Gənclərdə infarkt riskini artıran 5 əsas faktor Həkimdən mühüm xəbərdarlıq
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
İnfarkt artıq yalnız yaşlı insanların xəstəliyi hesab edilmir. Mütəxəssislər son illərdə gənc yaşlarda da infarkt hallarının artdığına diqqət çəkirlər.
Mütəxəssislərin sözlərinə görə, gənclərdə infarkt riskinin artmasına bir sıra amillər təsir edir. Bunların arasında genetik meyillilik, siqaret, qeyri-sağlam qidalanma, yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin və nizamsız həyat tərzi xüsusi yer tutur.
Kardiologiya mütəxəssisi Prof. Dr. Ahmet Oytun Baykan bildirib ki, infarktın ən xarakterik əlamətlərindən biri döş qəfəsinin orta hissəsində yaranan təzyiq və sıxılma hissidir.
Onun sözlərinə görə, ağrı döş sümüyünün arxasında başlayaraq qola, çiyinə, kürəyə, çənəyə, hətta mədə nahiyəsinə yayıla bilər.
“Bu ağrı adətən 15–20 dəqiqədən uzun davam edir və infarkt hallarının böyük hissəsində belə özünü göstərir”, – deyə mütəxəssis bildirib.
Qadınlarda əlamətlər fərqli ola bilər
Həkim qeyd edib ki, infarktın əlamətləri hər insanda eyni olmaya bilər. Xüsusilə qadınlarda simptomlar daha fərqli formada özünü göstərə bilər.
Döş qəfəsində narahatlıqla yanaşı nəfəs darlığı, soyuq tər, ürəkbulanma, halsızlıq və başgicəllənmə kimi əlamətlər də müşahidə oluna bilər.
“İlk iş təcili yardıma zəng etməkdir”
Prof. Dr. Baykan infarkt şübhəsi yarandıqda xəstənin öz avtomobili ilə xəstəxanaya getməyə çalışmamasının vacib olduğunu vurğulayıb.
“İlk etməli olduğumuz iş təcili yardıma zəng etməkdir. Təcili yardım briqadası hadisə yerində EKQ çəkə, ilkin müdaxiləni həyata keçirə və xəstəni vaxt itirmədən uyğun tibb mərkəzinə çatdıra bilər”, – deyə o bildirib.
Mütəxəssis belə vəziyyətdə şəxsin fiziki fəaliyyəti dayandırmasını, dincəlməsini, sıx paltarlarını boşaltmasını və təcili yardım briqadasını gözləməsini tövsiyə edib.
“İnfarktda vaxt itirmək ürək əzələsinin itirilməsi deməkdir”
Həkimin sözlərinə görə, ürəyi qidalandıran damar tıxandıqdan sonra hər keçən dəqiqə ürək əzələsinin zədələnməsi artır.
“İnfarktda vaxt ürək əzələsinə, ürək əzələsi isə həyata bərabərdir. Xüsusilə ilk 1–2 saat ərzində göstərilən tibbi yardım həm həyat qurtara, həm də ürəyin qalıcı zədələnməsinin qarşısını böyük ölçüdə ala bilər”, – deyə Baykan qeyd edib.
Gənclərdə əsas risk faktorları
Mütəxəssis gənc yaşda infarkt riskini artıran əsas amillər arasında bunları sadalayıb:
Genetik meyillilik
Siqaret istifadəsi
Yüksək arterial təzyiq
Şəkərli diabet və yüksək xolesterin
Qeyri-sağlam qidalanma və hərəkətsiz, nizamsız həyat tərzi
Qulaqdakı xətt infarktın dəqiq göstəricisi deyil
Son vaxtlar sosial mediada yayılan qulaqda yaranan xəttin ürək xəstəliklərinin göstəricisi olduğu barədə iddialara da münasibət bildirən Baykan bunun qəti diaqnostik əlamət olmadığını deyib.
“Frank xətti kimi tanınan qulaq bükümü ilə bağlı müşahidə xarakterli araşdırmalar var. Lakin bunun ürək xəstəliyinin birbaşa səbəbi və ya dəqiq göstəricisi olduğu sübut edilməyib”, – deyə mütəxəssis bildirib.
Həkim insanların bu cür əlamətlərə deyil, real risk faktorlarına və yaranan simptomlara diqqət yetirməsinin vacib olduğunu vurğulayıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yeni başlayan və keçməyən güclü döş qəfəsi ağrısı, xüsusilə də ağrı qola, kürəyə və ya çənəyə yayılırsa, vaxt itirmədən təcili tibbi yardıma müraciət edilməlidir.
Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Gənclərdə panik atakları artıran 5 əsas səbəb
04 Avqust 2026 20:29
İnfarkt riskini artıran gözlənilməz amillər Həkimdən XƏBƏRDARLIQ
29 İyun 2026 09:16
Gənclərdə infarkt riski niyə artır? Xəbərdarlıq
21 İyul 2026 15:40
Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq
15 Noyabr 2026 14:28
Gənclərdə infarkt nədən yaranır?
29 Sentyabr 2025 21:52
Baxış sayı:182
Bu xəbər 13 Sentyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları