Generaldan Avropaya: Sızıldamayın, prezidentimə qarşı çıxın!
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya tam şəkildə Avropa ilə müharibə vəziyyətindədir, hətta biz bunu qəbul etməsək də və ya buna inanmaq istəməsək də...
Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş baş komandanı, istefada olan general Ben Hoces deyib.
Hocesin sözlərinə görə, Rusiyanın hərəkətlərini “hibrid müharibə” kimi təsvir etmək aldadıcıdır. Belə bir görüntü Moskvanın düşmən xarakterli fəaliyyətinin miqyasını əks etdirmir.
General söyləyib ki, Rusiya Avropanın Ukraynaya dəstək verməsini dayandırmasını istəyir:
“Biz rusları etdiklərinə görə cəzalandıra bilmədiyimiz müddətdə, bu hər gün davam edəcək”.
O qeyd edib ki, Avropa Ukraynaya dəstəyə və onun müdafiə imkanlarının gücləndirilməsinə fokuslanmalıdır:
“Zəhmət olmasa, sızıldamağı dayandırın. Niyə bu qədər şikayət edirsiniz ki, əgər ABŞ kənara çəkilsə, biz nə edəcəyik? Mənim prezidentimə (Donald Trampa – red.) qarşı çıxın. Bizi məsuliyyət daşımağa, verdiyimiz vədləri yerinə yetirməyə məcbur edin”.
Baxış sayı:70
Bu xəbər 03 Fevral 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















