Icma.az
close
up
RU
Oynaqlar üçün faydalı olan məhsullar hansılardır? Rusiyalı həkimdən tövsiyələr

Oynaqlar üçün faydalı olan məhsullar hansılardır? Rusiyalı həkimdən tövsiyələr

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Oynaqların sağlamlığını qorumaq üçün cəfəri, sarıkök, ispanaq, paxlalılar, quru meyvələr, qoz-fındıq, tum və digər bu kimi qidaları yemək olar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı dietoloq Aleksandra Surjik "Gazeta.ru"ya müsahibəsində danışıb.

"Qidalanmada müxtəlif mənbələrdən kifayət qədər miqdarda protein olmalıdır: bulyon, paxlalılar, süd məhsulları və s. Ancaq unutmayın ki, qidadan gələn zülalın hamısı qana daxil olmur, əvvəlcə o, ayrı-ayrı amin turşularına və kiçik amin turşuları zəncirlərinə (peptidlər) parçalanır. Bundan sonra oynaqlar özünə lazım olan zülalları yaradır. Burada başqa bir şeyi də qeyd etmək yerinə düşər: oynaqlar müxtəlif xəstəliklər zamanı əziyyət çəkə bilər. Məsələn, revmatoid artrit, podaqra, displastik xüsusiyyətlər və s. Bu xəstəliklər zamanı qidalanmaya yanaşma fərqli olacaq. Eyni bulyon podaqra zamanı tövsiyə edilə bilməz", - deyə Surjik bildirib.

Oynaqların sağlamlığı üçün həmçinin fiziki aktivlik və normal çəkinin saxlanılması da vacibdir. Hər əlavə kiloqram oynaqlara əlavə yükdür. Bundan əlavə, oynaqlara faydalı olan qidaları yemək vacibdir.

"Süd məhsullarını unutmayın - bu, oynaqlar və sümüklər üçün zəruri olan kalsiumun ən yaxşı mənbəyidir. Oynaq displaziyası zamanı pəhrizdə kifayət qədər maqnezium (cəfəri, ispanaq, paxlalılar, quru meyvələr, qoz-fındıq, tum) olmalıdır. Bundan əlavə, son zamanlar sarıkökün müsbət təsiri haqqında da məlumatlar ortaya çıxıb. Lakin hələlik onun istifadəsi ilə bağlı çox sayda suallar var. Əgər oynaqlarda ağrı varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır", - deyə Aleksandra Surjik qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Aprel 2025 03:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see364

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see281

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see186

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see141

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see140

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see139

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see139

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see137

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see134

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see131

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see130

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see129

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see128

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see128

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see127

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see124

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see123

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see121

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri