Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Geosiyasi kompas Aİ nin “genişlənmə siyasəti”ni göstərir

Geosiyasi kompas Aİ nin “genişlənmə siyasəti”ni göstərir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qoca qitənin “qonşuluq dilemması”nda Cənubi Qafqazın yeri haradadır?

Avropa İttifaqı Şurasının prezidenti Antonio Kostanın Avropa İttifaqının (Aİ) genişlənməsini mühüm geosiyasi sərmayə kimi səciyyələndirməsini Brüsselin strateji təfəkküründə baş verən fundamental evolyusiyanı əks etdirən proqram xarakterli bəyanat kimi qəbul etmək olar.

Sofiyada Bolqarıstanın Baş naziri Rosen Jelyazkovla keçirilən mətbuat konfransında səslənən bu fikir ittifaqın qonşuluq siyasətinin sadəcə normativ güc yayma vasitəsi olmaqdan çıxaraq, sərt geosiyasi reallıqlara cavab verən praqmatik təhlükəsizlik və nüfuz alətinə çevrildiyini təsdiqləyir. Koştanın genişlənmənin ilk növbədə Ukrayna, Moldova və Qərbi Balkanlardan başlamalı olduğunu vurğulaması, həmçinin prosesin bütün iştirakçılar üçün eyni sürətlə getməyəcəyini, lakin inteqrasiyanın davamlılığının təmin edilməsinin vacibliyini qeyd etməsi İttifaqın diferensial və çevik yanaşma tətbiq etmək niyyətini ortaya qoyur. Bu strateji doktrinanın formalaşdığı geosiyasi mühitdə Cənubi Qafqazda Vaşinqton Bəyannaməsindən sonrakı mərhələdə yeni təhlükəsizlik nizamının konturları cızılır. Məhz həmin kontekstdə, Azərbaycan Respublikası Aİ-nin genişlənmə strategiyasının bilavasitə hədəfləri arasında yer almasa da, enerji təhlükəsizliyi, Xəzər–Qara dəniz–Avropa marşrutu kimi alternativ nəqliyyat dəhlizləri və regional dayanıqlılığın təmin edilməsi kimi həyati əhəmiyyətli sahələrdə İttifaq üçün əhəmiyyət daşıyan “geosiyasi sərmayə” funksiyasını yerinə yetirir. Bakının artan strateji rolu Brüsselin Şərq siyasətinin uğurunu təmin edən vacib komponentlərdən birinə çevrilir.

“Geosiyasi sərmayə” konsepsiyası özündə həm böyük imkanlar, həm də ciddi çağırışlar ehtiva edir. Bu yanaşmanın müsbət tərəfi genişlənmə prosesinə yeni impuls və siyasi iradə qazandırmasıdır. Uzun illər Qərbi Balkan ölkələrinin üzvlük perspektivinin qeyri-müəyyənliyi regionda məyusluq və yorğunluq yaratmışdı. Prosesin ləngiməsi və bəzi üzv dövlətlərin tərəddüdləri isə regionda alternativ geosiyasi mərkəzlərin – Rusiya, Çinin fəallaşması üçün münbit şərait formalaşdırmışdı. Koşta tərəfindən irəli sürülən geosiyasi zərurət arqumenti məhz bu tendensiyanın qarşısını almağa Qərbi Balkanların Avropa-Atlantik məkana inteqrasiyasının alternativi olmadığı mesajını açıq şəkildə verməyə yönəlib. Bu, namizəd ölkələrdə islahatçı qüvvələrə güclü dəstək siqnalı göndərir və onlara çətin olan islahatları həyata keçirmək üçün zəruri siyasi legitimliyi təmin edir.

Koşta deyir: “Bütün ölkələr Aİ ilə eyni sürətlə irəliləməsələr də, onların quruma inteqrasiyası davam etməlidir. Genişlənmə planları həmin dövlətlərə müəyyən impuls və maliyyə dəstəyi verəcək. Biz fürsət impulsunu itirməməliyik; bütün Aİ ölkələri dəstəkləməlidir.” Bu fikirlərdə diferensiasiya edilmiş inteqrasiya modelinin mümkünlüyünə işarə olsa da, yekun hədəfin dəyişməz qaldığı vurğulanır. Yəni, hər ölkənin fərdi nailiyyətlərinə görə qiymətləndiriləcəyi, lakin ümumi prosesin strateji əhəmiyyəti səbəbindən heç vaxt dayandırılmayacağı vəd edilir. Koşta Xorvatiya Baş naziri Andrey Plenkovic ilə görüşündə də eyni fikri təkrarlayaraq, genişlənmənin təhlükəsizlik üçün edilə biləcək ən vacib geosiyasi sərmayə olduğunu qeyd etmişdir.

Lakin bu iddialı geosiyasi sərmayənin reallaşması ciddi maneələrlə üzləşir və ən barizi Bolqarıstanda görünür. Baş nazir Rosen Jelyazkov mətbuat konfransında, Qərbi Balkanların Aİ inteqrasiyasının strateji prioritet olduğunu təsdiqləsə də, Şimali Makedoniya məsələsində Sofiyanın mövqeyinin dəyişməz olduğunu vurğuladı. Bolqarıstan, tarixi, mədəni və kimlik məsələlərinə əsaslanaraq, Skopyedən dil və tarix iddialarından imtina etməyi və bolqar azlığının konstitusiyada əksini tələb edir. 2022-ci ildə əldə olunan kompromis razılaşma isə Şimali Makedoniyada ciddi qütbləşməyə yol açdı və parlamentdə konstitusiya dəyişiklikləri üçün tələb olunan səs çoxluğu hələ də təmin olunmayıb. Bu vəziyyət, Bolqarıstanın milli maraqlarını Aİ-nin ümumi strateji hədəflərindən üstün tutmasını göstərir. Oxşar nümunələr Yunanıstan, Sloveniya və Serbiya ilə bağlı da mövcuddur. Koştanın “geosiyasi sərmayə” konsepsiyası yalnız Aİ ikitərəfli mübahisələri həll etmək və qərarvermə mexanizmlərini effektiv qurmaqla uğurlu ola bilər. Əks halda strateji bəyanatlar üzv dövlətlərin milli eqoizminə çırpılaraq təsirsiz qalacaq.

Genişlənmənin geosiyasi sərmayə kimi uğuru birbaşa Aİ-nin daxili transformasiyaya hazır olub-olmamasından asılıdır. Ukrayna kimi böyük ölkənin üzvlüyü büdcə və fond strukturlarını dəyişməyi tələb edir və Polşa, Macarıstan, Rumıniya kimi ölkələrin müqaviməti ilə qarşılaşa bilər. Veto hüququ və yekdil qərar prinsipi isə xarici siyasətdə çevikliyi əngəlləyir. Fransa və Almaniya kimi üzv dövlətlər ixtisaslı səs çoxluğu sisteminə keçidi təklif etsə də, kiçik ölkələr bunu suverenliyə müdaxilə kimi qəbul edir. Beləliklə, genişlənmə uğuru həm namizəd ölkələrin islahatlarına, həm də Aİ-nin daxili struktur dəyişikliklərinə paralel və sinxron səy tələb edir.

***

Cənubi Qafqaz bu mürəkkəb geosiyasi tənlikdə xüsusi yer tutur. İkinci Qarabağ müharibəsi və Azərbaycanın suverenliyini tam bərpa etməsi ilə nəticələnən antiterror tədbirləri, regionun siyasi xəritəsini və güc balansını kökündən dəyişdi. Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyəti üçün kritik şərtdir. Bu baxımdan, Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində atdığı addımlar Avropa İttifaqının strateji maraqları ilə tamamilə üst-üstə düşür və Bakının Brüssel üçün dəyərini artırır.

Azərbaycanın Avropa üçün geosiyasi sərmayə kimi əsas dayağı enerji və tranzit sahəsindəki strateji rolu ilə bağlıdır. Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz” qazının Xəzərdən Adriatikə çatdırılması Avropanın enerji şaxələndirilməsində Azərbaycanı etibarlı tərəfdaşa çevirdi və Aİ-nin bir sıra üzv ölkələrinin Rusiyadan asılılığını azaltdı. “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi isə bərpa olunan enerji potensialını Avropaya çatdırmağı hədəfləyir və Azərbaycanın gələcəyin enerji təhlükəsizliyinə töhfəsini nümayiş etdirir.

Eyni zamanda, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşağı kimi strateji rol oynayır. Trans–Xəzər Orta Dəhliz, Bakı–-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Çin, Mərkəzi Asiya və Avropa arasında sürətli, ucuz və etibarlı marşrut təmin edilir. Bu, Aİ üçün tranzit asılılığını azaldır, ticarət əlaqələrinin dayanıqlığını artırır və Azərbaycanın geostrateji əhəmiyyətini gücləndirir. Beləliklə, enerji və nəqliyyat sahələrindəki strateji təşəbbüslər Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirir.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın genişlənməni “vacib geosiyasi sərmayə” adlandırması Aİ-nin strateji baxışını və həm namizəd ölkələrə, həm də Azərbaycan kimi tərəfdaşlara münasibətinin əsaslarını anlamaq üçün konseptual çərçivə yaradır. Genişlənmənin hədəfi sabitlik, təhlükəsizlik və rifah zonasını genişləndirməkdirsə, Azərbaycan bu hədəflərə çatılmasında son dərəcə mühüm rol oynayır. Enerji təhlükəsizliyindəki töhfəsi, Avropa-Asiya nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsi və Cənubi Qafqazda sabitlik, təhlükəsizlik memarlığının formalaşmasındakı aparıcı rolu ölkəni Aİ üçün həqiqi geosiyasi sərmayəyə çevirən üç əsas sütundur. Amma Bolqarıstanın Şimali Makedoniya mövqeyi kimi ikitərəfli mübahisələr, həmçinin Aİ-nin institusional və maliyyə islahatlarına qarşı müqavimət genişlənmənin uğurunu çətinləşdirir. Beləliklə, Koştanın bəyanatı Azərbaycanın Avropa üçün artan strateji əhəmiyyətini və Cənubi Qafqazın taleyinin Avropanın gələcəyi ilə nə qədər sıx bağlı olduğunu göstərən mühüm açardır.

Yusif ŞƏRIFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri