Icma.az
close
up
RU
Dünyaya, insanlığa sülh gərək...

Dünyaya, insanlığa sülh gərək...

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müharibə…Bu, cəmi səkkiz hərfin birləşməsindən yaranan sadə bir söz deyil, səslənməsi ilə özündə dağıntıları, qırğınları, qanı, göz yaşını, ata-ana, övlad, nişanlı, sevgili itkisini, nisgili, kədəri ehtiva edən bir məfhumdur. Müharibənin ağırlığını onu yaşayanlar bilər. Gecənin qaranlığında yuxusunu bombardman səsləri pozanlar, bir anın içindəcə evsiz-eşiksiz qalanlar bilər. Bu gün müharibənin acılarını yaşan Rusiya, Ukrayna, Fələstin, İsrail xalqı bilər. 5 il öncə biz bildiyimiz kimi...

Müharibənin Vətəni yoxdur. O, harada baş verirsə, fərqli bir cəhəti olmur, eynilik təşkil edir. Bu səbəbdən də müharibənin nə olduğunu balasını müharibəyə göndərib yuxusu ərşə qalxanlar, sağ-salamat yola saldığı övladını şəhid kimi qoynuna alanlar bilər, ömrünün sonunadək qara yaylıq bağlayıb, gözləri yollarda balasını axtaran, yuxuları tək övladı olan analar bilər. Müharibənin nə olduğunu qəm-qüssədən üzündə qırış çığırları açılan, kədərdən beli bükülən atalar bilər. Atasından doymayan, ata adı gələndə gözləri qapılara dikilən, həsədi yalnız atalı yaşıdları olan uşaqlar bilər. Müharibənin nə olduğunu sevdiyi insanın nişanəsini onsuz dünyaya gətirən qadınlar bilər. Övladına müharibədə şəhid olan sevdiyinin adını verib onu hər çağırdığında ürəyi nisgildən şırımlanan analar bilər. Toy hazırlığı sevincini müharibənin əlindən aldığı, nişanlısını davaya yola salıb, onu şəhid kimi qarşılayaraq qara torpaqla paylaşan qızlar bilər. Toyundan cəmi bir-iki il ötən, bir üzü qız, bir üzü gəlin olanlar bilər.

Müharibəyə məruz qalan xalq kimi...

Biz azərbaycanlılar keçmiş SSRİ, sonrakı MDB ölkələri arasında ən çox müharibəyə məruz qalan xalqıq. Qonşuluqdan kənar qonşumuzun başımıza açdığı bəlalar bütün dünyaya məlumdur. Dünya xalqlarından bizə qarşı törədilənləri pisləyənlər arasında illərdir ki, susanlar da olsa, lakin həqiqətin kimin tərəfində olduğunu çox gözəl bilirlər. Əsrlər boyu bu xalqa qarşı törədilən soyqırımları, haqsız, ədalətsiz müharibələri hələ demirəm. Tək son 30 ilə təsadüf edən müharibələr bizə yaxın tarix olduğu və gözlərimiz qarşısında acınacaqlı mənzərələri canlandırdığı üçün onlardan danışmaq istəyirəm.

Ermənilər tərəfindən 1988-ci ildən başlayaraq torpaqlarımıza qarşı irəli sürülən iddialar Birinci Qarabağ müharibəsinin dəhşətini yaşatdı xalqımıza. Torpaqlarımız bir-birinin ardınca işğal olundu. İllərlə ev tikib, yurd salan soydaşlarımız doğma torpaqlarından didərgin salındılar. Öz ata-baba ocağından zorla çıxarılanlar Azərbaycanın dörd bir yanına səpələndi. Onlar yurdlarını qoyub gəlmişdilər, nə əvəz edərdi yurdlarını onlara? Dədə-baba torpaqlarını, məzarlıqlarda əzizlərini qoyub gəlmişdilər, nə bu nisgilə su çiləyə bilərdi? Bar üstündə bağlarını, ruzi-bərəkətli torpaqlarını, evlərini qoyub gəlmişdilər, nə qarşılayardı bu acını? Onlar hara, hansı şəraitə gəlmişdilər? Azərbaycanın bugünkü gününə gəlməmişdilər, xeyr. Dövlətinin başında millətini əsla düşünməyən rəhbərlərin idarə etdikləri, iqtisadiyyatı tənəzzülə uğrayan, yoxsullaşmış vəziyyətdə olan ölkəmizə səpələnmişdilər. Nədən söhbət açım? İlk əvvəllər soydaşlarımızın yaşadığı evlərdənmi, oradakı şəraitin hansı vəziyyətdə olmasındanmı? Xanimanını qoyub çadır şəhərçiklərdə ömrünün illərinin üstünə il gətirməklərindənmi?

Ümummilli Liderimizin, daha sonra isə dövlətimizin başçısı Cənab İlham Əliyevin rəhbərliyi dövründə müstəqil ölkəmizin inkişafı ilə bərabər, bütün səylər qaçqın-köçkünlərin rifahına yönəldi, çadır şəhərçikləri tamamilə ləğv olundu, hər bir qaçqın mənzillə təmin olundu. Onların məşğulluğu diqqətdə saxlanıldı. Bütün problemləri vaxtında həll olundu. Ən başlıcası isə onların bir gün öz ata-baba yurdlarına qayıtmaları gündəmdə daim birinci məsələ oldu və bunun üçün əsaslı tədbirlər həyata keçirilməyə başlandı.

Axı dərd təkcə haradasa bir mənzildə yaşamaq, hərtərəfli təminat deyildi. Yuxarıda vurğuladığım müharibənin acılarını yaşamışdı bu insanlar. Tək onlar yox, bütün xalqımız. Minlərlə itkimiz vardı. Son qanınadək torpaqların müdafiəsində dayanan oğullarımız şəhid olmuşdular. Gəl, bir tərəfdən bu acıya döz, digər tərəfdənsə qoyub çıxdığın el-oba dərdinə. Gəl, Laçınsız, Kəlbəcərsiz, Zəngilansız, Şuşasız, Qubadlısız, Ağdamsız… yaşa, görüm, necə yaşayırsan. Gəl, müharibənin əlindən aldığı bu torpaqların haylı-haraylı, toylu-büsatlı günlərini unut, görüm, necə unudursan. Doğmaların uyuyan o qəbirləri düşmənin əlində qoy, rahat yaşa, görüm, necə yaşayırsan? Gəl, həm canından qoparılan yurdunun, həm də minlərlə şəhidinin nisgilini bircə dəqiqə unut, görüm, necə unudursan…

Biz sülh istəyirik…

Düz 30 il, bu, az vaxt deyildi. Zamanın bir qərinəyə yaxın kəsiyi idi. Qaçqın-köçkünlərimiz nə qədər hərtərəfli qayğı ilə əhatə olunsalar da, axı onların canları o torpaqlarda idi. Nə vaxtsa yurdlarına qayıtmaq bu insanların tək arzusu idi. Müharibə istəmirdilər, yenidən fəlakət, qan görmək, şəhid qarşılamaq istəmirdilər. Lakin ocaqlarına yenidən qayıtmaqdan başqa istəkləri də yox idi. Bəs bu necə ola bilərdi? Məsələnin sülh yolu ilə həll olunması üçün istər Ümummilli Liderimiz Heydər Əliyev, istərsə də hər zaman “Biz sülh istəyirik, müharibə istəmirik”,- deyən dövlətimizin başçısı uzun illər dünyaya çağırış etdi. Qarabağ məsələsinin dinc yolla həll olunması üçün illərlə beynəlxalq təşkilatlarla danışıqlar apardılar. Lakin danışıqlar heç bir nəticə vermədi. Çünki dünya ədalətsizlərdən xali deyil. Bəs Qarabağ düşmən əlində qala bilməzdi axı. Elə bu barədə Ulu Öndər deyirdi: “Təbiidir ki, biz Azərbaycanın suverenliyini bərpa edəcəyik. Torpaqlarımızın, ərazimizin bütövlüyünü bərpa edəcəyik. Amma hələlik, biz bunu sülh yolu ilə, beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupunun iştirakı ilə, onların köməyi ilə etmək istəyirik. Doğrudur, neçə illərdir ki, bu proses davam edir, danışıqlar gedir. Bu danışıqların əksəriyyəti mənim tərəfimdən aparılır. Mənim ətrafımda bu işlə məşğul olan vəzifəli şəxslər tərəfindən aparılır. Nəticə yoxdur. Amma bu, o demək deyildir ki, sülh danışıqlarının potensialı tükənibdir. Yox! Hələ var. Ona görə də biz yenidən müharibəyə başlamaq istəmirik. Biz istəmirik qan tökək. Başa düşürsünüzmü? Əgər bir şeyi sülh yolu ilə etmək olarsa, bir az da dözək, amma sülh yolu ilə həll edək. Ancaq həll edə bilməsək, təbiidir ki, biz torpaqlarımızı erməni işğalçılarının tapdağı altında qoya bilmərik. Biz onları mütləq azad edəcəyik. Nəyin bahasına olursa-olsun, hansı qüvvə ilə olursa-olsun, biz onları azad edəcəyik. Bunun üçün biz xalqımızın, vətəndaşlarımızın vətənpərvərlik hisslərini daha da gücləndirməliyik, artırmalıyıq”.

İkinci Qarabağ müharibəsi qaçılmaz idi

Lakin beynəlxalq təşkilatlar susdu. Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliyə, başladığı müharibəyə, tökdüyü qanlara, minlərlə itkilərimizə, dağıdılan, yandırılan yurdlarımıza göz yumdu. İnsan haqlarına əhəmiyyət vermədi, insan amilinə sayğı duymadı. Biz müharibə istəmirdik. Lakin dövlətimizin başçısının da qeyd etdiyi kimi: “Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi qaçılmaz idi. Bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də bilirdi, beynəlxalq vasitəçilər də bilirdi, biz də bilirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti özünü büruzə versin və onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil…”.

Bəli, biz İkinci Qarabağ müharibəsini də yaşamalı olduq. 2020-ci il sentyabr ayının 27-dən başlayaraq 44 gün Qarabağda qanlı-qadalı müharibə getdi. Yenə müharibəyə xas əlamətlər: fəlakətlər, dağıntılar, ölümlər, dinc əhalinin gözlənilməyən anda itkisi, hər gün cəbhədən gələn qara xəbərlər, hər gün yüzlərlə şəhid, qan qoxusu, göz yaşları, nalə, fəryad səsləri…

Bax, budur müharibə. İstəmirdik, amma məcburduq. Bizi orada torpaqlarımız gözləyirdi, namusumuz, qeyrətimiz, mənəviyyatımız olan torpaqlarımız. Zəfər bizim oldu. Minlərlə şəhid versək də, minlərlə qazilərimiz olsa da, minlərlə dinc sakinimiz xəsarət alsa da, evləri dağılsa da, zəfər çaldıq. Çünki bu, haqq savaşı, haqq etdiyimiz zəfər idi.

Qayıtdıq Qarabağa, 30 il sonra qayıtdıq. Övladlarımız kimi şəhid Qarabağa qayıtdıq. 30 ildə dağıdılan, daşı daş üstə olmayan yurda qayıtdıq. Müharibənin fəlakətləri bax, budur. İzlədik, üzüldük… Hanı o tarixi abidələrimiz, qədim məscid, pirlərimiz, məktəblərimiz, xəstəxanalarımız… Hanı o mərtəbəli evlərimiz, həyətlərimiz. Yolları itib, çığırları ot basıb. Heç tapmadıq əzizlərimizin qəbrlərini. Dağıdılıb hamısı. “Hanı, hanı, bəs o hanı?”,- deyə-deyə çox dolandıq yurdumuzu. Amma suallarımız cavabsız qaldı. Çünki bu yurd iki dəfə müharibədən çıxmışdı. Tale yazımız olmuşdu erməni ilə qonşu olmaq.

Müharibə itkidir: həm haqlı, həm haqsız tərəf üçün

Lakin ən dəhşətlisi budur ki, müharibə hər iki tərəfin itkisidir, həm haqlının, həm haqsızın. Dünyanın harasında olursa olsun, o yerdə ki, müharibə vardır, orada nalə, imdad səsləri, uşaq çığırtıları, hər gün insan ölümü, hər gün dağıntı vardır. Bu gün rusiyalı, ukraynalı, fələstinli, israilli uşaq, gənc, qadın, kişilərin faciəsini əks etdirən mənzərələrlə qarşılaşarkən adamın ürəyi parça-parça olur.

Ana dünyanın hər yerində ana, bala hər yerində göz nuru, ürək parasıdır. Yurd dünyanın hər yerində candan əziz, ocaq dünyanın hər yerində ondan uzaqda olana təşnədir. Bomba səsi bütün insanlar üçün fəlakətdir. Dağıntılar hər bir ölkə üçün iğtisadi tənəzzüldür. Müharibə məfhumu bütün dünya xalqları üçün fəlakətlər toplusudur. Belə isə müharibələrin dəhşəti ruhuna hopmuş bir azərbaycanlı olaraq demək istəyirəm ki, kaş müharibəsiz bir dünya qura bilək. Çünki dünyaya, insanlığa sülh gərək.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri