Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Qərənfil abı gərək...

Qərənfil abı gərək...

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lalə Mehralı

Bütün canlılar eynidir – hamısı həyatı boyunca öz yarını, tayını, sevdasını axtarır. Sadəcə, insan fərqlidir – biz bu məsələdə daha çox səhv edirik. Göyərçinin yarı öləndə özü də intihar edir, tayı ölən bozqurd kimsəsiz çöllərdə tənha gəzir, delfin cütləşdiyi yarını unutmadığını okeanda uzun müddət tək-tənha gəzməsi ilə sübut edir. Amma insan ayrıdır. İnsan canlılar arasında ən ağıllıdır, amma bəzən ən vəfasızı da ola bilir. Ruh əkizini tapıb xoşbəxt olan da var, tapıb itirən də. İtirəndən sonra həyatına davam edən də var, həyatını bitirən də.

Həyat yoldaşı seçimində o qədər də diqqətli millət sayılmarıq, biz adətən ürəyimizin əmri ilə sevirik, seçirik. Ağıla, məntiqə az dəyər veririk, cəriməsini sonra ödəyirik. Bəzimiz nisbətən diqqətliyik, gələcək uşaqlarımızın atasını və ya anasını özümüz müəyyənləşduirdiyimiz kriteriyalara görə seçirik. Bəzimiz sadəcə sevirik və seçimimiz qəbulumuzdur. Sonra bu seçimin bizə baha başa gələcəyini anlasaq da...

Aramızda məntiqinə güvənib öz seçdiyi insanla ailə quranlar da var, ürəyinə söz dinlədə bilməyib dərdindən dəli-divanə olduğu insanla evlənən də, valideyninin seçdiyi insanla həyatını birləşdirən də. Bir çoxumuz isə hələ də axtarışdayıq - öz yarını, ruh əkizini, ömür yoldaşını axtaranlar...

Maraqlıdır, insan öz yarını necə təyin edir? Axı bu ilk baxışda eşq, ilk görüşdə sevgi, ilk təmasda məhəbbətdirsə onun təyini də fərqli olmalıdır. Bəzən ilk baxışda eşqi çox dəyərli bir əşyasını itirənin onu hər addımda axtarmasına bənzədirəm. Tutaq ki, mənim üçün ən əziz olan mavi rəngli yaylığımı itirmişəm və evdə onu axtaranda yalnız mavi rəngli əşyaların arasında axtarıram. O mavidir və gözüm yalnız mavi rəngli elementləri görür.

Eşq də belədir. Eşq mavidir, qırmızıdır, sarıdır, bənövşəyidir – hər hansı bir rəngdədir, amma eşqdir. Onun nə olduğunu hələ bilmirsən, amma səni ələ ala biləcək eşqin ölçülərini artıq təyin etmisən. Bəzən bənzətdiklərin olur, eynilə mavi yaylığını axtaranda gözün mavi köynəyə ilişdiyi kimi. Amma yanıldığını mavi rəngli əşyaya yaxınlaşanda görürsən, köynəyini yerinə qoyub, itirdiyin yaylığı yenə axtarırsan. Küçədə, parkda, toyda, nişanda, işdə - harda olursa olsun ruh əkizini tapdığını zənn etdiyin anda içində axtardığın xəyali yarının əlamətləri baş qaldırır, yaxınlaşırsan, yanıldığının fərqinə varırsan, yenə axtarırsan. Bu dəfə tapırsan, içindəki səs axtardığının məhz o olduğunu deyir.

Sağlam, kifayət qədər sakit bir ailə həyatı yaşaya bilmək üçün ruh əkizimizi, yarımızı tapmağımız olduqca əhəmiyyətlidir, bəzən biz bunu qulaq ardına vursaq da. Axı biz ona “ömür-gün yoldaşı”, “həyat yoldaşı” deyirik. Gələcək həyat yoldaşımızla eyni şeylərdən zövq almasaq, oxşar zövqlərə sahib olmasaq, onda bu bizim ailə həyatımıza da təsir edəcək. Zamanla kiçik uyğunsuzluqlar böyüyüəcək, ailədə narazılıqlar yaradacaq. Narazılıqlar isə getdikcə böyüyəcək, nifaq yaradacaq. Doğru seçilməyən həyat yoldaşı ilə ən sonunda yolumuz məhkəmədə ayrılacaq. Boşanma statistikası da içimizdə nə qədər öz yarını tapa bilməyənlərin olduğunu demirmi?

Zaman hər şeyi dəyişikliyə sürüklədiyi kimi insani dəyərləri də dəyişir, indi illərlə nişanlı qalan, bir-birini yaxından tanıyan gənclər evlənir, amma cəmi 2 aydan sonra boşanır. Dünən “ruh əkizim”, “yarım” dediyimiz insan bu gün bizə yadlaşır, ögey olur. İndi ailə dediyimiz məfhum müqəddəslikdən uzaqlaşmaqda, hər gün yeni-yeni dəyişikliyə məruz qalmaqdadır.

Ürəyin “hə” dediyi işə ağılın qətiyyətlə “yox” dediyi bir çox yerdə yanıla biliriksə evlilik seçimi zamanı da yanılmaq mümkündür. Bütün hallarda həyat yoldaşı seçimində maksimum diqqətli olmaq, “yüz ölçüb, bir biçmək” yazımdır. Sonra peşman olmamaq, ailədə söz-söhbətin yaranmaması, boşanmamaq, və ən nəhayət ailədaxili qətillər törətməmək üçün... Məşhur mahnıda deyildiyi kimi: “Qərənfil abı gərək, yar-yarın babı gərək”...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:407
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri