Icma.az
close
up
RU
Gənclərimiz Heydər Əliyev ideyalarının davamçısı olaraq çıxış edirlər

Gənclərimiz Heydər Əliyev ideyalarının davamçısı olaraq çıxış edirlər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ümummilli Lider gəncləri “Azərbaycanın milli sərvəti” adlandırırdı.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan xüsusi iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.  

O qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu strateji inkişaf konsepsiyasının əsas istiqamətlərindən biri də yüksək bilik və bacarıqlara sahib, vətənpərvər gənc nəsilin formalaşdırılması idi:

"Müasir müstəqil Azərbaycanı qurmağa hələ 1969-1982-ci illərdə başlayan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin yüksəkixtisaslı kadr potensialının hazırlanması məqsədilə minlərlə gənc müxtəlif ixtisaslar üzrə keçmiş Sovet İttifaqının ən nüfuzlu universitetlərində təhsil alaraq peşəkar mütəxəssis kimi formalaşdı. Ulu Öndər mütəmadi olaraq Azərbaycandan kənarda təhsil alan gənclərin fəaliyyətini daim diqqət mərkəzində saxlayır, onların inkişafına yüksək qayğı göstərir, onları “Azərbaycanın milli sərvəti” adlandırırdı.

1970-1980-ci illərdə Ulu Öndərin hərtərəfli diqqət və qayğısı nəticəsində ayrı-ayrı ölkələrin təhsil müəssisələrində oxuyan, yüksək bilik və bacarıqlara yiyələnən gənclər müstəqillik illərində ölkəmizdə dövlət quruculuğu prosesində yaxından iştirak edib, həmçinin müxtəlif sahələrin inkişafına dəyərli töhfələr veriblər. 

1998-ci il 31 avqust tarixində 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında çıxış edən Ulu Öndər demişdi: “Mən vaxtilə apardığım işlərin bəhrəsini görürəm. Mən o vaxt sizi təhsil almaq üçün göndərmişəm. Bu gün belə hesab edirəm ki, mən və ümumiyyətlə, bizim hamımız – indi hakimiyyətdə olanlar sizin imkanlarınızdan, biliyinizdən, bacarığınızdan, istedadınızdan istifadə etməliyik. Biz sizdən kadr kimi səmərəli istifadə etməliyik”. 

Müstəqil Azərbaycana rəhbərliyi illərdində də Ulu Öndər bu məsələyə daim xüsusi diqqətlə yanaşırdı. Gənclərin himayədarı olan Ulu Öndər Heydər Əliyev  sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Müxtəlif təqaüd proqramları, beynəlxalq əməkdaşlıq layihələri vasitəsilə gənclərin xarici ölkələrdə təhsil almaları üçün şəraitin yaradılması qlobal düşüncə tərzinə malik, ölkəmizin gələcək inkişafına töhfə verən  gənclərin formalaşmasına töhfə verdi".

O, Ümummilli Liderin gənclər siyasətindən də danışıb: "Dahi liderin müəyyənləşdirdiyi və gənc nəslin hərtərəfli, o cümlədən  intellektual, mənəvi və fiziki inkişafına yönələn dövlət gənclər siyasəti yüksək təhsilli, yaradıcı potensiala malik gənclərin hazırlanması onların vətənə sədaqət ruhunda tərbiyə olunmalarını təmin etməklə, gənclərin dövlət idarəçiliyində, ictimai həyatda və innovativ sahələrdə fəal iştirakına geniş imkanlar açdı. Bu siyasət, eyni zamanda, gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə, onların qlobal çağırışlara cavab verə bilən, rəqabətqabiliyyətli və təşəbbüskar vətəndaşlar kimi formalaşmasına şərait yaratdı.
Müdrik ideyaları, strateji qərarları ilə gələcəyin qüdrətli Azərbaycanını  quran Ulu Öndər Heydər Əliyev gənclərə xüsusi qayğı ilə yanaşaraq, mütəmadi olaraq onlarla görüşlər keçirdi, gənclərin dövlət idarəçiliyində,  ictimai-siyasi həyatda fəal iştirakı, təşkilatlanmaları, müxtəlif sahələrdə təcrübə qazanmaları, bilik və bacarıqlara yiyələnmələri üçün mühüm addımlar atdı.

Gənclərlə bağlı məsələlərin həll olunması, bu istiqamətdəki dövlət siyasətinin uğurla icrasını təmin etmək məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla  ölkəmizdə Gənclər Gününün təsis olunması isə Ulu Öndərin gənclərimizə böyük hədiyyəsidir.

Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirərək demişdi: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”.

"Ümummilli Liderin milli maraqlara əsaslanan strategiyası ölkəmizin onilliklər ərzində inkişaf və qələbələrə aparan yoluna işıq salır. İctimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, peşəkar kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar Ulu Öndərin müəyyənləşdirdiyi başlıca strateji hədəflər idi. Bütün bu istiqamətlərdə müəyyənləşdirilən strateji hədəflərə nail olmaq üçün əlbəttə, güclü potensiala, bilik və bacarıqlara malik, xalqa və vətənə bağlı gənc nəslin formalaşması olduqca zəruri idi.
Ümummilli Liderin inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə olunan tarixi nailiyyətlər ölkəmizin gücünü, xalqımızın birliyini daha da artırıb, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib. Azərbaycan dayanıqlı iqtisadiyyatı, güclü ordusu, qlobal əhəmiyyətli layihələri, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə regionun aparıcı dövlətlərindən birinə çevrilib. 

Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini də mövcud ənənələr və müasir yanaşmalar əsasında daha da təkmilləşdirdi. Belə ki, Azərbaycan gəncliyinin inkişafını nəzərdə tutan Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. 
Gənclərimiz bu gün də Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasına əsaslanan ideyalarını öz fəaliyyətlərinin ideoloji təməli kimi qəbul edir, bütün sahələrdə bu ideyaların davamçısı olaraq çıxış edirlər",-komitə sədri əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri