Icma.az
close
up
RU
Toylar gənclərin yaradıcılığı ilə zənginləşir EKSPERT DANIŞDI

Toylar gənclərin yaradıcılığı ilə zənginləşir EKSPERT DANIŞDI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Gənclik hər zaman dəyişiklik və özünün yenilikləri ilə fərqlənməyə çalışır. Bir növ, insan gənc yaşında liberal düşüncəyə malik olur, fərqli olmağa və özünü reallaşdırmaq üçün yeni formalar axtarır. Bu baxımdan, gənclərin hər hansı köhnə adət-ənənələrə, milli və dini bayramlara, xüsusi günlərə qatılması onları sosiallaşmağa və mədəniyyətlə tanış olmağa yönəltmək bir qədər çətindir". Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, gənclərin özləri də xüsusi günlər və bayramlar yaradır: "Azərbaycanda gənclər daha çox toylarda özlərini ifadə etməyə çalışırlar. Toylarda rəqs edir, oyunlar təşkil edirlər, müxtəlif rəqslər və Avropa rəqsləri ilə özlərini nümayiş etdirirlər. Bu, onların sosiallaşmasının və yaradıcılığının bir formasıdır.

Bizim cəmiyyətimiz bir qədər konservativdir, lakin bu yanaşmanı yeniləmək lazımdır. Gənclərin psixologiyasına, dünya görüşünə və həyat tərzinə uyğun yeni bayram formatları yaratmaq vacibdir. Avropada və dünyada artıq milli bayramlar karnaval xarakteri daşıyır, rəqs, oyun və sosiallaşma tədbirlərinə çevrilib. Bizdə isə bayramlar adətən sadəcə yemək və şənliklərlə məhdudlaşır.

Bizim bayramlarda insanlar ya rəsmi tədbirlərə toplanır, ya da sadəcə yemək-içmə ilə məşğuldur. Gənclər isə daha çox rəqs etmək, oyunlar qurmaq və şənlənmək istəyirlər. Subayların toyu isə kiçik bir məclislə başlayır, sonra rəqs edilir və gənclər öz bacarıqlarını nümayiş etdirirlər. Toy beləliklə, gənclərin yaradıcılığı ilə zənginləşir.

Eyni yanaşmanı milli bayramlara da tətbiq etmək olar. İnsanları bir yerə toplamaq, onları hərəkətə gətirmək, rəqs etdirmək və ölkənin müxtəlif yerlərinə ekskursiyalar təşkil etmək vacibdir. Cənab prezidentin yeni nəsillə bağlı orta məktəbin orta sinif şagirdləri və tələbələri üçün vaxtilə xüsusi proqramı olub. Məktəblər Naxçıvandan Gəncəyə, Gəncədən Lənkərana, Lənkərandan Bakıya aparılır, gənclər bir araya gətirilir və ölkəmizin müxtəlif yerləri göstərilirdi.

Bunun tarixi baxımdan da izahı var. Vaxtilə Şah İsmayıl Xətai Səfəvilər dövləti, Qızılbaşlar imperiyasını yaratdıqda insanları müxtəlif yerlərə hərəkət etdirirdilər və bu, müəyyən mənəvi və ideoloji təlimlərin bir hissəsi idi. Hətta uşaqlıqda biz müxtəlif yerlərə gedir, dini və mədəni tədbirlərdə iştirak edirdik.

Gənclərin iştirak etdiyi bu tədbirlər sosiallaşma, mədəni inkişaf və özünü reallaşdırmaq baxımından çox faydalıdır. Milli bayramlarda belə formatlar tətbiq edilməli, tədbirlər Braziliya və Argentina tipli karnaval şənlikləri kimi təşkil olunmalıdır. Bu həm daxili, həm də xarici turizmi inkişaf etdirər. Novruz bayramı artıq belə formatda həm ölkədə, həm də xaricdə turistləri cəlb edir. Digər milli bayramlarda da eyni yanaşmanı tətbiq etmək olar.

Beləliklə, milli bayramlar sadəcə rəsmi tədbirlər və yemək-içmə ilə məhdudlaşmamalıdır. Onlar insanların hərəkət etdiyi, rəqs etdiyi, oyun oynadığı, sosiallaşdığı və yaradıcılığını nümayiş etdirdiyi festivallara çevrilməlidir. Bu yanaşma gəncləri internetdən və sosial mediadan uzaqlaşdırır, sağlam həyat tərzinə təşviq edir və mədəniyyətimizi dünyaya tanıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Avqust 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri