Icma.az
close
up
RU
Gənclik müasir Azərbaycanın gələcəyidir...

Gənclik müasir Azərbaycanın gələcəyidir...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də səmərəli gənclər siyasətidir. Demokratiya yolunda inamla addımlayan, dinamik inkişafa və əsaslı ictimai-siyasi sabitliyə malik olan, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanda da uğurlu gənclər siyasəti həyata keçirilir. Milli ruhda böyüyən Azərbaycan gəncliyi də ölkəmizin strateji hədəflərinə doğru irəliləməsi prosesində fəal iştirakçı kimi yer alır, iqtisadi, siyasi və sosial həyatda mühüm rol oynayır.

Azərbaycanda gəncliyə dövlət tərəfindən diqqət və qayğının göstərilməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderimizin həm sovet Azərbaycanına, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən birini təşkil edib. Əslində, Azərbaycanda bu gün həyata keçirilən və yüksək nəticələr verən gənclər siyasətinin əsası ötən əsrin yetmişinci illərində qoyulub desək, yanılmarıq. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gənclərinin öz potensialını həyata keçirmələri üçün münbit şərait yaradıldı. Respublikanın inkişafı üçün dərin elmi savada və müxtəlif ixtisaslara yiyələnmiş kadrların vacib olduğunu nəzərə alan Ulu Öndər bu cür kadrların hazırlanması məsələsinə xüsusi diqqət ayırır, göstəriş və tapşırıqlar verirdi. Məhz Heydər Əliyevin təşəbbüsü nəticəsində gənclərimiz keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində oxumağa göndərilirdi.

Heydər Əliyev gəncliyin irəli getməsi üçün addımlar atmaqla kifayətlənmir, eyni zamanda, yeni nəslin müstəqil ölkəyə layiq tərbiyələnməsi və oxuması üçün təhsildə və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Məhz həmin ərəfədə gəncliyin mənəvi yetkinlik qaynağı olan azərbaycançılıq ideologiyası, düşüncələrə hakim kəsildi.

Yeni mərhələnin başlanğıcı...

1999-cu ilin iyulunda Ulu Öndər Heydər Əliyev tərəfindən “Dövlət gənclər siyasəti haqqında” fərman imzalandı. Həmin fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapdı.

Bu qanun ölkəmizdə gənclərin inkişafında, gənclərin dövlətlə münasibətlərinin  formalaşmasında yeni bir mərhələnin başlanğıcını qoydu. Qeyd etdiyimiz kimi, Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasətinin əsasında azərbaycançılıq ideologiyasından qaynaqlanan dövlətin inkişafı, xalqımızın rifahının yüksəldilməsi yönündə fəaliyyət və tolerantlığın inkişaf etdirilməsi dayanır. Qanunda göstərilir ki, gənclər siyasəti - gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir. Digər tərəfdən, dövlət gənclər siyasətinin əsas prinsiplərini gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalıqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosail-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması təşkil edir.

“Tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”

Azərbaycan Respublikasının gənclər siyasətinin prioritetlərindən biri budur ki, gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar. Ulu Öndər Heydər Əliyev deyirdi: “Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt Vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

Ölkəmizin ən böyük kapitalı!

Müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Bu gün ölkəmizdə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yadımı, o cümlədən gənclər təşkilatlarına dövlət yardımı bu yöndəki işlərin keyfiyyətindən xəbər verən amillərdir.

Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Hər il xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin sayı artır. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir.

Sahib

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri