Icma.az
close
up
RU
Genetik testlərlə bağlı mühüm qərar: Nəticələr pozitiv olarsa...

Genetik testlərlə bağlı mühüm qərar: Nəticələr pozitiv olarsa...

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Azərbaycana körpələrdə genetik xəstəlikləri aşkarlamaq üçün yeni testlər gətiriləcək. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və uşaqların icbari dispanserizasiyadan keçirilməsi ilə bağlı tədbirlər çərçivəsində ölkəyə neonatal skrininq testləri idxal olunacaq. Artıq 325 min ədəd müxtəlif adda test sifariş edilib. Maraqlıdır, ümumiyyətlə, ölkədə uşaqlarda genetik xəstəliklərin vaxtında aşkarlanması ilə bağlı durum necədir? Testlərin gətirilməsi, tətbiqi ana və uşaqların sağlamlığına hansı faydaları gətirəcək?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə TƏBİB-dən bildirilib ki, bu testlərin ölkəmizdə tətbiqinin məqsədi yenidoğulmuşlarda irsi xəstəliklərin aşkarlanması və müalicəsi, əlilliyin profilaktikası, ağır klinik fəsadların qarşısının alınması ilə körpə və uşaq ölümünün azaldılmasına nail olmaqdır: "Neonatal skrininq testlərindən olan topuq testi geniş araşdırma tələb edən müayinə üsuludur. Pozitiv nəticə olan yenidoğulmuşlar qan, sidik, hormonal və digər bir sıra müayinələrə cəlb olunmalıdır. Nəticəyə uyğun olaraq, aşkar edilən xəstəlik təsdiq və ya inkar olunmalıdır. Neonatal skrininqlər vasitəsilə fenilketonuriya, qalaktozemiya, adrenogenital sindrom, kistik fibroz, anadangəlmə hipotireoz kimi beş əsas irsi-genetik xəstəlik aşkarlanır”. 

Qurumun məlumatına görə, nenonatal skrininqlər zamanı nəticələr pozitiv olarsa, yenidoğulmuşdan ikinci dəfə test ödənişsiz götürülür: "2022-ci ildən icbari tibbi sığorta hesabına topuq testləri yalnız bir mərkəzdə - Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, 2023-cü ildən etibarən isə həm də Yeni Klinikada icra olunmağa başlayıb. Daban testinin nəticəsi pozitiv çıxan yenidoğulmuşların müayinə və müalicəsi, habelə müalicə olunan pasiyentlərin reyestrinin aparılması Respublika Pediatriya Mərkəzində həyata keçirilir. Xəstəliyin vaxtında aşkar olunması müalicənin erkən başlamasına və xəstəliklərin yarada biləcəyi qalıcı fəsadların qarşısının alınmasına xidmət edir”.

Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Zenfira Mürsəlova deyir ki, uzun illər Azərbaycanda genetik xəstəliklərin erkən aşkarlanması sahəsində ciddi çətinliklər mövcud olub: "Hazırda vəziyyət tamamilə dəyişib. Yeni doğulanların skrininq məsələləri həll olunub və tez-tez rast gəlinən beş əsas xəstəliyin - adrenogenital sindrom, qalaktozemiya, fenilketonuriya, kistik fibroz və anadangəlmə hipotireoz aşkarlanması artıq mümkündür. Neonatal skrininq nəticələrinə əsasən, uşaqların genetik xəstəliklə doğulub-doğulmadığı müəyyənləşdirilir və onların sağlamlığının idarə olunması üçün öncədən planlar hazırlanır. Skrininq nəticələri pozitiv çıxan uşaqların valideynləri ilə mütəxəssislər birbaşa əlaqə saxlayır, xəstəliyin mövcudluğu təsdiq olunduqda onları qeydiyyata alır, ambulator və zəruri hallarda stasionar müalicə təmin edilir”.

Mütəxəssisin sözlərinə görə, əvvəllər yalnız imkanlı ailələrin uşaqları üçün şübhəli hallarda xaricdə müayinələr aparılır və diaqnoz təsdiq olunurdu. Maddi imkanları məhdud olan valideynlərin uşaqlarında isə belə şübhələr olsa belə, onların genetik xəstəliklərini təsdiq etmək mümkün deyildi: "İndi isə vəziyyət fərqlidir. Məsələn, kistik fibroz kimi xəstəliklər neonatal skrininq vasitəsilə aşkarlanır. Pozitiv nəticə göstərən uşaqlar qeydiyyata alınır, onların sağlamlıq vəziyyətinə nəzarət edilir və müalicə planı hazırlanır. Daban testləri artıq icbari tibbi sığorta çərçivəsində həyata keçirilir, bu da bütün yeni doğulmuş uşaqların erkən diaqnostikası üçün imkan yaradır”.

Mütəxəssis əlavə edir ki, hazırda dövlət neonatal skrininq testlərini icbari tibbi sığorta çərçivəsində qarşılasa da, skrininqə daxil olmayan digər genetik xəstəliklərin aşkarlanması hələ ki, dövlət tərəfindən maliyyələşdirilmir: "Çoxsaylı genetik xəstəliklər var ki, onlar yalnız klinik şübhə yarandıqda müayinə olunur. Təəssüf ki, bu genetik testlər bahalı olduğuna görə dövlət tərəfindən qarşılanmır”.

Respublika Perinatal Mərkəzin həkim-genetiki Həmidə Abbasova deyir ki, genetik xəstəliklər nəsildən-nəslə ötürüldüyü üçün qohum evliliklərində belə uşaqların doğulma ehtimalı daha yüksəkdir: "Azərbaycanda qohum evliliyinin 60%-dən yuxarı olduğunu nəzərə alsaq, skrininq proqramının ölkəmiz üçün nə qədər vacib olduğu məlum olur. Skrininq çərçivəsində aşkar olunan xəstəliklərin vaxtında aparılan müalicəsi uşaq əlilliyi və ölümünün qarşısının alınmasında başlıca rol oynayır. Yeni testlər sayəsində biz genetik xəstəlikləri daha erkən mərhələdə aşkarlaya biləcəyik. Bu da əlilliyin qarşısının alınmasına, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və dövlətin sosial yükünün azalmasına mühüm töhfə verəcək. Bu baxımdan, sağlam gələcək naminə dövlətimiz tərəfindən atılan bu addım çox sevindirici və təqdirəlayiqdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri