Icma.az
close
up
RU
Gənclərin unutqanlıq probleminə səbəb nədir?

Gənclərin unutqanlıq probleminə səbəb nədir?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Son zamanlarda gənclər arasında unutqanlıq problemi daha çox rast gəlinir".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O, gənclərin unutqanlığının səbəblərindən bəhs edib:

"Unutqanlığa əsas səbəb hazırkı dövrdə məlumat çoxluğunun olmasıdır. Məlumat çoxluğu dedikdə, indi dövrdə sosial şəbəkə asılılığı və oradan gördüyümüz videolardır. Çünki həmin məlumatları beynimizə həqiqətən süzgəcdən keçməsi belə beyini istər-istəməz yorur. 

Yəni sosial şəbəkələrdə bir videonu izlədikdən dərhal sonra digər videolar arxa-arxaya qarşımıza çıxır. Bu isə beyni yorur və yükləyir. Bu zaman beyin yükləndiyi üçün digər məlumatların analizi və qəbulunda çətinlik yaratmağa başlayır". 

Ekspert qeyd edib ki, həddindən artıq dərəcədə internetdən və telefondan istifadə etmək insanlarda diqqət yayınıqlığı yaratmağa başlayır:

"Bu diqqət yayınıqlığı insanlara, xüsusən də gənclərə mənfi təsir edir. Məsələn, etdiyimiz hansısa işi beynimiz tam olaraq qəbul etmir. Çünki beynimizdə o qədər çoxlu məlumatlar olur ki, həmin məlumatlar digər məlumatların yerbəyer olmasına şərait yaratmır. 

Günü-gündən daha çoxlu məlumatların qəbulu, sosial şəbəkələrdə vaxt keçirtmək beynimizi yormağa başlayır. Beyin və bədən yorulduğuna görə digər şeylərə artıq zaman qalmır. Bu da unutqanlığa gətirib çıxarır".

Mütəxəssis onu da əlavə edib ki, yuxu rejiminin pozulması da yaddaşa mənfi təsir göstərir:

"Hazırkı dövrdə bəzi gənclər gecə 4-5-ə kimi oyaq qalırlar. Üstəlik, həmin zamanı sosial şəbəkələrdə keçirirlər. Doğru yuxu rejimi keçirtmədiklərinə görə istər-istəməz bədən və beyin yorulur. Bu yorulma isə 2-3 gün sonra təsir etməyə başlayır.

Nəzərə almaq lazımdır ki, beyin yorulanda bədən də yorulur. Amma bədən yorulanda beyin yorulmaz. Yəni beyni yorğun olan insanlarda istər-istəməz gündəlik olaraq həyatın sürətinə yetişə bilmir və bu da öz növbəsində unutqanlıqlarına gətirib çıxarır". 

Nabat Mirzəyevanın sözlərinə görə, yediyimiz qidalar da yaddaşımıza təsir edir:

"Müasir dövrdə gənclərin "fast-food"a yönəlməsi bu problemin səbəblərindən biridir. Sağlam qida qəbul etmədikdə bədən lazım olan vitaminlərlə qidalanmır. Bu isə passiv həyat şəraitini yaşamağa gətirib çıxarır. Yəni daha çox yəni oturaq həyat rejimində televizor izləyir və ya telefonla oynayırlar. 

Əslində, passiv həyat şəraiti də dolayı yolla yaddaş probleminə gətirib çıxarır. Hətta gənclər çox vaxt yürüş belə etmirlər. Ancaq passiv deyil, aktiv həyat yaşamaq lazımdır". 

Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb:

"Həyat yükləri, gələcək və ailə qayğısı, habelə hər şey tez əldə etmək istəyi də insanları yorur. Bundan əlavə, depressiya və stressin gənclərə çox mənfi təsirləri mövcuddur. Bir çox gənc öz həyatlarını başqaları ilə müqayisə edərək əsəbiləşirlər. Bu da depressiya, təşvişə və sonda yaddaş probleminə səbəb olur". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Avqust 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri