Icma.az
close
up
RU
Gəncləri Günü münasibəti ilə Gəncədə dəyirmi masa

Gəncləri Günü münasibəti ilə Gəncədə dəyirmi masa

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasinın Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər şurası tərəfindən 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə dəyirmi masa keçirilib.

525.az-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev   tədbiringiriş sözündə dəyirmi masanın əsas heyətini təşkil edən gənc tədqiqatçılara qarşıdakı əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev gələcəyə yönəlmiş uğurlu gənclər siyasətinin formalaşdırılmasını müstəqil Azərbaycanın dövlət strategiyasının əsas istiqamətlərindən hesab edib və bu baxımdan, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizin qüdrətinin artırılması naminə onun hərəkətverici qüvvəsi olan gənclərə daim böyük inam bəsləyib, cəmiyyətimizdə onların inkişafının təmin olunması üçün zəruri şərait yaradıb.

Akademik Fuad Əliyev bu siyasi xəttin bəhrələrindən biri kimi, elm sahəsində də gənclərin yenilikçi rolunun gündən-günə artdığını xüsusi qeyd edib, Gəncə Bölməsində elmi istiqamətdə gənclərin inkişafı üçün lazımi şərait yaradıldığını bildirib.

Sonra dəyirmi masanın məruzələri dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Ulu Öndər Heydər Əliyevin ideyaları kontekstində gənc alim fenomeni: elmi düşüncənin yeni paradiqmaları”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Gənc  tədqiqatçıların beynəlxalq elmi əməkdaşlıq imkanları”, Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçisi Yasin Alməmmədov “Elmin davamlılığında gənc nəslin strateji mövqeyi”, Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Nərmin Alıyeva “Rəqəmsal transformasiya dövründə gənclərin elmi fəaliyyəti”, Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Aytən İsayeva “Elmi potensialın inkişafına gənclər siyasətinin təsiri” və Bölmənin Nizami Gəncəvi Mərkəzinin Dünya nizamişünaslığının tərcüməsi şöbəsinin baş laborantı Jasmin Abbasova “Elmi nailiyyətlərin cəmiyyətə transferində gənclərin rolu” mövzusunda çıxış ediblər.

Tədbirin yekununda AMEA-nın Gəncə Bölməsinin sədri fəal elmi və ictimai mövqelərinə, eləcə də bugünki dəyirmi masada dolğun çıxışlara görə gənc tədqiqatçılara təşəkkür edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Zakir Muradov,

Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri