Icma.az
close
up
RU
Azərbaycanın sabahı: Gənclik və dövlətçilik fəlsəfəsi

Azərbaycanın sabahı: Gənclik və dövlətçilik fəlsəfəsi

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycan tarixinin müasir mərhələsi gənclərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas sütunlarından birinə çevrildiyi dövrdür. 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bir təqvim bayramı deyil, bu tarix müstəqil dövlətimizin gələcəyinə olan inamın, gənc nəslə etimadın rəmzidir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilir və Azərbaycan gəncliyini regional və qlobal miqyasda rəqabətədavamlı bir qüvvəyə çevirir.

Heydər Əliyev üçün gənclər sadəcə yaş kateqoriyası deyildi – onlar Azərbaycanın genofondu, dövlət müstəqilliyinin qoruyucuları, sabahın qurucuları idi. Onun "Bizim xalqımızın gələcəyi gənclərdir” fikri sadə bir çağırış yox, bütöv bir siyasi konsepsiyanın mahiyyətini ifadə edirdi. Məhz bu baxışın nəticəsi olaraq 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi, 1997-ci ildə isə 2 Fevral Azərbaycan Gəncləri Günü elan olundu. Bu qərarla Azərbaycan MDB məkanında gənclərə ayrıca bayram həsr edən ilk ölkə kimi tarixə düşdü və sonradan beynəlxalq miqyasda da bu təşəbbüsün əhəmiyyəti təsdiqləndi.

Ulu Öndərin gənclər siyasəti sistemli və çoxşaxəli idi. Gənclərin təhsilinə, sağlamlığına, vətənpərvərliyinə, intellektual və fiziki inkişafına eyni dərəcədə önəm verilirdi. Gənclər və İdman Nazirliyinin yaradılması, "Dövlət gənclər siyasəti haqqında” qanun və fərmanlar, "Qızıl kitab” təsisatı, gənclərin xaricdə təhsilinin dəstəklənməsi bu siyasətin real nəticələri idi. Heydər Əliyev gənclərlə birbaşa ünsiyyəti, onların problemlərini dinləməyi, uğurlarını dəyərləndirməyi xüsusi önəmli hesab edir, gənclərdə dövlətə bağlılıq və məsuliyyət hissini gücləndirirdi.

Bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişlənərək müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Dövlət başçısının gənclərlə bağlı siyasətində əsas məqsəd təşəbbüskar, savadlı, milli dəyərlərə bağlı, eyni zamanda qlobal düşüncəli gəncliyin formalaşdırılmasıdır. "Gənclər ili”, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, "Yüksəliş” müsabiqəsi, Prezident Mükafatı kimi layihələr gənclərin potensialının üzə çıxarılmasına xidmət edir. Gənclər evləri, könüllülük hərəkatı, beynəlxalq proqramlar və forumlar gənclərin sosiallaşmasını, liderlik bacarıqlarını və vətəndaş fəallığını artırır.

Azərbaycan gəncliyi öz gücünü təkcə elm, mədəniyyət və idmanda deyil, Vətən müharibəsində də sübut etdi. Müstəqillik dövründə yetişmiş, vətənpərvərlik ruhunda tərbiyə almış gənclər torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdilər. Eyni zamanda informasiya müharibəsində də gənclər ön cəbhədə dayanaraq Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Bu fakt bir daha sübut etdi ki, illər əvvəl qoyulan gənclər siyasəti real tarixi nəticələr verir.

Bu gün Azərbaycan gəncləri azad, sabit və özünə güvənən ölkədə yaşayır. Onlar üçün geniş təhsil imkanları, innovativ mühit, beynəlxalq platformalara çıxış mövcuddur. Dövlətin yaratdığı bu imkanlardan səmərəli istifadə etmək, bilik və bacarığını ölkənin inkişafına yönəltmək hər bir gəncin həm hüququ, həm də məsuliyyətidir. Çünki Ulu Öndərin də dediyi kimi, müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir.

2 Fevral – Azərbaycan Gəncləri Günü məhz bu ideyanın bayramıdır: güclü dövlət, şüurlu gənclik və möhkəm gələcək. Bu gün bir daha təsdiqləyir ki, Azərbaycan gəncliyi dünənin mirasına sahib çıxan, bu günü inkişaf etdirən və sabahı inamla quran əsas qüvvədir.

Elnarə Akimova

Milli Məclisin deputatı, 

YAP Siyasi Şurasının üzvü, 

Filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri