Icma.az
close
up
RU
Gənclərə çağırış Bu işlərdən uzaq durun

Gənclərə çağırış Bu işlərdən uzaq durun

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Sabunçu rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və rayonun fəal gəncləri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov bildirib ki, milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət, milli incəsənət, musiqi, muğam, folklor, ədəbiyyat, özünüdərk, ailə və dahi şəxsiyyətlər xalqımızın milli dəyərlər sisteminin əsasını təşkil edir. O qeyd edib ki, böyüyə hörmət, valideynə sevgi və ehtiram, kiçiklərə qayğı xalqımızın əsrlərdən bəri formalaşmış mənəvi keyfiyyətlərindəndir. pizza

Ədalət Teymurov çıxış zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən bəhs edib, həmçinin qloballaşma şəraitində milli dəyərlərimizə, adət-ənənələrimizə və milli mentalitetimizə qarşı aparılan mənfi təsirlərə qarşı birgə mübarizənin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, həmin qurumun aparıcı məsləhətçisi Rəşadət Hidayətov, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Bakıxanov qəsəbəsində yerləşən “Cümə” məscidinin imamı, “İmam Rza” Dini İcmasının sədri Əmirxan Tahrov və digər natiqlər milli-mənəvi və adət-ənənəvi dəyərlərimizin cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, gənc nəslin milli kimliyinə, tarixinə və mənəvi irsinə bağlı ruhda yetişdirilməsi gələcəyimiz üçün xüsusi önəm kəsb edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 May 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri