General rütbəsi verilən hərbçilər kimlərdir? Foto
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, Sərəncamla “general-leytenant” hərbi rütbəsi verilən Zaur Zeynalabdul oğlu Rüstəmov nazirliyin Hərbi Hava Qüvvələrinin komandanının müavini – Hava Döyüş komandiridir.
“General-mayor” hərbi rütbəsi verilən polkovnik Elnur Əli oğlu Ələsgərli isə Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutunun rektorudur.
“General-mayor” hərbi rütbəsinə layiq görülən digər hərbçi Hikmət Rövşən oğlu Əliyev də Hərbi Hava Qüvvələrində rəhbər vəzifələrdən birini tutur.
Yüksək rütbə verilən polkovnik Telman Əsgər oğlu Hüseynov isə Vətən Müharibəsi Qəhrəmanıdır. O, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini vəzifəsində çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 Noyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















