Icma.az
close
up
RU
Geosiyasətin “Suriya möcüzəsi”

Geosiyasətin “Suriya möcüzəsi”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

III məqalə

Azərbaycan geosiyasi aktor kimi yeni mərhələdə

Artıq məsələni qətiyyətlə məhz belə qoya bilərik. Rəsmi Bakı real olaraq regionlararası məkanda təsiri olan addımlar atır. Bununla bağlı Suriya kontekstində iki məqam daha da aktuallaşmışdır. 
Onlardan biri Azərbaycan rəhbərliyinin regionlararası siyasətə regional siyasətdən uğurlu keçid etməsidir. Digəri isə bunun realpolitik fakt kimi beynəlxalq dairələr tərəfindən qəbul edilərək ciddi təhlil olunmasıdır. 
Azərbaycan Prezidenti hər iki məqamın çox gözəl politoloji izahını vermişdir. Dövlət başçısı Azərbaycan televiziya kanallarına verdiyi son müsahibədə onları aydın vurğulamışdır: “Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni, biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk, çünki bəzən bu, bir qədər diqqətdən kənarda qalır”.
Biz təhlillərimizdə Azərbaycan Prezidentinin siyasi kursunun vurğulanan aspektlərinə geniş yer vermişik. Lakin ölkə rəhbəri həmin məqamları çox dolğun və lakonik tezislərlə daha dərin və adekvat formada ifadə etmişdir. İlham Əliyevin yuxarıdakı fikirlərindən onların bir qismini göstərmək olar. 
Birincisi, Azərbaycan Prezidenti “öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq” tezisi ilə faktiki olaraq rəsmi Bakının regional siyasətinin mühüm özəlliyini konkret ifadə etmişdir. Regionda “yeni nəqliyyat və energetika xəritəsi yaratmaq” reallıqda çox sferaları əhatə edən yenilikdir. Bunu Azərbaycan sərmayə qoyuluşu ilə siyasətinin harmoniyası sayəsində həyata keçirmişdir. Bir müstəqil dövlətin regional siyasətinin bu cür özəllikləri olduqca vacib məqamdır. 
Belə görünür ki, Azərbaycan rəhbərliyi düşünülmüş şəkildə siyasi maraqlarının həyata keçməsi üçün regional miqyasda faydası olan irihəcmli sərmayə qoyuluşları etmişdir. Bu, məqsədə çatmağın hüquqi, siyasi və geosiyasi aspektlərdə ədalətli üsuludur. Təbii ki, həmin kurs regional miqyasda uğurlu olmaq üçün ciddi əsaslar vermişdir. Dövlət başçısının sonrakı fikri bunu təsdiq edir. 
İlham Əliyev vurğulayır ki, “Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəz-
olunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz”.
Bu, çox əhəmiyyətli təsbitdir. Çünki ölkənin lideri aydın şəkildə regional miqyasda həyata keçirilən siyasi kursun Azərbaycan üçün konkret nəticələrini dəqiq ifadə edir. Onun iki tərəfi vardır. Birinci tərəf ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olaraq regional geosiyasi uğurunu regionlararası məkana müvəffəqiyyətlə proyeksiya edə bilmişdir. 
İkinci tərəf isə həmin yeniliyi qlobal miqyasda birmənalı qəbul etmişlər: hər kəs görür ki, “Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz”! 
Yəni Azərbaycan regional miqyası aşaraq regionlararası əlaqələri qurmaq və təşkil etmək, onların loqistika ehtiyacını ödəmək istiqamətlərində özünü tam təsdiq etmişdir! Politoloji anlamda həmin fakt onu ifadə edir ki, artıq Azərbaycan regionlararası miqyasda real fayda verə bilən aktiv oyunçu kimi qəbul edilir. Bu baxımdan Suriya “möcüzəsi” həm də Azərbaycan xarici siyasətinin uğurlarından biridir.  
Bütün bunlardan dövlət başçısı çox maraqlı və aktual ümumiləşdirmələr etmişdir ki, onların qlobal miqyasda əhəmiyyəti şübhə doğurmur. İlham Əliyev öncə hansı ümumi siyasi və diplomatik səbəblərdən Bakının bunlara nail olduğunun qısa izahını verir. Həmin təminedici faktorlar aşağıdakılardır: “müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq”. 
Etiraf edək ki, Prezidentin ifadə etdiyi bu məqamların hər birinin ayrıca politoloji təhlili olduqca vacibdir. Liderlik baxımından onlar tamamilə yeni yanaşma əsasında regional miqyasda nəticəverici siyasət yeritmək üçün çox faydalıdırlar. Burada məqalənin məqsədinə uyğun olaraq yalnız dünyaya açıqlıq amili üzərində dayanaq.

“Dünyaya açıqlıq” 

 Ümumiyyətlə, müstəqil dövlət kimi milli səviyyədən regional, oradan da regionlararası miqyasa siyasi və geosiyasi mənalarda açıq olmaq məharətli yanaşma tələb edir. Bu, müasir siyasətdə trivial məsələ deyildir. Xüsusilə, söhbət dövlət siyasətindən gedirsə, kifayət qədər faktorların və təsir rıçaqlarının nəzərə alınmasını tələb edir. 
İlham Əliyevin siyasi kursunun bir sıra özəllikləri mövcuddur. Onların sırasında regiona, regionlararası məkana və qlobal miqyasa açıqlıq xüsusi yer tutur. Bütövlükdə, müasir fəlsəfədə, elmdə və politologiyada “açıqlıq” anlayışının məna çeşidləri məlumdur. Burada əsas olaraq sistemin (bu, fiziki, kimyəvi, bioloji, informasiya, sosial və s. obyektlər ola bilər) ətraf mühitlə (politologiyada – başqa dövlətlər, cəmiyyətlər, iqtidarlar, beynəlxalq təşkilatlarla) daim sərbəst informasiya və digər mübadilələrə açıq olmaq anlamına gəlir. Yəni ölkə kimi qarşılıqlı fayda verə biləcək əlaqələrə hazır olmaqla onu praktiki reallaşdırmağın düzgün nisbətini müəyyən etmək, açıqlığın mühüm əlamətlərindən biridir. 
Bu anlamda dövlətin ətraf mühitə açıqlığının onun hər bir təsiri qəbul etməyə hazır olması anlamına gələ bilməz. Burada elə incə seçim olmalıdır ki, iki şərt ödənsin. Birincisi, ölkə kənar təsirlərə özünü hazır bilsin, ikincisi, əlaqə – müsbət əks-əlaqə prinsipi dəqiqliklə ödənilsin. Yəni hər iki tərəf üçün əlaqə qarşılıqlı olaraq faydalı olsun.
Azərbaycan məhz vuğulanan mənada regional və qlobal miqyaslara həmişə açıq olmuşdur. Bunu Bakı praktiki fəaliyyəti, irəli sürdüyü təşəbbüslər, reallaşdırdığı layihələrlə sübut etmişdir. Onun nəticəsi kimi Azərbaycan, bir qayda olaraq, həm regional, həm də regionlararası miqyaslarda uğurlu olmuşdur. Bununla yanaşı, müxtəlif təşkilatlarda olduqca faydalı fəaliyyət göstərmişdir.    
Dünyaya açıqlığın siyasi və geosiyasi anlamda mənasında müasir infrastruktur, sabitlik və düşünülmüş siyasət xüsusi yer tutur. Vurğulanan faktorların praktiki nəticəverici olması kökündə dünyaya açıqlığın mahiyyəti dayanır. Deməli, bu prinsipə görə, Azərbaycan regional miqyasdan regionlararası miqyasa nəticəverici keçid edə bilər. Onun əsas məqamını dövlət başçısı aşağıdakı kimi ifadə etmişdir: “Yəni, biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk, çünki bəzən, bu, bir qədər diqqətdən kənarda qalır”!
İndi Suriya məsələsində həmin transformasiyanın bir özəlliyinə baxaq.  

Suriyada terrorla mübarizə və humanitarlıq

Prezident İlham Əliyev konkret Suriya mövzusunda regionlararası miqyasda Azərbaycanın xarici siyasətinin iki mühüm istiqamətini açmışdır. İlham Əliyev Suriya məsələsini nəzərdə tutaraq demişdir: “Biz istəyirik, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun və hesab edirəm ki, bu, çox ciddi geosiyasi dəyişiklik olacaq, böyük coğrafiyada sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq”. 
Azərbaycan bu cür davranışı ilə sərhədlərindən kənarda “sülhün, sabitliyin, əməkdaşlığın” bərqərar olması üçün terrorla mübarizədə müttəfiqinə yardım edir. Həmin kontekstin Azərbaycan lideri “ciddi geosiyasi dəyişiklik”liyə təkan verəcəyi fikrini irəli sürür. 
Məsələnin digər tərəfi Azərbaycanın Suriya ilə bağlı başqa bir addım atmasında öz əksini tapmışdır. Prezident bununla bağlı müsahibəsində demişdir: “Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir...Biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq. Türkiyənin dəstəyi ilə birinci yardım karvanı da yola düşdü. Çünki Türkiyənin dəstəyi və logistik dəstəyi olmasaydı, bu, mümkün ola bilməzdi. Eyni zamanda, bizim Xarici İşlər  Nazirliyinin nümayəndə heyətinin oraya göndərilməsi də Türkiyənin dəstəyi ilə olub”. 
Bu fikirlərdən müstəqil dövlətin başçısının həm üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmək, həm də müstəqilliyə sadiqliyi gözləmək kimi iki siyasi liderlik fəzilətinə sahib olduğu aydın görünür. Azərbaycan terrorla mübarizə ilə yanaşı, Suriyaya humanitar yardım etməyi və bu zaman, müttəfiqi Türkiyənin xidmətlərini səmimiyyətlə vurğulayır. Bizcə, Azərbaycanın milli səviyyədən regional miqyasa, oradan da regionlararası və qlobal miqyasda uğurlu transformasiyalarının mərkəzində liderin yüksək səmimiliyi, söz bütövlüyü, etibarlılığı və qarşılıqlı faydalı əməkdaşlıq kursu ayrıca yer tutur!

Türkün zəfər yolu davam edir

Suriya hadisəsinin regional və qlobal miqyaslarda bir çox geosiyasi xarakterli faktorlara ciddi təsir etdiyi aydın görünür. Azərbaycan Prezidentinin həmin kontekstdə qarşıda yeni ciddi geosiyasi dəyişikliklərin ola biləcəyi ilə bağlı verdiyi proqnoz tam əsaslıdır. O cümlədən, Bakı getdikcə daha geniş məkanda və daha aktiv surətdə özünün geosiyasi faydalı olmaq rolunu inkişaf etdirəcəkdir. Bu prizmada Azərbaycanın, Azərbaycan–Türkiyə tandeminin və bütövlükdə, Türk Dövlətləri Təşilatının (TDT) Avropa, Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və Uzaq Şərq kimi geniş geosiyasi regionlararası məkanda yeni səviyyədə təsirli olacağını proqnozlaşdıra bilərik. 
Türk dövlətlərinin zəfər yolu davam edir. Bütün dünyanın fayda görəcəyinə və daha ədalətli yeni dünya nizamının formalaşacağına ümid etmək olar. Azərbaycan Prezidenti, əslində, bu prosesin anonsunu müsahibəsində vermişdir. İlham Əliyev yeni dünya nizamının formalaşması ilə bağlı inamla ifadə etmişdir: “Əslində, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur.
...Mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən, Azərbaycanın mövqeyi də nəzərə alınacaq... Biz buna hazır olmalıyıq”
Buna görə də yeni geosiyasi möcüzələrin şahidi ola bilərik! Əslində, XXI əsrin özəlliklərindən biri də bəşəriyyəti təəccübləndirməkdir!   

Füzuli QURBANOV, 
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri