Flik “Barselona”nın 17 yaşlı istedadını əsas komandaya cəlb etdi
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın “Barselona” futbol klubunun baş məşqçisi Hans Flik 17 yaşlı yarımmüdafiəçi Orian Qoreni əsas komandanın məşqinə cəlb edib.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis Mark Bernal və Fermin Lopesin yoxluğu səbəbindən gənc futbolçuya üz tutub.
Lopes iki oyunluq cəzalandırılıb, Bernal isə səhhətindəki yüngül narahatlıq səbəbindən “Deportivo” ilə qarşılaşmada iştirak etməyəcək.
Qoren mövsümöncəsi hazırlıq dövründən etibarən mütəmadi olaraq əsas komandanın məşqlərinə qatılır. O, “Real Madrid” və “Aston Villa” ilə qarşılaşmaların iştirak ərizəsinə daxil edilsə də, hələ debüt etməyib.
İsrailin U-21 millisinin üzvü cari mövsümdə “Barselona Atletik”in heyətində səkkiz oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Deportivo” - “Barselona” qarşılaşması noyabrın 29-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 Noyabr 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















