşdiyi reallıqlarda, süni intellektin inkişaf etdiyi və onun yaratdığı təhdidlərin, ölkəmizə qarşı həyata keçirilən dezinformasiya siyasətinin qarşısının alınmasında gənclərin üzərinə daha ciddi məsuliyyət düşür. Onların bu proseslərdə aktivliyinə daha çox ehtiyac duyulur”.

Ş.İsmayılovun sözlərinə görə, Azərbaycan gəncliyi istər 44 günlük Vətən müharibəsində, istər ondan sonra Ermənistanın işğalçılıq siyasətinə son verib ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bərpa  olunmasında göstərdiyi qəhrəmanlıq və şücaəti eyni qayda ilə ondan sonrakı dövrdə ölkəmizə qarşı həyata keçirilən haqsız informasiya və hibrid savaşlarda da ön cərgədə gedirlər: “Ona görə də indiki reallıqlar şəraitində gənclərin milli ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Biz xalqımızın milli kimliyini şərtləndirən dəyərlərimizlə, ənənələrimizlə qürur duyuruq. Bu dəyərlərin, ənənələrin qorunaraq müasir dövrədək gəlib çatması, eyni zamanda, məsuliyyətimizi də artırır. Biz ölkəmizin, xalqımızın sabahı naminə əcdadlarımızın milli ruhunu yaşadan dəyərlər sistemimizi yad təsirlərdən qorumalı və onları gənclərimiz vasitəsilə gələcəyə ötürməliyik. Azərbaycanın bundan sonrakı mərhələdə də perspektiv inkişafı müasir dünya trendləri, o cümlədən innovativ texnologiyalarla bağlı olacaq. Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda ölkəmizin yeni dövr siyasəti ilə bağlı mesajlarını aydın və konkret şəkildə diqqətə çatdırıb. Dövlət başçımızın da bildirdiyi kimi, müasir texnoloji inkişaf mərhələsində gənclərdən çox şey asılıdır. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. “Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Əminəm ki, cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan gəncliyi indiyədək olduğu kimi bundan sonra da ölkəmizin inkişafında və qarşısında duran  hədəflərə nail olunmasında aparıcı rol oynayacaq. Son hədəf olaraq Azərbaycan güclü, inkişaf etmiş sosial rifah ölkəsinə çevrilməsində öz sözünü deyəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2024 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri