Icma.az
close
up
RU
Gənclərin təhsilə marağı hansı səviyyədədir? SORĞU

Gənclərin təhsilə marağı hansı səviyyədədir? SORĞU

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

İndiki dövrdə demək olar ki, bütün gənclər təhsil almaq üçün can atır. Hətta bəzi gənclərimiz xaricdə də təhsil almağı üstünlük verirlər. Bəs gənclərimizin təhsilə marağı və baxışı hansı səviyyədədir? SİA bu barədə tələbələr arasında sorğu keçirib.

Tələbə Könül Əliməmmədova: "Universitet dərslərinin praktik formada keçirilməsi və bu istiqamətdə inkişaf etdirilməsi mənim fikrimcə olduqca vacibdir. Məsələn, mən özüm hazırda tərcümə ixtisası üzrə təhsil alıram. Bu sahədə nəzəri fənlər nə qədər çox olsa da, əgər biz onları praktik cəhətdən tətbiq edə bilmiriksə, bu biliklərin əhəmiyyəti azalır. Yəni nəzəri olaraq müəyyən prosesləri öyrənsək də, onları real şəraitdə, praktikada həyata keçirə bilmədikdə, bu zaman peşə fəaliyyətində müəyyən çatışmazlıqlar hiss olunur və bu da peşəkarlığın səviyyəsini aşağı sala bilər. Tərcümə sahəsini nümunə olaraq götürsək, hər hansı bir əsərdə müəyyən səslərin, sözlərin transkripsiyası və transliterasiyası haqqında nəzəri məlumatlara malik olmaq mümkündür. Lakin bu biliklərin praktikada necə tətbiq olunacağı, konkret mətnlərdə, kontekstlərdə necə istifadə ediləcəyi barədə təcrübə olmadıqda, həmin biliklərin faydası məhdud qalır.

Bu səbəbdən düşünürəm ki, universitetlərdə praktik dərslərin daha geniş şəkildə keçirilməsi, tədris prosesinin praktik yönümlə zənginləşdirilməsi olduqca vacibdir. Təbii ki, nəzəri fənlərin proqramdan çıxarılmasından söhbət getmir, sadəcə olaraq nəzəri biliklərin praktikada necə tətbiq olunduğuna dair dərslərin artırılması, tələbələrə bu istiqamətdə daha çox imkan yaradılması məqsədəuyğundur. Çünki gələcəkdə iş həyatında da insanlardan nəzəri biliklərdən çox, həmin bilikləri necə tətbiq etdikləri soruşulur və buna əsasən dəyərləndirmə aparılır".

Tələbə Zivər Hüseynova: "Fikrimcə, ənənəvi dərs sistemi ilə kurikulumun, yəni interaktiv metodlardan və yeni təlim üsullarından istifadənin hərəsinin öz yeri var. Tam olaraq ənənəvi metoddən imtina edib yalnız yeni təlim metodlarına və texnologiyalarına yönəlmək doğru olmaz. Ənənəvi təlimin öyrədici xarakter daşıdığını nəzərə alsaq, bu metoddan tamamilə imtina etmək təhsil sistemində müsbət aura yaratmaz. Eyni zamanda, interaktiv təlim üçün də bu keçərlidir. Bildiyimiz kimi, interaktiv təlim şagirdin və tələbənin inkişafına şərait yaradır. Bu, şəxsiyyətyönümlü təhsil sistemidir. Ənənəvi təlimi tamamilə təhsil sistemindən kənarlaşdırıb yalnız interaktiv metodlarla dərslər keçsək, təhsil sistemində bərabərsizlik yaranar. Ənənəvi təlimdə müəllim aparıcı mövqeyə malik olur, şagird isə əsasən dinləyici rolunu oynayır. Yeni təlimdə isə əksinədir: müəllim bələdçi rolunu oynayır, şagird isə aktiv iştirakçı olur.

Bunu nəzərə alaraq, dərs müddətində həm ənənəvi, həm də yeni təlim metodlarından istifadə oluna bilər. Çünki dərsdə şagirdlərə bir şey izah etmək lazım gəlir və bu zaman müəllim aktiv rola malik olur. Müəllimlər dərs prosesi zamanı hər iki metoddan istifadə etməyi bacarmalıdırlar. Çünki bu metodlar təhsilin bir komponentidir və yalnız birini istifadə etmək təhsilə mənfi təsir göstərə bilər".

Tələbə Aysu İsmayılzadə: "Təhsil insan həyatında böyük rol oynayır. Təhsil həm şəxsi inkişaf, həm də iş tapmaq üçün vacibdir. İnsan yeni biliklər qazandıqca dünyaya baxışı dəyişir, özünü ifadə etməyi öyrənir və daha inamlı olur. Eyni zamanda, təhsil peşəkar həyatda da önəmlidir. Yaxşı təhsil almış insan daha asan iş tapa bilər, çünki şirkətlər bilikli və bacarıqlı insan axtarır. Təhsil alan insan cəmiyyətə də daha faydalı olur. O, həm şəxsi arzularına çatır, həm də maddi baxımdan uğur qazanır. Hər kəsin məqsədi fərqli ola bilər, amma təhsil hər sahədə lazımdır. Məncə, təhsil həm şəxsi inkişaf, həm də iş həyatı üçün vacibdir. İkisindən birini seçmək lazım deyil, hər ikisi birlikdə olmalıdır. Bundan əlavə, təhsil insanın düşünmə və qərar vermə qabiliyyətini də artırır. Yeni mövzular öyrəndikcə insan tənqidi düşünməyi və problemləri daha düzgün şəkildə həll etməyi bacarır. Təhsil insana yalnız kitab bilikləri deyil, eyni zamanda həyat bacarıqları da qazandırır. Məsələn, ünsiyyət qurmaq, komanda ilə işləmək, liderlik etmək kimi bacarıqlar da təhsilin bir hissəsidir. Bu bacarıqlar həm şəxsi münasibətlərdə, həm də iş həyatında uğur qazanmaq üçün vacibdir. Beləliklə, təhsil insanın həyatına hər tərəfli təsir edir. Bu səbəbdən, hər bir insan təhsilə vaxt və enerji ayırmalı, davamlı olaraq öz üzərində çalışmalıdır. Çünki öyrənmək heç vaxt bitmir və hər yeni bilik insanı bir addım irəli aparır".

Tələbə Xanım Cənnətova: "Əslində, tələbələr arasında rəqabətin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Bir tərəfdən, rəqabət insanda irəli getmək, daha yaxşı olmaq arzusu yaradır. Kimsə dərsi yaxşı oxuyanda, digərləri də çalışır ki, geri qalmasın. Bu da bir növ motivasiya rolunu oynayır. Lakin hər şeyin bir dozası olmalıdır. Əgər rəqabət xəstəlik halını alarsa və insanlar bir-birinə düşmən kimi baxmağa başlasa, bu artıq təzyiqə çevrilir. Bəzən elə tələbələr olur ki, yalnız qiymət uğrunda yarışırlar, amma əsl bilik qazanmırlar. Bu da uzun müddətdə heç bir fayda vermir. Digər tərəfdən, kiminsə uğuru digərini ruhdan sala bilər. “O hər şeyi bacarır, mən isə yox” düşüncəsi yaranır və bu, motivasiya yerinə, stresə gətirib çıxarır.

Amma sağlam rəqabət mühitində böyüyən tələbələr bir-birinə kömək etməyi də öyrənirlər. Bir dostunun yaxşı nəticə göstərməsi digərinə də təkan verir. Tələbələr özlərini sınayır, bacarıqlarını kəşf edirlər. Əsas odur ki, bu yarış özünü sübut etməyə yönəlik olsun, başqalarını keçməyə yox. Yəni, sonda bu sualın cavabı bir az da tələbənin xarakterindən və mühitdən asılıdır. Kimi üçün rəqabət motivasiya, kimi üçünsə təzyiqdir. Amma balans qorunarsa, rəqabət çox şey öyrədə bilər".

Tələbə Elcan Xəlilli: "İmtahanlar bizə nə öyrəndiyimizi yoxlamağa kömək edir. Amma bəzən imtahanlar bizi stressə salır. Həyəcanlanan tələbə bildiyini də unuda bilər. Elə tələbələr var ki, dərsi yaxşı bilir, amma imtahanda yaxşı yaza bilmir. Bəziləri isə sadəcə əzbərləyir, amma dərsi başa düşmür. Belə olduqda, imtahan nəticələri həqiqi bilikləri tam göstərmir. Əsl bilik anlayaraq öyrənməkdir. Əgər biz öyrəndiklərimizi gündəlik həyatda tətbiq edə biliriksə, demək ki, o bilik doğrudur. İmtahanlar isə sadəcə bir ölçü vasitəsidir. Bu vasitə hər zaman doğru nəticə verməyə bilər.

Məncə, bilikləri ölçmək üçün təkcə imtahan yox, başqa yollar da olmalıdır. Məsələn, layihələr, təqdimatlar və ya gündəlik qiymətləndirmələr. Belə olduqda, tələbənin nə qədər bildiyi daha düzgün görünər. Sonda demək istəyirəm ki, imtahanlar vacibdir, amma onlar tək və tam bilik ölçüsü deyil".

Tələbə Nuray Paşşanlı: "Distant təhsil, müəyyən üstünlükləri və çətinlikləri ilə effektiv ola bilər. Ən böyük üstünlüyü, tələbələrə zaman və məkan baxımından elastiklik təmin etməsidir. Bu, iş və ailə məsuliyyətləri olanlar üçün əlverişlidir və dünya miqyasında müxtəlif kurslara qoşulmağa imkan verir. Lakin, bu təhsil üsulu müstəqil öyrənmə bacarığı tələb edir və bəzi tələbələr dərslərə daha az diqqət ayıra bilərlər, çünki müəllimlə birbaşa əlaqə qurmaq çətindir. Eyni zamanda, sosial inteqrasiya və qrup işləri kimi təcrübələr azalır.

Distant təhsil, güclü internet bağlantısı və müasir texnologiyalar tələb edir; bu, zəif interneti olan və ya köhnə cihazlardan istifadə edən tələbələr üçün çətin ola bilər. Bundan əlavə, bu təhsil forması daha sərfəli ola bilər, çünki əlavə xərclər azaldılır. Ancaq bəzi sahələrdə, məsələn, tibb və praktiki bacarıqlarda distant təhsil daha az effektiv ola bilər. Ümumilikdə, distant təhsil tələbənin motivasiyasından, təhsil sahəsindən və texnologiyalardan asılı olaraq effektiv ola bilər".

Müəllif: Günel Fərzəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:351
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Xərçəng və diabetdən belə qorunun...

29 Sentyabr 2026 01:56see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri