Icma.az
close
up
RU
Enerji bazarında məsuliyyətli aktor

Enerji bazarında məsuliyyətli aktor

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bakı Enerji Həftəsi”ndə çıxışı zamanı Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması ölkəmizin məsuliyyətini nümayiş etdirir. Azərbaycan yaşıl enerji potensialı sayəsində elektrik enerjisinə artan tələbatını təmin edəcək. Nəticədə isə bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir ki, bu həcm də ixrac oluna biləcək.

Ölkə başçısı çıxışında onu da vurğuladı ki, bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Lakin ölkəmiz düzgün siyasət yürüdərək həmin balansı qoruyur. Azərbaycan qazına bəzi ölkələrin  ehtiyacı olduğu üçün ölkəmiz təbii qazın hasilatının həcmini artırır. Heç şübhəsiz ki, bu tələbat ödənilməlidir. Eyni zamanda, Azərbaycan tərəfdaşları ilə birlikdə yaşıl enerji layihələrinə də yatırım edir.

“Bakı Enerji Həftəsi”ndə çıxışı zamanı Prezident İlham Əliyev onu da bəyan etdi ki, 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir. Belə ki, buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir.

Prezident İlham Əliyev COP29-un həqiqətən də uğurlu olduğunu qeyd etdi. COP29-un “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olunması ilə bağlıdır. Burada mühüm nailiyyət İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək mütləqdir. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi. Ölkə başçısı bildirdi ki, COP29-la bağlı daha bir hədəf Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və ölkəmiz buna nail ola bildi. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və Azərbaycanın köməyinə ehtiyacı olan ölkələrə dəstək veriləcək.

“Bakı Enerji Həftəsi” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən birinə çevrilib. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib. Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədr

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see227

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see225

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see220

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see215

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see209

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see207

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see204

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see203

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see199

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see194

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see193

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see193

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see192

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see191

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri