Icma.az
close
up
RU
Gəncliyin və sağlamlığın təbii eliksiri olan məhsullar Rusiyalı həkimdən tövsiyələr

Gəncliyin və sağlamlığın təbii eliksiri olan məhsullar Rusiyalı həkimdən tövsiyələr

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Resveratrol - bitki mənşəli güclü antioksidantdır və insan sağlamlığı üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. Bu heyrətamiz komponent tut, zoğal, mərcangilə, qarağat, araxis, kakao paxlası, eləcə də qırmızı və ağ şərabın tərkibində olur.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq və qastroenteroloq Nuriya Dianova Gazeta.ru-ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, resveratrol orqanizmdə oksidləşdirici streslə mübarizə aparır və vaxtından əvvəl qocalma ilə yanaşı, bir çox xəstəliklərin yaranmasına səbəb olan sərbəst radikalları neytrallaşdırmağa kömək edir.

"Resveratrol iltihab göstəricilərinin səviyyəsini azalda bilər ki, bu da xüsusilə 2-ci tip şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısının alınması və müalicəsi üçün mühüm əhəmiyyət daşıyır", - deyə o bildirib.

Resveratrolun ürək və damar sağlamlığına da müsbət təsir göstərdiyi qeyd olunur. Qan damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır və bununla da ateroskleroz, infarkt və insult riskini azalda bilər.

Bəzi elmi araşdırmalar resveratrolun şişin böyüməsini yavaşlatmaq və xərçəng hüceyrələrində apoptozu - yəni proqramlaşdırılmış hüceyrə ölümünü stimullaşdırmaqla, xərçəng əleyhinə təsir göstərə biləcəyini göstərir.

Resveratrolun digər bir faydalı xüsusiyyəti onun metabolik sağlamlığı yaxşılaşdırmaq və həyat müddətini uzatmaq qabiliyyətidir.

Nuriya Dianova əlavə edib ki, bu maddə bağırsaqlarda sürətlə sorulsa da, qida əlavəsi formasında istifadə edildikdə orqanizm tərəfindən cəmi 12% mənimsənilir. Buna görə də resveratrolu birbaşa təbii qidaların tərkibində qəbul etmək daha effektiv hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Aprel 2025 04:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri