Icma.az
close
up
RU
Gənclik strategiyası müstəqil Azərbaycanın davamlı güc modelidir ŞƏRH

Gənclik strategiyası müstəqil Azərbaycanın davamlı güc modelidir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Müasir dünyada dövlətlərin taleyi artıq təkcə iqtisadi resurslarla, hərbi potensialla və ya əlverişli coğrafi mövqe ilə ölçülmür. XXI əsrdə dövlətin real gücü insan kapitalının keyfiyyəti, cəmiyyətin intellektual səviyyəsi və gələcəyə nə dərəcədə hazırlıqlı olması ilə müəyyən edilir. Bu mənada gənclik hər bir dövlət üçün sadəcə sosial qrup deyil, strateji resurs, milli təhlükəsizliyin və davamlı inkişafın əsas sütunudur. Azərbaycan bu həqiqəti zamanında dərk edən və gəncliyi dövlət siyasətinin mərkəzinə yerləşdirən nadir ölkələrdəndir. 2 Fevral – Azərbaycan Gəncləri Günü də məhz bu düşünülmüş, uzaqgörən və milli maraqlara söykənən siyasi baxışın rəmzidir. Bu tarix gəncliyə verilən dəyərin, onlara olan etimadın və dövlətlə gənclik arasında qurulan strateji tərəfdaşlığın simvoludur. Müstəqil Azərbaycanın gənclər siyasətinin ideoloji və siyasi əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb. O, gəncliyi sadəcə “gələcəyin sahibləri” kimi yox, bu günün məsuliyyətini daşıyan, dövlətin davamlılığını təmin edən aparıcı qüvvə kimi qiymətləndirirdi. Ulu Öndərin bu yanaşması xüsusilə 1990-cı illərin mürəkkəb, ziddiyyətli və təhlükələrlə dolu dövründə həyati əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı atılan addımlar epizodik deyil, ardıcıl və sistemli xarakter daşıdı. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumlarının keçirilməsi, istedadlı gənclərə dövlət qayğısının institusional əsaslara bağlanması, “Gənclər siyasəti haqqında” qanunvericilik bazasının formalaşdırılması bir ideyanı aydın şəkildə ortaya qoyurdu: gənclər dövlətin kənarında yox, dövlətin mərkəzində dayanmalıdır. 1997-ci ildə 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi isə bu siyasətin mənəvi və siyasi zirvəsi oldu. Bu qərarla Azərbaycan gəncliyi ilk dəfə olaraq dövlət səviyyəsində ayrıca ictimai-siyasi subyekt kimi tanındı və gənclər dövlət quruculuğunun fəal iştirakçısına çevrildi.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclər siyasəti yeni, daha çevik və qlobal çağırışlara uyğun bir mərhələyə qədəm qoydu. Bu mərhələnin əsas xüsusiyyəti rəqabətədavamlı, bilikli, innovativ düşüncəli və dövlətçilik maraqlarına sadiq gənclik modelinin formalaşdırılmasıdır. “Gənclər ili”nin elan edilməsi, xaricdə təhsil üzrə dövlət proqramları, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, “Yüksəliş” müsabiqəsi kimi təşəbbüslər gənclərin bilik, bacarıq və liderlik potensialının üzə çıxarılmasına xidmət edir. Burada məqsəd yalnız sosial dəstək göstərmək deyil, dövlətə və xalqa xidmət etməyə hazır, məsuliyyətli və peşəkar kadrlar yetişdirməkdir. Cənab Prezident İlham Əliyevin gənclərə yanaşmasının əsas fərqi onlara olan dərin inamdır. Bu inam sadəcə bəyanatlarda deyil, real imkanlarda, açıq mexanizmlərdə və etimad üzərində qurulmuş kadr siyasətində özünü göstərir. Dövlət gənclərə yol açır, lakin eyni zamanda onlardan təşəbbüskarlıq, fəallıq və dövlətə sədaqət tələb edir. 2020-ci il Vətən müharibəsi Azərbaycan gəncliyinin ideoloji hazırlığını, milli ruhunu və vətənpərvərlik səviyyəsini bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında qələbəni təmin edən əsas qüvvə məhz gənclər idi. Bu qələbə təkcə hərbi gücün deyil, düzgün formalaşdırılmış gənclər siyasətinin, milli şüurun və dövlətə bağlılığın nəticəsi oldu. Eyni zamanda informasiya müharibəsində də Azərbaycan gəncliyi ön cəbhədə yer aldı. Sosial şəbəkələrdə, beynəlxalq platformalarda aparılan mübarizədə gənclər milli maraqları peşəkar, çevik və müasir üsullarla müdafiə etdilər. Bu, gəncliyin artıq yalnız daxili proseslərin deyil, qlobal informasiya savaşlarının da əsas aktoruna çevrildiyini göstərdi. Zəfərdən sonrakı mərhələdə isə gənclərin tarixi missiyası daha da genişləndi. Bu gün onlar azad edilmiş ərazilərin bərpasında, yeni iqtisadi modelin qurulmasında, rəqəmsal və yaşıl transformasiya proseslərində aparıcı rol oynayırlar. Qarabağ və Şərqi Zəngəzurda formalaşan yeni həyatın memarları arasında gənclərin xüsusi yeri var. Qloballaşan dünyada gənclərin fəaliyyəti artıq milli sərhədlərlə məhdudlaşmır. Dövlət proqramları hesabına xaricdə təhsil alan, beynəlxalq layihələrdə iştirak edən Azərbaycan gəncləri ölkəmizi qlobal miqyasda layiqincə təmsil edirlər. Onlar regional gücə çevrilmiş Azərbaycanın intellektual siması, müasir və dinamik üzüdür. Bu fakt bir daha sübut edir ki, Azərbaycan gənclər siyasəti qapalı model deyil. Əksinə, bu siyasət milli maraqlara söykənən, lakin dünyaya açıq, rəqabətə hazır və strateji düşüncəyə əsaslanan bir modeldir.

2 Fevral – Azərbaycan Gəncləri Günü sadəcə bayram yox, dövlətlə gənclik arasında qurulmuş strateji tərəfdaşlığın simvoludur. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideoloji xətt və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycan gəncliyi bu gün güclü dövlətin əsas dayaqlarından birinə çevrilib. Müstəqil Azərbaycan öz gələcəyini təsadüflərə buraxmayıb. Bu gələcək düşünən, bilən, mübarizə aparan və qalib gələn gəncliyin üzərində qurulub. Dövlət güclüdürsə, bu gücün arxasında inamlı, vətənpərvər və məsuliyyətli gənclik dayanır. Məhz bu reallıq Azərbaycanı sabaha inamla aparan ən möhkəm zəmanətdir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri