Gənclərin davranışındakı dəyişikliklərin səbəbi nədir?
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Son dövrlər gənclər arasında əsəbilik, aqressiv davranış və gərginlik halları diqqət çəkir. Bunun bir səbəbi gənclərin gündəlik həyatda müxtəlif psixoloji təzyiqlərlə üzləşməsidir. Ailə daxilində mübahisələr, valideynlərin sərt münasibəti və anlaşılmazlıqlar gənclərin davranışına təsir göstərir. Eyni zamanda, sosial şəbəkələrdəki paylaşımlar, başqaları ilə özünü müqayisə etmək və mənfi məlumatlar da emosional gərginliyi artıra bilər”.
Bu fikirləri Gununesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib:
“Gənclər bəzən yaşadıqları narahatlığı sözlə ifadə edə bilmədikləri üçün bunu aqressiya ilə göstərirlər. Belə hallarda onları danlamaq, təhqir etmək və başqaları ilə müqayisə etmək düzgün yanaşma deyil.
Valideynlər ilk növbədə övladlarının nə hiss etdiyini və hansı problemlə üzləşdiyini anlamağa çalışmalıdırlar. Gənclərlə sakit şəkildə danışmaq, onları mühakimə etmədən dinləmək vacibdir.
Onlara öz fikirlərini sərbəst ifadə etmək imkanı verilməlidir. Eyni zamanda, ailədə qarşılıqlı hörmət və etimad mühiti yaradılmalıdır. Gənclərin idmanla məşğul olması, maraq dairələrinə uyğun fəaliyyətlərdə iştirakı da emosional gərginliyin azalmasına kömək edə bilər.
Onların problemlərini kiçiltmək və ya hisslərini əhəmiyyətsiz saymaq vəziyyəti daha da çətinləşdirə bilər. Aqressiv davranışlar uzun müddət davam edərsə, psixoloq dəstəyinə müraciət etmək məqsədəuyğundur. Ən əsası, gəncləri dəyişməyə məcbur etmək deyil, onları anlamaq və düzgün istiqamətləndirmək lazımdır”.
Firuzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 25 Noyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















