Icma.az
close
up
RU
Vəzifə bilik, səviyyə və məsuliyyət tələb edir

Vəzifə bilik, səviyyə və məsuliyyət tələb edir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


"Toylarda, məclislərdə rast gəldiyimiz mənzərələr bəzən insanın içində elə bir acı qoyur ki, adam o an orada olmamağı arzulayır. Səhnəyə çıxıb kollektiv adından danışmalı olan “vəzifə sahibləri” elə bir duruş sərgiləyir ki, iki sadə cümləni belə ard-arda düzüb deyə bilmirlər. Savadın yoxluğu, nitqin kasadlığı, fikrin dağınıqlığı bir anda hər şeyi ələ verir. İnsan haqlı olaraq düşünür ki, bu adamların təmsil etdiyi kollektiv necə maariflənəcək? Necə inkişaf edəcək? Ekstremal vəziyyətdə necə düzgün qərar verəcək? Axı kiçik heyət bu savadsız, layiqsiz vəzifə sahiblərindən nə öyrənə bilər? Onlar gənclərə nə verə bilər? Hansı örnəyi göstərə bilərlər? Məclisdə hamının üzünə vurulan bu utanc əslində uzun illərin yanlış seçimlərinin, yaltaqlığın, dəyərlərin tapdanmasının nəticəsidir".
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, vəzifəyə “işi bilən” yox, yaltaqlıqda “istedadlı” olanlar irəli çəkildikcə, o vəzifə əyləncə rekvizitinə çevrilir:
"Otaqda bircə kəlmə ədalət danışmaq belə gülünc görünür. İşdən, keyfiyyətdən, dürüstlükdən danışmaq isə boşuna ümid kimidir. Çünki ortada görünən bir həqiqət var, atın qabağına ət qoyublar, itin də qabağına ot, yəni hər şey tərsinədir, hər şey yanlış əllərdədir. Bu gün savadsızların, bacarıqsızların, özünü təqdim etməyi belə bacarmayanların vəzifə sahibi olması yalnız fərdin yox, bütöv kollektivin nüfuzuna, inkişafına, düşüncə səviyyəsinə zərbə vurur. Çünki savadsız rəhbər gənci də korlayır, heyəti də səhv yola aparır, bütöv bir sistemin ruhunu çürüdür".
Hüquqşünas deyib ki, əsl vəzifə bilik, səviyyə və məsuliyyət tələb edir:
"Layiq olan irəli çəkildikdə həm kollektiv işıqlanır, həm də cəmiyyətin nəfəsi açılır. Amma layiqsizlər meydanı tutanda, toyda da, işdə də, həyatda da utanc səhnələri bitmir".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Dekabr 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri