Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Gənclərdə panik atakları artıran 5 əsas səbəb

Gənclərdə panik atakları artıran 5 əsas səbəb

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənclər arasında panik atak hallarında artım müşahidə olunur. Təhsil və iş həyatı ilə bağlı təzyiqlər, sosial media təsiri, qeyri-müəyyən gələcək narahatlığı, yuxu pozuntuları və gündəlik stress bu problemin əsas səbəbləri sırasında göstərilir.
Maraqlıdır, gənclər arasında panik atak hallarının artmasının əsas səbəbləri nələrdir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən neyropsixoloq Aytəkin Aslan söyləyib ki, son illərdə gənclər arasında panik atak hallarının nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur:
“Əgər əvvəllər bu problemlə daha çox yetkin yaş qrupunda rastlaşırdıqsa, bu gün yeniyetmələr və gənc yetkinlər arasında da eyni vəziyyətə daha tez-tez təsadüf edilir. Öz klinik təcrübəmdə də bu tendensiyanı aydın şəkildə müşahidə edirəm. Müraciət edən gənclərin əksəriyyəti ilk baxışdan səbəbini izah edə bilmədikləri ürəkdöyünmə, nəfəs darlığı, boğulacaqmış kimi hiss, başgicəllənmə, bədəndə titrəmə və qəfil ölüm qorxusu yaşadıqlarını bildirirlər. Əslində isə bu əlamətlərin arxasında çox zaman uzun müddət yığılıb qalan psixoloji gərginlik dayanır. İnsanı davamlı qorxu içində saxlayan əsas amillərdən biri məhz naməlumluq hissidir. Buna görə də panik atakın necə yarandığını anlamaq və bu barədə məlumatlı olmaq qorxunu, eləcə də tutmaların şiddətini azaltmağa kömək edə bilər. Panik atak beynin təhlükəyə qarşı verdiyi müdafiə reaksiyasının həddindən artıq aktivləşməsidir. Bu prosesin mərkəzində amiqdala – beynin təhlükəni qiymətləndirən “siqnalizasiya sistemi” dayanır. Amiqdala real təhlükə ilə xəyali və ya emosional təhlükəni hər zaman dəqiq ayırd edə bilmir. Davamlı stress şəraitində o, “yüksək həssaslıq” rejiminə keçir və ən kiçik narahatlıq siqnalını belə həyati təhlükə kimi qəbul edir. Bununla paralel olaraq hipotalamus–hipofiz–böyrəküstü vəzi (HPA) oxu aktivləşir və orqanizmə kortizol və adrenalin ifraz etməsi üçün siqnal göndərir. Bu hormonlar ürək döyüntüsünü sürətləndirir, tənəffüsü dəyişir və əzələləri gərginləşdirir. Panik atak zamanı müşahidə olunan fiziki əlamətlərin əsas səbəbi də məhz budur. Eyni zamanda prefrontal korteks – məntiqi düşünmə və emosiyaların tənzimlənməsinə cavabdeh olan beyin nahiyəsi güclü stress zamanı fəaliyyətini zəiflədir. Nəticədə insan hadisələri sakit şəkildə təhlil etmək qabiliyyətini qismən itirir və bədənində baş verən normal fizioloji reaksiyaları həyati təhlükə kimi qiymətləndirir. Bu səbəbdən panik atak keçirən bir çox gənc infarkt keçirdiyini və ya nəfəsinin dayanacağını düşünür. Halbuki tibbi müayinələr zamanı ciddi fiziki problem aşkar olunmur. Müasir dövrdə gənclərin üzərində hiss etdikləri təzyiq əvvəlki illərlə müqayisədə daha mürəkkəb xarakter daşıyır. Akademik uğur qazanmaq, yüksək nəticələr göstərmək, nüfuzlu universitetə qəbul olmaq, daha sonra isə yaxşı iş tapmaq kimi gözləntilər onları davamlı performans göstərməyə məcbur edir. Bu uzunmüddətli gərginlik sinir sistemini yorur və beynin emosional tənzimləmə mexanizmlərini zəiflədir”.
Neyropsixoloq əlavə edib ki, neyrobioloji baxımdan xroniki stress yaddaş və emosiyaların idarə olunmasında mühüm rol oynayan beyin strukturlarında funksional və struktur dəyişikliklərə səbəb ola bilər:
“Bu isə gələcəkdə insanın stressə davamlılığını azaldır. Çalışdığım pasiyentlər arasında xüsusilə imtahan dövründə və ya universitetə qəbul ərəfəsində ilk panik atak epizodunu yaşayan gənclərə tez-tez rast gəlirəm. Digər mühüm amillərdən biri sosial medianın psixoloji təsiridir. Sosial şəbəkələrdə insanların uğurlu, xoşbəxt və problemsiz həyat yaşadığı görüntüsü formalaşır. Gənclər isə çox vaxt öz real həyatlarını başqalarının paylaşdığı seçilmiş anlarla müqayisə edirlər. Bu müqayisələr zamanla özünəinamın azalmasına, uğursuzluq hissinin güclənməsinə və gələcəklə bağlı narahatlığın artmasına səbəb olur. Bundan əlavə, bildirişlər və daimi onlayn olma hissi beyində dopamin əsaslı “gözləmə-mükafat” mexanizmini davamlı aktiv saxlayır. Nəticədə sinir sistemi daim oyanıq vəziyyətdə qalır ki, bu da uzunmüddətli narahatlıq üçün əlverişli zəmin yaradır. Klinik praktikada tez-tez rast gəldiyim hallardan biri də budur ki, gənclər özlərini kifayət qədər uğurlu hesab etmədiklərini, daim nəyisə ertələdiklərini və başqalarından geri qaldıqlarını düşünürlər. Bu düşüncə tərzi isə narahatlıq pozuntularını qidalandıran əsas mexanizmlərdən biridir. Gələcəklə bağlı qeyri-müəyyənlik də panik atakların artmasında mühüm rol oynayır. İqtisadi çətinliklər, əmək bazarındakı rəqabət, maddi müstəqillik qazanmaq istəyi və cəmiyyətin yüksək gözləntiləri gənclərdə davamlı gərginlik yaradır. Beyin uzun müddət qeyri-müəyyənlik şəraitində qaldıqda təhlükə siqnallarını daha həssas qəbul etməyə başlayır. Neyrobiologiyada bu vəziyyət allostatik yük adlanır. Yəni orqanizm uzun müddət “hazır ol” rejimində işləyir və zamanla tükənir. Nəticədə kiçik bir narahatlıq belə güclü panik reaksiyasına çevrilə bilir. Son illərdə diqqət çəkən digər problem isə yuxu pozuntularıdır. Gec saatlara qədər telefon istifadəsi, sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək və nizamsız həyat tərzi beynin kifayət qədər istirahət etməsinə imkan vermir. Halbuki keyfiyyətli yuxu emosiyaların tənzimlənməsi üçün həyati əhəmiyyət daşıyır. Dərin yuxu fazasında beyin gün ərzində toplanmış emosional gərginliyi emal edir və amiqdalanın həssaslığını normal səviyyəyə qaytarmağa kömək edir. Yuxusuzluq zamanı isə diqqət, yaddaş və emosional nəzarət zəifləyir, bu da narahatlıq səviyyəsini daha da artırır. Müşahidələrim göstərir ki, panik atak səbəbilə müraciət edən gənclərin əhəmiyyətli hissəsində yuxu rejimi ciddi şəkildə pozulub”.
Aytəkin Aslan panik atakın yaranmasına təsir edən amillərin yalnız bir səbəblə məhdudlaşmadığını qeyd edib:
“Çox vaxt ailədaxili problemlər, emosional travmalar, itkilər, münasibətlərdə yaşanan çətinliklər və gündəlik stress bir-birinə əlavə olunaraq sinir sisteminin həddindən artıq yüklənməsinə səbəb olur. İnsan beyni müəyyən müddət bu yükü kompensasiya edə bilir, lakin resurslar tükəndikdə panik atak həmin yüklənmənin görünən nəticəsinə çevrilir. Təəssüf ki, bir çox gənc yaşadığı panik atakı fiziki xəstəlik hesab edir və dəfələrlə müxtəlif tibbi müayinələrdən keçir. Nəticələr normal olduqda isə özünü daha da çaşqın hiss edir. Halbuki panik atak zəif xarakterin və ya iradəsizliyin göstəricisi deyil. Bu, beynin və sinir sisteminin uzunmüddətli psixoloji yüklənməyə verdiyi reaksiyadır və düzgün psixoloji müdaxilə ilə uğurla idarə oluna bilir. Sevindirici tərəfi odur ki, beyin sabit quruluş deyil. Neyroplastiklik sayəsində düzgün psixoloji müdaxilə, nəfəs tənzimləmə texnikaları, idrak-davranış terapiyası və sağlam gündəlik vərdişlər vasitəsilə amiqdalanın həssaslığını azaltmaq, prefrontal korteksin tənzimləyici rolunu gücləndirmək mümkündür. Başqa sözlə, beyin bu reaksiyanı öyrəndiyi kimi, sakitliyi də yenidən öyrənə bilir. Mənim klinik təcrübəmdə ən vacib məqamlardan biri gənclərə yaşadıqları vəziyyətin təhlükəli olmadığını, lakin diqqətdən kənarda saxlanılmamalı olduğunu izah etməkdir. Onlar panik atakın mexanizmini anladıqca öz bədən reaksiyalarını daha düzgün qiymətləndirməyə başlayırlar. Paralel olaraq stressin idarə olunması, emosional tənzimləmə bacarıqlarının inkişaf etdirilməsi, yuxu gigiyenasının bərpası və lazım gəldikdə psixoterapevtik dəstək əksər hallarda müsbət nəticələr verir. Bu yolda Hz. Mövlanaya aid edilən belə bir fikir xatırlanır: “Yara işığın içəri girdiyi yerdir.” Panik atak da müəyyən mənada bədənin göndərdiyi bir xəbərdarlıqdır. O, diqqətdən kənarda qalmış yorğunluğun, sıxıntının və emosional yüklənmənin görünən ifadəsidir.
Gənclər arasında panik atak hallarının artması təkcə fərdi problem deyil, həm də cəmiyyətin psixoloji sağlamlığı baxımından mühüm göstəricidir. Bu səbəbdən ailələrin, təhsil müəssisələrinin və mütəxəssislərin birgə fəaliyyəti, psixi sağlamlıq sahəsində maarifləndirmənin artırılması və gənclərin vaxtında peşəkar dəstəyə yönləndirilməsi böyük əhəmiyyət daşıyır. Erkən müdaxilə həm panik atakların təkrarlanmasının qarşısını almağa, həm də gənclərin həyat keyfiyyətini və psixoloji dayanıqlığını əhəmiyyətli dərəcədə artırmağa imkan verir”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Avqust 2026 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri