Icma.az
close
up
RU
“Son dönəmlərdə gənclərin boksa marağı artıb”

“Son dönəmlərdə gənclərin boksa marağı artıb”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kişilərdən ibarət boks üzrə Azərbaycan millisinin baş məşqçisi Nəriman Abdullayevin “Futbolpress.az“a müsahibəsi:

– Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarını 3 medalla başa vurdunuz. Turniri, nəticələri necə şərh edərdiniz?
– İslam Həmrəyliyi Oyunları mötəbər yarışdır. Burda bir çox növlər üzrə yarış keçirilir. Bu da İslamiadanın necə böyük turnir olduğunu göstərir. Boksda 3 idmançı ilə təmsil olunduq. Hesab edirəm ki, 3 idmançıdan 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmaq böyük nailiyyətdir. 65 kq-da Məmmədəli zədəli olmasaydı, o da qızıl medal əldə edə bilərdi. Məşqçilər heyəti olaraq komandanın çıxışından razıyıq. Düzdür, iki “qızıl” istərdik, amma olsun. Məşqçilər olaraq nəticəni yaxşı hesab edirik. İslamiada bizimçün uğurlu alındı.

– Son illərdə yığmada hansı inkişaf, yenilik var?
– Son dönəmlərdə gənclər arasında yeni boksçular üzə çıxır. Gənclərin marağının artması müsbət haldır. Eyni zamanda onların beynəlxalq yarışlarda özlərini doğrultmaları əlavə sevinc qatır. Komandada gəncləşmə gedir. Son nəticələrimiz də bunu təsdiq edir. Gənclərimiz özlərini doğruldurlar və Olimpiyadaya kimi sözlərini deyə bilərlər.

– İstənilən sahədə çatışmazlıqlar var. Bəs boksda nələrin daha yaxşı olmasını istərdiniz? 
– Millidə əsas çatışmazlıq digər ölkələrə nisbətən fiziki durumda zəiflik var. Bunun üzərində işləyirik. Gənclərin gəlişi ilə bir az da vaxta ehtiyac var. Bu uşaqları qaldırmaq lazımdır. Eyni zamanda beynəlxalq yarışların azlığı da vəziyyətə təsir edir. Milli nə qədər çox toplanışda iştirak etsə, bir o qədər yaxşıdır. Digər ölkələrələ toplanışlar təşkil olunur və bu da komandanın durumuna müsbət mənada təsir edir.

– Azərbaycan idman ölkəsidir. Ancaq cüdo, güləş, futbol kimi növlərlə müqayisədə sanki boks bir az kölgədə qalır. Boksa maraq yaratmaq üçün hansı işlər görülür?
– Güləş, cüdo kimi növlərə maraq da böyükdür, axın da var. Son nəticələr də bunu göstərir. Lakin boksa da maraq az deyil. Müəyyən işlər görürük. Təbliğat işləri aparır, şəhərlərarası yarışlar təşkil edirik. Son dönəmlərdə uşaqların boksa gəlişi artıb. İdmançıların sayının artması boksun inkişafına təsir edəcək. Axın artandan sonra inkişaf, rəqabət olacaq və seçimlərimiz artacaq. Respublika birinciliyində artıq daha mübarizəli döyüşlər olacaq.

– Hər idman növünün gənclərin fiziki tərbiyəsində, onların cəmiyyətdə sağlam formalaşmasında xüsusi rolu olur. Boks gənclərə bu mənada nələr verir?
– Boksun, xüsusilə idmanın gənclər üçün üstünlükləri çoxdur. Diqqəti idmana verəndən sonra kənar, pis vərdişlərdən uzaq olur. İdmandan kənar qalan uşaqların yeniyetmə dövründə bəzən pis mühitə düşdüyü, kənar vərdişlərə yiyələndiyi görünür. Lakin idman onları bunlardan uzaqlaşdırır. Boks hərəkətli idman növlərindəndir. İstər məşqdə, istər rinqdə dayanmırsan. Bu hərəkətlilik həm fiziki duruma, həm sağlamlığa müsbət mənada təsirlərini göstərir.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri