Icma.az
close
up
RU
“Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”

“Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında əvvəlcə Avropa İttifaqı Şurasının sabiq Prezidenti, Belçikanın keçmiş Baş naziri Şarl Mişel çıxış edib. İlk baxışda çağırışlara diqqət yetirilməsinin vacibliyini vurğulayan Ş.Mişel bildirib: “Mənim vəzifəyə başladığım ilk beş ilin əvvəli COVID-19 pandemiyası dövrünə təsadüf etdi. Bu da müxtəlif çətinliklərə gətirib çıxardı. O zaman qərarların qəbul edilməsi asan deyildi. Həmin illərdə peyvəndlərin vaxtında çatdırılmasına çalışırdıq. Daha sonra Rusiya-Ukrayna müharibəsi başladı. İlk olaraq Ukraynaya kömək etməyə çalışdıq”.
Ş.Mişel deyib ki, biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik. Avropalılar özlərinə heç vaxt olmadığı qədər inamla yanaşmalıdırlar. Biz birləşdiyimiz zaman güclü olarıq. Çünki bu, bizim gələcəyimizlə bağlıdır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışı zamanı bildirib ki, ölkə olaraq biz baş verən prosesləri diqqətlə izləyirik. İlk növbədə, qütbləşmənin artdığını müşahidə edirik. Çoxtərəfli diplomatiya bu kontekstdə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, parçalanma meyilləri və Şərq-Qərb qarşıdurmasının dərinləşməsi nəzərə çarpır. Cənubi Qafqaz regionu böyük güclərin maraqlarının toqquşduğu məkandır və bu proseslər hər zaman bizim maraqlarımıza uyğun olmaya bilər.
O qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi regionda yeni reallıqlar formalaşdırıb. Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub. “Bu region bizə məxsusdur və biz transformasiyanın düzgün istiqamətdə irəliləməsinə çalışmalıyıq. Ümid edirik ki, Ermənistan da bunu dərk edəcək. Hazırda Azərbaycan sülh müqaviləsi danışıqlarının aparıldığı bir mərhələdədir. Ermənistan tərəfi tam şəkildə Azərbaycana qarşı iddialı olmalı deyil”, - deyə Prezidentin köməkçisi diqqətə çatdırıb.
Hikmət Hacıyev bildirib ki, Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik. Ermənistanın silahlandırılması parçalanmanın yeni elementi ola bilər. Postsovet erasından sonra yeni reallıqların göz qabağında olduğunu deyən Prezidentin köməkçisi Azərbaycanın buna etibarlı şəkildə yanaşdığını qeyd edib.
“Biz gözləmirik ki, kimsə dünya düzənini formalaşdırsın. Biz regionla bağlı həmfikir olan ölkələri birləşdirməyə çalışırıq. Azərbaycan qonşuluqda baş verən hadisələrdən xəbərdardır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər məlumdur. Bu reallıqları nəzərə alaraq biz xarici siyasətimizdə Mərkəzi Asiya-Azərbaycan əlaqələrini gücləndirməyə çalışırıq. Bizim bu ölkələrlə tarixi bağlılığımız var. Həmçinin Türk Dövlətləri Təşkilatı yeni reallıqdır. Gürcüstan-Azərbaycan əməkdaşlığı erməni həmkarlar üçün də nümunə ola bilər. Xəzər dənizi bizi ayırmır, birləşdirir”, - deyə o əlavə edib.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çağdaş dünyada populizm önə çıxdığını, hazırda məntiqsiz arqumentlərə malik liderlərin çıxışlarının yayıldığını bildirib, bunun çox təəssüfedici hal olduğunu qeyd edib.
Paneldə çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu qlobal tarixin kəsişən nöqtəsində yaşadığımızı deyərək bildirib ki, bu dəyişikliklər təkcə nəzəri deyil, həmçinin real vaxtda ərsəyə gəlməkdədir.
İkinci Dünya müharibəsindən sonrakı düzənin hələ də tam başa çatmadığını söyləyən Mövlud Çavuşoğlu qeyd edib: “Lakin biz qəbul etməliyik ki, 80 il yaşadığımız dövr artıq dəyişir. Türkiyə olaraq düşünürük ki, əvvəlkindən fərqli olaraq Rusiya-ABŞ-dan çox, Çin-ABŞ rəqabətini görəcəyik. Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır. Bu məsələlər qlobal Qərb tərəfindən başa düşülməlidir. Biz ən azından gözləntiləri başa düşməliyik. Əvvəlki sistem hələ tam dağılmayıb. Biz islahatlar apararaq hamının iştirakı ilə yeni sistem qurmalıyıq. Əməkdaşlıq çərçivəsində münasibətləri dəyişməliyik”.
Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo isə hazırda çoxqütblü dünya haqqında danışıldığını vurğulayaraq deyib: “Çoxqütblülər arasında çaşqınlıq və yaxud xaosla üzləşmişik. Bu yaxınlarda BMT 80 illik yubileyini qeyd edəcək. Hamı gələcəyi necə qurmaqla bağlı tarixə baxmalıdır. BMT fəaliyyətini davam etdirməli, yoxsa dayandırmalıdır? Biz çarxı yenidən icad etməməliyik. Hesab edirəm ki, BMT-nin effektivliyini təmin etməklə onu saxlamalıyıq”.
O bildirib ki, qlobal səviyyədə idarəçilik dəyişməlidir: "Çoxqütblü dünya kiminsə ideyası, xülyası deyil. Çin inanır ki, ABŞ-la həm dost, həm də tərəfdaş ola bilər. Sadəcə, böyük güclər özlərini böyük kimi aparmalıdır. Biz tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə qarşı”.
ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri və icraçı direktoru Şafik Qabrinin fikrincə, onların nəsli dünyanı daha gözəl bir məkana çevirməkdə uğursuz olub. Lakin gənc nəsil Qərblə Şərq arasında körpülər qurur. Həm nikbin, həm də realist olduğunu vurğulayan Şafik Qabri bildirib: “Geosiyasi dəyişikliklər tarix boyu daim baş verib. İkinci Dünya müharibəsi, “soyuq müharibə”, pandemiya – bütün bu hadisələr dünyamızı dəyişib. Lakin hazırda proseslər daha da qütbləşir. Bəzi qüvvələr media vasitəsilə təsir göstərməyə çalışır. Yumşaq gücün təsiri azalır, möhkəm güc isə güclənir”.
Şafik Qabrin beynəlxalq təşkilatların əsas zəifliyinin onların daha çox hərbi xərclərlə bağlı müzakirələr aparmasında olduğunu vurğulayıb. “Anlamalıyıq ki, geosiyasi dəyişikliklər baş verdikcə geoiqtisadiyyat da dəyişəcək. Bu, bütün dünyaya təsir göstərəcək. Əgər geosiyasət sabit deyilsə, geoiqtisadiyyat da sabit olmayacaq”, - deyə o əlavə edib.
Yunanıstan Baş nazirinin nümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmiş xarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulos diqqətə çatdırıb ki, Avropa İttifaqında bir çox məsələlərdə birlik yoxdur və bu, onları parçalayır, millətçiliyi genişləndirir. Avropa ekzistensial böhrandadır.
Paneldə bir neçə münaqişə barədə danışdıqlarını qeyd edən Dimitris Avramopoulos Avropada 400 milyon insanın miqrant olduğunu diqqətə çatdırıb. O, Azərbaycanı da sabitləşdirici amil adlandıraraq Qlobal Bakı Forumunun dünyada ən böyük tədbirlərdən birinə çevrildiyini bildirib.
Dimitris Avramopoulos BMT-nin əvvəlki kimi güclü olmadığını, dərin böhran yaşadığını diqqətə çatdıraraq deyib: "Ümid edirəm ki, təşkilat tezliklə bu böhrandan çıxa biləcək". Panel mövzu ətrafında müzakirələrlə davam edib.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Mart 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see182

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see152

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see152

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see152

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see143

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see139

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see137

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see135

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see135

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see135

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see132

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see129

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see128

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see128

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see124

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri