Icma.az
close
up
RU
Gərginlik artır: Petrodan ABŞ yə sərt reaksiya

Gərginlik artır: Petrodan ABŞ yə sərt reaksiya

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Kolumbiya Prezidenti Qustavo Petro, həyat yoldaşı Veronika del Sokorro Alkoser Qarsiya, oğlu Nikolas Petro və daxili işlər naziri Armando Benedettini sanksiya siyahısına salan ABŞ-yə sərt reaksiya verib.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Petro sosial media hesabında paylaşım edərək ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) qərarını tənqid edib.Prezident Petro bu qərara görə Kolumbiya əsilli Respublikaçı senator Berni Morenonu məsul tutub.

"Heç vaxt təslim olmayacağam" deyən Petro belə danışıb:

“Berni Morenonun təhdidi gerçək oldu. Mən, həyat yoldaşım və övladlarım OFAC siyahısına salındıq. Müdafiəmi ABŞ-dən olan vəkil Danni Kovalik aparacaq. Onilliklər ərzində narkotik qaçaqmalçılığı ilə effektiv şəkildə mübarizə aparmağıma baxmayaraq, bu gün kokain istifadəsini azaltmaq üçün bu qədər səy göstərdiyimiz bir cəmiyyətin hökuməti tərəfindən mənə belə bir sanksiya tətbiq olunur. Bu tam bir paradoksdur, amma bir addım belə geri çəkilməyəcəyəm”.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi yazılı açıqlamasında Kolumbiya Prezidenti Petro, həyat yoldaşı Veronika del Sokorro Alkoser Qarsiya, oğlu Nikolas Petro və Daxili İşlər Naziri Armando Benedettinin “xüsusi olaraq müəyyən edilmiş şəxslər siyahısına” əlavə edildiyi və bu şəxslərə qarşı sanksiya tətbiq olunacağı bildirilib.

ABŞ maliyyə naziri Skott Bessent isə yazılı açıqlamasında Petro hakimiyyətə gəldikdən sonra Kolumbiyada kokain istehsalının son onilliklərin ən yüksək səviyyəsinə çatdığını, Petronun narkotik kartellərinin artmasına imkan verdiyini və bu fəaliyyətləri dayandırmaqdan imtina etdiyini iddia edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri