Icma.az
close
up
RU
Geosiyasətin “Suriya möcüzəsi”

Geosiyasətin “Suriya möcüzəsi”

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

I məqalə

Yaxın Şərqin geosiyasi sürprizləri

Yaxın Şərq XXI əsrdə dünyaya bir sıra geosiyasi sürprizlər etmişdir. Regionda proseslər həm mürəkkəb və ziddiyyətli, həm də gözlənilməz risklər və dəyişikliklərlə müşayiət olunmaqdadır. Siyasi təhlilçilər baş verən hadisələri vahid məntiqi müstəviyə gətirməkdə çətinlik çəkirlər. Lakin elə baxış bucağı vardır ki, möcüzə təsiri bağışlayan prosesləri belə geosiyasi məntiqlə izah etmək olur. Buna baxmayaraq, müasir dönəmdə Suriya məsələsi, necə deyərlər, geosiyasətin müsbət anlamda möcüzəsidir. 

Onun əsas anlamı regional miqyasda siyasətlə qlobal səviyyədə geosiyasi gedişatın məntiqi arasında müəyyən nisbətin yaranmasına nail olmaqla əlaqəlidir.  Digər tərəfdən, qlobal geosiyasətə yeni bir aktorun gəldiyinin əlamətidir. Bu prizmadan Suriya məsələsinə baxanda daha geniş regionlararası məkanda geosiyasi kontekstin bir sıra mühüm əlamətləri üzərində onların qarşılıqlı əlaqəsi müstəvisində dayanmaq olar. Biz konkret olaraq, Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və Uzaq Şərqi nəzərdə tuturuq. Uzaq Şərq dedikdə, son zamanlar özünü göstərən Əfqanıstan–Pakistan hərbi toqquşmasına diqqət yönəldirik. 

Azərbaycan – Türkiyə tandemi: geosiyasətdə yeni nəfəs

İndi dünya üzrə siyasi liderlər, təhlilçilər və ekspertlərin “sevimli” mövzusu “Suriyada kim qalib gəldi?” sualına heç kəsin ağlına gəlməyən cavab axtarmaqdan ibarətdir. Artıq bir kəsim insanlar var ki, onları adi məntiq – “regionda barış və sülh uğrunda çalışan ölkələrin birgə səyi nəticəsində Suriya bəlalardan qurtuldu” kimi normal izah düzəni qane etmir. Maraqlıdır, hansı səbəblərdən? Suriya insanlığın daim müsbət dəyər verdiyi siyasətin nəticəsində böhrandan xilas olmurmu? Nəyə görə, Suriya da daxil olmaqla, Yaxın Şərqin xilası üçün hansısa “möcüzəvi fəaliyyətə ehtiyac yaranmışdır?

Bu suallar ritorik deyil və əsası vardır. Onun kökündə artıq bir neçə yüz ildir ki, dünyada hökm sürən saxta barış, sülh və əməkdaşlıq siyasəti yeridən bir qrup dövlətin indi də söz sahibi olduqlarına inam dayanır. Yer üzündə insanlar haqqın, ədalətin və real əməkdaşlığın reallaşması üçün səmimi cəhdlərin mövcudluğuna çətin inanırlar. Dünyada əsrlərdir ki, obrazlı desək, “at oynadan” və zahirən məsum görünən qüvvələrin hələ də şeytani işlərlə məşğul olduqlarına bəşəriyyət inanmır. Və məhz bu durumu məntiqli sayır. O halda vəziyyətin belə olmadığını sübut etməyən qüvvələr isə təbii ki, “qeyri-adi məntiqlə” fəaliyyət göstərən kimi qəbul ediləcəklər. Suriyada cəmi 13 gündə baş verənləri bu səbəbdən normal insan şüuru “adi iş” kimi qəbul etmir. Onlar indi dünyaya meydan oxuyanların belə bir addım ata biləcəklərini təsəvvürə gətirmirlər. Yəni “qısa müddətdə dağıdıcılar müsbətə doğur dəyişdimi?” sualı beyinləri yorur. 

Lakin fakt faktdır. Suriyada ciddi dəyişklik olmuşdur və onun memarı kimi Türkiyəni qəbul edirlər! O da var ki, Türkiyə bu kimi proseslərdə tək deyildir – onunla bərabər Qafqazın yeni “ulduzu” Azərbaycan da meydandadır. Şişirtməsiz belədir! Faktlara baxaq.

Cənubi Qafqazda 44, Yaxın Şərqdə 13 gün  

Sürətli müsbət dəyişikliklərin “pioneri” Azərbaycandır. 30 illik dünyanın əksər böyük güclərinin himayə etdikləri bir işğal prosesini cəmi 44 günə təkbaşına darmadağın etdi Azərbaycan Ordusu! Dövlətin başçısı və xalqın lideri İlham Əliyev bütün cəbhələrdə intensiv savaş verdi. İnformasiya meydanında o dərəcədə sürətli fəaliyyət göstərdi ki, Azərbaycan Prezidenti özümüzü belə təəccübləndirdi: “Bu dərəcədə yüksək sürət və yenilməzlik mümkündürmü?!” sualı-nidası, istər-istəməz, beyinlərdə dolaşdı. XXI əsrdə sürətli qələbə nümunəsi və təcrübəsi Azərbaycanda formalaşdı! Bu tezis nə romantikada, nə də ritorika – fəlsəfi və politoloji təhlilinə ciddi ehtiyac olan geosiyasi faktdır! Nə qədər ki, bu edilməmişdir, Suriyadakı dəyişikliyin kökündə dayanan motivəedici uğur faktorunun real geosiyasi, hərbi və siyasi mahiyyətini tam anlamaq mümkün olmayacaqdır. 

II Qarabağ müharibəsində Azərbaycan təcrübəsi Suriya kimi çətin problemin həllini 31 gün (bir ay!) azaltmağa imkan verdi. Yaxın Şərq məsələsində Azərbaycan diplomatiyasının fəaliyyəti öz töhfəsini verdi. Türkiyə başda olmaqla mütərəqqi qüvvələr Suriya xalqına tarixi nailiyyəti hədiyyə etdilər. Azərbaycanın bir sıra rəsmi şəxslərinin Yaxın Şərq, Afrika, Avropa və Türkiyəyə olan səfərlərini xatırlayaq. 

Digər baxış bucağı

Real olaraq meydanda artıq regional, regionlararası və qlobal miqyaslarda nəticəverici fəaliyyət göstərən Azərbaycan–Türkiyə və bütövlükdə Türk Dövlətləri Təşkilatı (TDT) faktı mövcuddur. Son ayların hadisələrinə bu prizmada baxanda tezisin əsaslı olduğunu görürük. Onun siyasi-hüquqi təməli Şuşa Bəyannaməsində (2021-ci il) və sonra Qarabağ Bəyannaməsində qoyulmuşdur. Bu iki strateji sənədə əsaslanan TDT indi praktiki addımları ilə özünün dünya siyasətinə verə biləcəyi töhfələri ortaya qoyur. Suriya onlardan biridir. Son olaraq, Azərbaycan Hava Yollarına aid təyyarənin Rusiya səmasında vurulmasına verilən reaksiyalar da bu tezisi təsdiq edir. Çox müxtəlif informasiya spekulyasiyalarına baxmayaraq, Azərbaycan təşəbbüsü kimsəyə vermədi. Qəzanın araşdırılmasının aparıcı gücü TDT-dir. Prezident İlham Əliyevin qətiyyətli, ədalətli və obyektiv mövqeyi isə dünya miqyasında heyranlıq doğurdu. 

Başqa bir fakt Azərbaycanın Suriya məsələsində əməli fəaliyyəti ilə bağlıdır. Bakı artıq tonlarla humanitar yardımı Suriyaya göndərmişdir. Prezident İlham Əliyev Türkiyə dövlət başçısına zəng edərək Suriyadakı quruculuq işlərində yaxından iştirak etmək niyyətini bildirmişdir. Təbii ki, bu istək məmnuniyyətlə qəbul edilmişdir. Bununla Azərbaycan diplomatiyası təhlükəsizliyin təminindən başlayaraq, humanitarlığa qədər geniş bir miqyasda Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə fəaliyyət göstərir. 

Bu məqam Azərbaycanın xarici siyasətində humanitarlığın ciddi yer tutduğunu təsdiq edən faktlardan biridır. Azərbaycanın bundan əvvəl Qoşulmama Hərəkatı daxilində real təcrübəsi mövcuddur. Deməli, humanitarlıq indi Azərbaycan dövlətinin xarici siyasət kursunun mahiyyətinə aid olan özəllikdir. 

Vurğulanan faktlardan “Suriya möcüzəsi”nin geosiyasi mənasını anlamaq mümkündür.

Maraqlı təcrübə

Suriya məsələsi aydın göstərdi ki, əsrlərdir davam edən geosiyasi təcrübəni yeniləmək mümkündür. Bunun üçün güclü dövlət və ya dövlətlər qrupu milli, regional və regionlararası miqyaslarda səmimi konstruktiv fəaliyyət mövqeyini seçməli və davamlı fəaliyyət göstərməlidir. 13 günlük mübarizədən sonra Yaxın Şərq, Qərb və Türkiyə böyük coşqu içindədir. Ankaranın səbr, təmkin və qətiyyətlə apardığı siyasətin müxtəlif aspektlərini təhlil edirlər, ona konkret qiymətlər verirlər. Artıq Suriyada yeni sivil dövlət quruculuğu geridönməz proses xarakteri almışdır. Dünyanın heç bir gücü onu dəyişə bilmir. 

Bununla yeni geosiyasi gerçəklik ortaya çıxır – müasir geosiyasətin söz sahiblərindən biri Türk dünyası, konkret olaraq, onun təşkilatı – TDT olur. Bir müddət Türkiyəni ciddi qəbul etmək istəməyən və ona barmaqarası baxan Qərbin güclü dövlətləri Suriyaya rəsmi səfər etmək üçün öncə Ankaranın fikrini soruşmağa məcbur qalmışlar. Bir müddət əvvəl Azərbaycanda Qərbi Azərbaycanda milyonlarla insanın deportasiya olunması faktını dilinə belə gətirmək istəməyən Almaniyanın xarici işlər naziri xanım Berboku Dəməşqdə Suriya lideri salamlamaq belə istəməmişdir! Buna Bundestaq ciddi reaksiya vermişdir. Təbiidir! Ancaq onun kökündə Berbokun 30 ildən çoxdur ki, hüquqları pozulan insanların məsələsini dilinə gətirməmək inadkarlığı dayanır. Kimsə hansısa qəsdən atılan addımdan danışmır – təbii olaraq, kiminsə haqqını tanımırsansa, nə vaxtsa, hardasa kimsə də sənin haqqını tanımayacaq! Bu da möcüzə deyildir, dünyanın qanunudur! Əhməd əl Şaraa Azərbaycan məsələsini, bəyanatlarına görə, yaxşı bilir! 

Suriyaya hələlik ABŞ kənardan baxır, lakin yeni hakimiyyətlə intensiv görüşlərdən çəkinmir. Böyük Britaniya da faktiki olaraq Türkiyənin başçılıq etdiyi qüvvələrin liderliyini qəbul edir. Moskvadan verilən siqnallar Kremlin Türkiyə və müttəfiqlərinin uğuruna etirazı olmadığı təəssüratını təsdiqləyir! Hətta Rusiya bu prosesin inkişaf etməsini arzulayır.  

Bunlarla yanaşı, təəssüf ki, bu gedişatı qəbul etmək istəməyənlər də mövcuddur. Onların dərdi sülh və barış deyildir, özlərinin şəxsi maraqlarının başqa xalqların maraqları hesabına da olsa, qalmasıdır! Bu da ədalətin fonunda keçərli deyildir! 

Gerçəkliyi qəbul etmək istəməyənlər

13 günlük Suriya savaşının nümayiş etdirdiyi geosiyasi dəyişikliklər sırasında iki istiqamət xüsusi yer tutur. Onlardan biri Suriyada dövlətin nəzarətində olmayan silahların müsadirə edilməsi prosesinin genişlənməsidir ki, bu da avtomatik olaraq bütün qeyri-qanuni silahlı qrupların ləğv edilmsəi anlamına gəlir. Uzun illərdir ki, Suriya dövlətinə təhdid və risk yaradan bu halın aradan qaldırılmağa başlaması, təbii ki, ciddi milli və geosiyasi uğurdur.

Digər istiqamət terrorun Suriyanın dövlət və cəmiyyət olaraq gündəmindən çıxarılması prosesinin vüsət alması ilə bağlıdır. Onun əlamətlərindən biri artıq 150 min suriyalının öz evlərinə qayıtması və məskunlaşdıqları yerlərdə sərbəst hərəkət etmələridir. Çox kiçik və qısa müddətli toqquşmalara baxmayraq, Suriya artıq sakitdir. Yeni hakimiyyət bu sabitliyi qorumaqda qətiyyətlidir. Türkiyə və müttəfiqləri isə rəsmi Dəməşqə bu aspektdə çox ciddi dəstək verməkdədirlər. 

Bu gedişata qəribədir ki, Yaxın Şərqdə və ona yaxın bölgələrdə fərqli reaksiyalar özünü göstərir. Onlardan biri İran, digərləri isə İsrail və müəyyən dərəcədə Ermənistandır. 

Tehranın narahatlığı

Sirr deyildir ki, İran son zamanlar çox ciddi zərbələr alır. Onun təsir dairəsi Yaxın Şərqdə sürətlə daralır və zəifləyir. İllərdir xarici siyasətlərində aparıcı yer tutan məzhəbçilik və “şeytana müqavimət göstərmək” xətti getdikçə zəifləyir. Artıq əvvəlki səviyyədə bu üsulların nəticəverici olduğuna inanmırlar. Buna baxmayaraq, İran rəsmi dairələrində hələ də ənənəvi mövqeyi saxlamağa çalışan qrupların olduğu görünür. Biz ona görə “müəyyən qruplar” ifadəsini işlədirik ki, İranın yeni rəhbərliyi fərqli düşünür. Həmin qruplar isə İranın deyil, özlərinin məhdud maraqlarının təmin olunması izini buraxmırlar. Məhz onlardır ki, gah Azərbaycana və Türkiyəyə qarşı danışırlar, gah Yaxın Şərqdəki müəyyən silahlı qrupları İsrail və Suriyanın yeni rəhbərliyinə qarşı fəaliyyətə təhrik edirlər, gah da başqa vasitələrə əl atırlar. Ancaq rəsmi Tehranın tədricən onların öhdəsindən gələ biləcəyinə bir inam da mövcuddur. Çünki artıq hamı başa düşür ki, İran dövlət və xalqının əsl maraqları, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əməkdaşlığı tələb edir. Bütövlükdə isə müsəlman dövlətləri bir-birini dəstəkləməlidir. 

Bu məsələ indi müşahidə edilən Əfqanıstan – Pakistan hərbi toqquşması fonunda daha da aktuallaşmışdır. Həmin bağlılıqda Suriya məsələsi ilə Ukrayna – Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya məkanlarında baş verən proseslərin daxili bir bağlantısı üzərində dayanmaq lazım gəlir. Bu, mövzudan kənara çıxmaq deyildir, əksinə, Suriyada Türkiyə, Azərbaycan və bütövlükdə, TDT faktorlarının hansı geniş miqyasda geosiyasi əhəmiyyət daşıdığını anlamaq üçün lazım olan məqamın aydınlaşdırılmasıdır. 

(ardı var)

Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see142

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see140

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see139

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see139

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see136

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see131

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see129

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see126

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see124

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see122

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see122

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see119

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see117

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see113

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see112

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see110

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see110

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri