Icma.az
close
up
RU
Azərbaycan regionlararası geosiyasətin obyektinə deyil, subyektinə çevrilib ŞƏRH

Azərbaycan regionlararası geosiyasətin obyektinə deyil, subyektinə çevrilib ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Son günlərdə Prezident İlham Əliyevin beynəlxalq səfərləri və çıxışları regional sərhədləri aşmış Azərbaycan diplomatiyasının qlobal miqyasda da nüfuzlu aktora çevrildiyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə üç fərqli coğrafiyada – Avropa, Türk dünyası və Mərkəzi Asiyada keçirilən mühüm tədbirlərdə iştirak etmək həm strateji, həm də siyasi baxımdan yeni mərhələlərin konturlarını müəyyənləşdirməkdə önəmlidir. Azərbaycan bu proseslərdə danılmaz rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev söyləyib.

O bildirib ki, Avropa Siyasi Birliyi sammitində Prezident İlham Əliyevin iştirakı Qərb mərkəzli siyasi formatlarda Azərbaycanın aktiv oyunçu statusunu möhkəmləndirdi. “Qeyd etmək lazımdır ki, bu platformalar artıq klassik diplomatiya arenası olmaqdan çıxıb, Avropanın təhlükəsizlik arxitekturasının formalaşdığı əsas masaya çevrilib. Azərbaycan isə bu masada yalnız enerji daşıyıcısı və tranzit ölkə kimi deyil, eyni zamanda, sülh və sabitlik təşəbbüslərinin təşviqçisi kimi çıxış edir. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi bir daha göstərdi ki, Bakı üçün Avropa ilə münasibətlərin əsasında qarşılıqlı maraqlar və praqmatik reallıqlar dayanır. Bu, həm də Azərbaycanın uzun illər ərzində formalaşdırdığı real siyasət fəlsəfəsinin nəticəsidir. Nə təəssübkeş qərbpərəstlik, nə də qapalı şərqyönümlülük – Azərbaycanın xarici siyasətində əsas prinsip balans, müstəqillik və qarşılıqlı faydadır. Bu isə dünyaya nümunədir”, - deyə o vurğulayıb.

Ə.Nuriyev diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşü artıq sadəcə simvolik mərasim deyil, geosiyasi reallığın təzahürüdür: “Prezident İlham Əliyev bu platformadakı çıxışında Türk Dövlətləri Təşkilatının ideoloji birlikdən strateji güc mərkəzinə çevrildiyini vurğuladı. Bu ifadə təsadüfi deyil, çünki Qəbələdə səslənən mesajlar enerji, nəqliyyat, müdafiə və informasiya təhlükəsizliyi kimi sahələrdə Türk dünyasının qlobal güc balansında öz yerini möhkəmləndirmək niyyətini ortaya qoydu. Bir daha təsdiq olundu ki, Azərbaycan bu prosesdə yalnız mədəni deyil, eyni zamanda, iqtisadi və geosiyasi baxımdan birləşdirici rola malikdir. Bakı artıq təkcə Türk dünyasının Qərbə açılan qapısı deyil, bu dünyanın siyasi mərkəzlərindən biri kimi çıxış edir. Türk Dövlətləri Təşkilatının gələcək addımlarının istiqamətini müəyyənləşdirən əsas ideoloji xətt Prezident İlham Əliyevin irəli sürdüyü təkmilləşdirilmiş əməkdaşlıq fəlsəfəsidir – müxtəlif dövlətləri ortaq maraqlar və qarşılıqlı hörmət əsasında bir araya gətirmək”.

Dövlətimizin başçısının Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçılarının iclasında iştirakı barədə danışan Ə.Nuriyev, burada Azərbaycanın əsas məqsədinin geosiyasi balansı qorumaq və Azərbaycanın iqtisadi-siyasi maraqlarını uzlaşdırmaq olduğunu deyib. Qeyd edib ki, Azərbaycan MDB-də formal iştirakçı olsa da, hər bir ölkə ilə də ayrılıqda enerji, logistika, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əməkdaşlığa, böyük təsir gücünə malikdir. Prezident İlham Əliyevin iclasdakı çıxışında diqqətçəkən məqam əməkdaşlığın qarşılıqlı maraq əsasında davam etdirilməli olduğu mesajı idi. Bu, Azərbaycanın xarici siyasətində dəyişməz prinsipə – tarazlıq və suveren qərarverməyə əsaslanır.

“Hazırda Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın diplomatik xəritəsində yeni istiqamət açır. Bu, təkcə siyasi deyil, həm də mənəvi əhəmiyyət daşıyan missiyadır. Azərbaycan son illərdə İslam dünyası ilə münasibətlərdə həm körpü, həm də nümunə rolunu oynayır, sivilizasiyalararası dialoqun mərkəzlərindən biri kimi çıxış edir. Bu sammitdə iştirak ölkəmizin Qərb və Şərq arasında tarazlaşdırılmış mövqeyini, beynəlxalq aləmdə vasitəçi dövlət imicini daha da gücləndirir. İlham Əliyev burada sülh və ədalət anlayışlarını yalnız region deyil, bütün dünya üçün universal dəyərlər kimi təqdim edən lider obrazında çıxış edir”, - deyə o əlavə edib.

Ə.Nuriyev bildirib ki, cəmi 10 gün ərzində 3 fərqli məkanda, 3 fərqli siyasi sistemə malik liderlərlə dialoqa girmək, fərqli dəyərlər sisteminə malik dövlətlərlə ortaq dil tapmaq, bu, təkcə diplomatik aktivlik deyil, strateji elastikliyin və liderlik enerjisinin göstəricisidir: “Bu dinamika bir daha sübut edir ki, Prezident İlham Əliyevin diplomatiyası stiuativ məqamlara deyil, sistemli yanaşmalara əsaslanır. Onun çıxışlarının hər biri eyni xəttin müxtəlif dillərdə ifadəsidir. Bu da Azərbaycanın dövlətçilik mövqeyinin beynəlxalq səviyyədə tanınması və möhkəmlənməsidir. Bugünkü reallıqda Azərbaycanın xarici siyasəti artıq balanslaşdırılmış xəttdən, çoxistiqamətli təsir siyasətinə çevrilib. İlham Əliyev fərqli geosiyasi məkanlarda fəal iştirak etməklə göstərir ki, Azərbaycan regionlararası geosiyasətin obyektinə deyil, subyektinə çevrilib. Avropa ilə enerji və təhlükəsizlik, Türk dünyası ilə mədəniyyət və ortaq güc, MDB və Yaxın Şərqdə isə sülh və vasitəçilik missiyası. Bütün bunlar eyni strateji vizionun müxtəlif elementləridir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri